“Elmlər Akademiyasının başında yeriyən münaqişə, manqurtlaşdırma maşını dayanıb...” - İTTİHAM
“Alimlərimizin Rusiyanın ölkəmizə qarşı imperiya ambisiyalarını faktlarla ortalığa qoymasına da imkan verməyən odur...”
Xəbər verildiyi kimi, AMEA Fəlsəfə İnstitutunun baş elmi işçisi, fəlsəfə elmləri doktoru, professor Əbülhəsən Abbasov mediada dərc etdirdiyi geniş məqaləsində . Milli Elmlər Akademiyasının Kremldən idarə olunması iddiası ilə çıxış edib.
Bu mövzuda Moderator.az-a açıqlama verən politoloq, siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev də özünəməxsus fikirlər dilə gətirib.
“Əbülhəsən müəllimin səsləndirdiyi fikrin gerçək olduğu hər bir düşüncəli, az-çox savadı, son üç onillikdə ölkənin siyasi və elmi həyatında gedən proseslərdən məlumatı olan vətəndaş üçün şəksizdir. Bəli, AMEA-nın başında duran Moskvanın bir nömrəli adamıdır... Bu haqda mən də dəfələrlə danışmışam... Sağ olsun Əbülhəsən müəllim... Heç olmasa, Elmlər Akademiyasından bir kişi çıxıb sözünü deyir...
Öncə onu deyim ki, nə qədər, Ramiz Mehdiyev Prezident Administrasiyasında idi, Azərbaycan Qarabağın azadlığıyla bağlı ciddi bir addım ata bilmirdi. Bu proses gerçək mənada məhz onun PA rəhbərliyindən uzaqlaşdırılmasından sonra başlandı. Odur ki, mən Qarabağdakı zəfərimizi 8 noyabr 2020-ci ildən yox, 19 oktyabr 2019-cu ildən, yəni Ramiz Mehdiyevin sözügedən mühüm dövləti vəzifədən uzaqlaşdırıldığı tarixdən hesablayıram... Bu adam ölkəmizə qarşı düşmənçiliyini onunla da sübut etdi ki, 44 günlük müzəffər savaşımız boyu Milli(!) Elmlər Akademiyası dövlətimizin, xalqımızın, ordumuzun xeyrinə bir cümlə də yazmadı...”- deyə politoloq bildirib.
Professor AMEA alimlərinin son vaxtlar Rusiyanın tarixən Azərbaycana qarşı imperiya ambisiyaları barədə susqunluğunu da bir arqument kimi ortalığa qoyub.
“Əgər Akif Əlizadə Elmlər Akademiyasını kor elədisə, Ramiz Mehdiyev gəldi onu lal elədi. Çünki Akademiya artıq danışmır. Danışmamağına isə əsas səbəb odur ki, əgər oradakı Azərbaycan alimləri gerçəkləri danışmalı olsa, Rusiyanın ölkəmizə qarşı tarixən və müasir dövrdəki imperiya ambisiyalarını faktlarla ortalığa qoymalı olcaqlar. Bu isə həmin idarənin başında duranın əqidəsinə, amalına uyğun deyil. Elə yalnız bu fakt da Əbülhəsən müəllimin dediyini, yəni AMEA-nın Kremldən idarə olunması faktını təsdiqləyir...
Ramiz Mehdiyev hakimiyyət kürsüsündə olandan bəri Azərbaycanda bütün milli dəyərlərin məhvi ilə məşğul oldu. O, elmi məhv elədi, humanitar sahəni məhv elədi. Onun bir qara mələyi vardı – Fatma Abdullazadə- onun əli ilə... Azərbaycan mediasını Əli Həsənovla Vüqar Səfərovun əli ilə məhv elədi... Nəticədə bu adam Azərbaycanı mənəvi-ideoloji cəhətdən yalnız köləliyə, qulluğa sürüklədi. Yəni bu millət, bu xalq qul olmalıdır, hakim millət ola bilməz, müstəqil ideologiyası olan bir dövlət qura bilməz. Bir sözlə, bütün Ermənistan mediasının Azərbaycan vurmadığı zərbəni Ramiz Mehdiyev vurdu... İndi isə Azərbaycan elminin çökdürülmə prosesini davam etdirir.
Hazırda R.Mehdiyev çalışır ki, Ali Attestasiya Komissiyası yenidən onun əlinə keçsin. O, nə qədər, PA-da olub, AAK açıq bazar olub, ölkədəki humanitar elmlər üzrə bütün elmi işlərin icazəsi ondan alınıb. Bu, birmənalıdır. Xüsusən ermənilərin Azərbaycan torpaqlarına gəlmə olduğunu sübut edən elmi işlərin təsdiq olunmasına imkan verməyib. 2019-cu ilin payızından AAK da dirçəlib. Həm icazə verilməmiş elmi işlər gündəmə gəlib, həm elmi adların verilməsindəki problem aradan qalxıb. Bir sözlə, yeni sistem düzəlib... İndi Ramiz Mehdiyev parlamentdəki-filandakı qara mələkləri vasitəsilə yenidən AAK-ı öz əlinə keçirmək istəyir...”
“Onu da vurğulamaq lazımdır ki, xaricdəki qondarma müxalifəti də Ramiz Mehdiyev koordinasiya edir. Diqqət edin, onun 1-ci Vitse-prezident olma şansı əlindən çıxandan sonra xaricdə, həm Mehriban xanımın, həm Prezident İlham Əliyevin əleyhinə çox güclü təbliğat start götürdü. Söyüş müxalifətini də Azərbaycanda Ramiz Mehdiyev formalaşdırdı... Mediaya reketliyi də, mədhiyyəçiliyi də, ikiüzlülüyü də, yaltaqlığı da o gətirib. Azərbaycanda əksərən mədhiyyə jurnalistikası formalaşıb. Son müharibə dövründə bir balaca düzəldi... İndi yenidən mədhiyyəçiliyi yüksək səviyyədə bərpa etməyə çalışırlar. Bir sözlə, Ramiz Mehdiyev yeriyən münaqişə, manqurtlaşdırma maşınıdır, hara çatırsa, oranı kor qoyur, insanları mənəviyyatsızlaşdırır, kölələşdirir... O, artıq bitirib Akademiyanı. İndi də bu qurum vasitəsilə yenidən xalqın mənəviyyatını, ideologiyasını korlamağa çalışır” –deyə Cümşüd Nuriyev vurğulayıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:9-03-2021, 17:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:9-03-2021, 17:28
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01