Dövlət qurumlarının “ictimai nəzarət oyunu”: - “İslahat istəyirlərsə, müxalifətə, QHT-lərə, jurnalistlərə yer versinlər”
Dövlət qurumları yanında İctimai Şuraların yaradılması prosesi başlayanda bunun ictimai nəzarətin təşkilində faydalı olacağı deyilirdi.
İctimai Şuraların yaradılmasında məqsəd dövlət qurumunun fəaliyyətinə nəzarət etmək, problemləri araşdırıb təkliflər vermək və baş verənlərlə bağlı cəmiyyəti məlumatlandırmaqdan ibarətdir. Artıq əksər dövlət qurumlarında İctimai Şuralar yaradılıb, hətta bəzilərində tərkib ikinci dəfə dəyişib.
Amma İctimai Şuralarla bağlı ciddi narazılıqlar var və onların fəaliyyəti qənaətbəxş hesab edilmir. Narazılıqla isə təkcə fəaliyyətlə deyil, həm də tərkiblə bağlıdır.
Ümumiyyətlə, İctimai Şuralarla bağlı ortada cavabsız qalan ciddi suallar az deyil.
Məsələ ilə bağlı Cebhe.info-nun suallarını Respublikaçı Alternativ Partiyasının İdarə Heyətinin üzvü, iqtisadçı-ekspert Natiq Cəfərli cavablandırıb.
-Natiq bəy, dövlət qurumları yanında İctimai Şuralar necə yaradılır və tələblər nə qədər gözlənilir?
-İndiyə qədər formalaşan İctimai Şuraların tərkibinə baxdıqda görürük ki, əsasən digər sahələrdə çalışan məmurlardan ibarətdir. Bu, İctimai Şuranın yaradılması fəlsəfəsinə o qədər də uyğun gəlmir. Çünki İctimai Şura nəzarət mexanizminin yaradılmasını həyata keçirməlidir. Realda İctimai Şuralar dövlət orqanlarında ictimai nəzarəti həyata keçirən orqana çevrilməlidir. Avropada, ABŞ-da şirkətlərin nəzarət mexanizmi olur. Azərbaycanda səhm bazarı inkişaf etmədiyindən, nəzarət mexanizmləri başqa fəlsəfə ilə yaradılmalı idi. Çünki dövlət şirkətləri açıq və ya qapalı səhmdar cəmiyyət olsa da, onların səhmləri dövlətə məxsusdur. Burada QHT-lərin, medianın, mütəxəssislərin iştirakı çox vacib idi. Çünki müxtəlif dövlət orqanlarında çalışanların ayrı-ayrı İctimai Şuralarda nəzarət mexanizmi həyata keçirməsi o qədər də məntiqli görünmür.
“Ayda bir dəfə toplanıb dinləmələr keçirəcəklərsə…”
-İctimai Şuralarının bu formada yaradılması nə qədər vacibdir? Belə görünür ki, İctimai Şuralar görüntüdür.
-Prezident tərəfindən elan olundu ki, dövlət şirkətləri bərbad çalışır. Onların yenidən qurulması, normal iqtisadi əsaslarla fəaliyyət göstərməsi, gəlirliliyə çıxması üçün müəyyən addımlar atılmalıdır. Bu addımların biri kimi də İctimai Şuraların yaradılması ilə bağlı ümumi qərar oldu. Amma bunların formalaşmasına və iş mexanizmlərinə baxdıqda görürük ki, dəyişən ciddi nəsə yoxdur. Çünki İctimai Şuraların nəzarət mexanizminin öz fəlsəfəsi var. Bunlar hesabatlılığa, məlumatlara çıxış imkanlarına bağlıdır. İstər SOCAR, istər “Azərenerji”, istərsə də digər dövlət şirkətlərinin əməliyyat xərclərinə, rəsmi rəqəmlərinə çıxış əldə etmək mümkün deyilsə, o zaman nəzarət mexanizmi hansı əsaslarla həyata keçiriləcək? Formal olaraq onlar ayda bir dəfə toplanıb dinləmələr keçirəcəklərsə, bunun ciddi effekti olmayacaq. Ona görə də İctimai Şuralarının yaradılması tamamilə başqa alqoritmlər üzərinə qurulmalıdır. Bu prosesdə müxalifət, sivil toplum, jurnalistlər iştirak etməli, hesabatlılıq olmalıdır. Parlament özü də nəzarət mexanizminin həyata keçirilməsində ciddi rol almalıdır. Bir çox başqa parametrlər olmalıdır ki, atılan addımlar effekt versin. Hələlik görünən odur ki, dövlət başçısı çıxış etdi və ona əsaslanaraq bəzi qurumlar formal İctimai Şuralar yaradır.
