Azərbaycanda "YouTube" kanalları bağlana bilər - XƏBƏRDARLIQ
Azərbaycanın Əqli Mülkiyyət Agentliyi sosial şəbəkələrdə müəllif hüquqlarının qorunması istiqamətində təhlil aparıb.
Bu barədə agentliyin direktoru Xudayət Həsənli “İctimai TV”yə müsahibəsində deyib. Onun sözlərinə görə, artıq bununla bağlı aidiyyatı orqanlara arayışlar göndərilib.
Müxtəlif şikayətlər əsasında müəlliflərin "YouTube" kanallarının bağlanması və gələcəkdə baş verə biləcək uyğun hüquq pozuntularının qarşısının alınması məqsədilə agentlik tabeliyindəki Əqli Mülkiyyət hüquqlarının Təminatı Mərkəzinə tapşırıqlar verib və Multikanal Media Şəbəkəsinin yaradılması istiqamətində işlərin görülməsi tapşırılıb.
İnformasiya-kommunikasiya texnologiyalarının, o cümlədən sosial media, videopaylaşım və digər rəqəmsal media platformalarının sürətli inkişafının əsərlərin istifadəçiləri üçün yaratdığı geniş imkanlar hesabına son illər “YouTube” kimi videopaylaşım platformalarında müəllif hüquqlarının pozulması hallarının artdığını nəzərə alaraq, mövcud problemin öyrənilməsi və neqativ halların aradan qaldırılması yollarının müəyyən edilməsi məqsədilə Prezident Administrasiyasının tapşırığı əsasında Əqli Mülkiyyət Agentliyi müvafiq hazırlıq işləri görüb, araşdırmalar aparıb, o cümlədən “YouTube” kimi platformalarla əməkdaşlığı təmin edəcək “Multikanal şəbəkə”nin yaradılması istiqamətində görüləcək işlər müəyyən edilib.
Hazırlıq işlərinin görülməsi prosesində sentyabr ayında Agentlikdə “Rəqəmsal şəbəkələrdə əqli mülkiyyət hüquqlarının qorunması” mövzusunda Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin Beynəlxalq yazışmalar və diplomatik korpuslar sektorunun, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin aidiyyəti şəxslərinin iştirakı ilə keçirilmiş görüşün nəticələri də nəzərə alınıb.
Tapşırığın icrası ilə əlaqədar, Agentliyin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı tərəfindən “Multikanal Şəbəkə” barədə ilkin arayış və fəaliyyət planı, həmçinin gələcəkdə zəruri texnoloji infrastrukturun qurulması üçün lazımi avadanlıqlarla bağlı təklif hazırlanıb. Hazırda müəllif hüquqlarının qorunması məqsədilə “YouTube” kimi platformalarla əməkdaşlıq edəcək vahid “Multikanal Şəbəkə” formalaşdırılaraq əqli mülkiyyət hüquqlarının qorunmasının həyata keçirilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi işi davam etdirilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:22-02-2021, 16:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:22-02-2021, 16:54
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Dünən, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
28-11-2024, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
28-11-2024, 10:11