“Əgər onlar normal çalışsaydı…”
-İctimai Şuraların tərkibinə nəzər saldıqda görürük ki, qurum rəhbərləri tanıdıqları, etibar etdikləri şəxslərdən ibarətdir. Bəzən də bir şəxs bir neçə İctimai Şurada təmsil olunur. Bu tərkibdə olan İctimai Şuralar həmin quruma necə nəzarət edəcək? Ümumiyyətlə, edirlərmi?
-Ümumiyyətlə, məmurların o Şuralarda təmsilçiliyi ciddi suallar doğurur. Çünki hansısa nəzarət mexanizmi onsuz da nazirliklərdə var. Hər bir nazirliyin özünün nəzarət-təftiş mexanizmi mövcuddur. Əgər onlar normal çalışsaydı, məntiqlə bu cür Şuralara ehtiyac da qalmazdı. Əgər onlar normal çalışmırlarsa, indi eyni adamların fərqli adlarla Şuralarda təmsil olunmasının nə mənası var? Bunun nə effekti olacaq? Burada əsas problem ondan ibarətdir ki, sanki bir iş görmək istənilir, amma onun həyata keçirilməsi mexanizmləri ilə bağlı ciddi problemlər var. Həmin qurumların rəhbərləri də maraqlı deyillər ki, sözün həqiqi mənasında ictimai nəzarət olsun. Çünki ictimai nəzarət olsa, suallar yaranacaq, suallar yarananda ona cavab verilməlidir. Bu cavablar isə çox vaxt qaneedici olmur. Ona görə də qurum rəhbərlərinin maraqlarına toxunacaq sualların yaranmaması üçün İctimai Şuralarda dövlət qurumlarına bağlı eyni insanları görürük. Bu da nəzarət mexanizmini çətinləşdirən amildir. Belə yanaşma ciddi bir dönüş yarada bilməz.
“Müxalifət nümayəndələrinə də yer verilməlidir”
-Natiq bəy, sizin təklifləriniz nədir? İctimai Şuralar necə formalaşmalıdır ki, həqiqətən nəzarət edə, problemləri göstərə bilsin?
-Dərinə getsək, belə Şuraların yaranmasındansa, həmin dövlət qurumlarının doğrudan da səhmdar cəmiyyətlərə çevrilməsi zamanı yetişib. Bu zaman Azərbaycanda qiymətli kağızlar, səhm bazarı da canlana bilər. Səhmlərin nəzarət paketi dövlətin əlində ola bilər və olmalıdır da. Bu, bir çox ölkələrdə var. Digər səhmlər isə bazara çıxarılır və səhmdarların yaranmasına şərait yaradır. Məntiqi və fəlsəfi olaraq ən doğru yol budur. Amma çətin və uzun yoldur. Azərbaycana investorların cəlb olunması problem olduğu üçün perspektivdə mümkündür. Yaxın zamanda isə doğrudan da qurumlara ictimai nəzarətin təşkili vacibdirsə- düşünürəm ki, vacibdir- o zaman çəkinmək lazım deyil. Əgər dövlət islahat aparmaq istəyirsə, həmin İctimai Şuralarda müxalifət nümayəndələri, müstəqil ekspertlər, QHT nümayəndələri, media təmsilçilərinə yer verilməlidir. Bunun nəticəsində də şəffalıq artar. Ən vacib məqamlardan biri isə rəqəmlərə çıxış imkanlarının olmasıdır. Məsələn, bizim üçün ən böyük problemlər budur. Biz bilmirik ki, hansı qurum satınalmaları necə keçirir. Bu da dövlət qurumlarında korrupsiyanın genişlənməsinə, mexanizmlərinin işə düşməsinə şərait yaradır.
Paylaş:
Müəllif : Yazar
Tarix:3-03-2021, 15:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:3-03-2021, 15:35
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01