Deputat Gəncədəki yeyintini necə MALALAYIR... - Həmzəyevdən həmkarına ŞÜBHƏLİ JEST
"Gəncədə su, kanalizasiya tikintisi öz həllini tapmır. Əksinə, bununla bağlı işlər Gəncədəki yollara böyük ziyan vurub. “Azərsu” bu problemlə əlaqədar Gəncə əhalisinə hesabat versə, yaxşı olar”.
"Demokratik.Az" bildirir ki, bu sözləri ötən gün milli məclisdə Gəncənin millət vəkili Naqif Həmzəyev səsləndirib. Deputat öz çıxışında təmsil etdiyi şəhərin mövcud probleminə həssaslıq sərgiləsə də, yolsuzluq mühitinə haqlı iradlar bildirsə də, fikirləri əsas hədəfdən yayındırmağa çalışıb. O, Gəncə şəhərində həyata keçirilən içməli su və kanalizasiya sistemlərinin yenidən qurulmasında "podratçı-icraçı" şirkət olan “Azəraqrartkinti” ASC-nin varlığını sanki unutdurmağa çalışıb. Axı məlum məsələdə hesabat verməli qurum təkcə "Azərsu" deyil, elə bilavasitə icraçı-podratçı şirkətdir!
Bu hal maraq doğurmaya bilməz. Çünki, deputat Həmzəyevin birdən-birə sifarişçi dövlət qurumu olan "Azərsu" ASC-ni yeganə "günah keçisi" kimi hədəfə alması heç təsadüfə, səmimiyyətə oxşamır.
Əldə etdiyimiz bilgiyə görə, deputatın natamam açıqlaması təkcə onun savadsızlığından deyil, icra başçısı Niyazi Bayramovdan, həm də adını çəkmədiyi podratçı-icraçı şirkətin sahibinə qorxusundan irəli gəlib. Uzun illərdir Gəncədə milyonları qamarlayıb üzərinə düşən öhdəliyi yerinə yetirməyən “Azəraqrartkinti” ASC-nin sədri onun oliqarx həmkarı Ağalar Vəliyevdir. Niyazi Bayramov cənabı isə Gəncədə sözügedən məsələdə təhvil aldığı korrupsiyanın burulğanını son illər durdurmayan, əksinə rəhbəri olduğu şəhərdə "Azəraqrartikinti" kimi şirkətlərin özbaşınalığına daha münbit şərait quran məmurdur. Naqif əfəndi isə, deputat mandatı daşısa da dolayı mənada Niyazi Bayramovun təəssübkeşi və silahdaşı, hətta sirdaşı kimi çıxışlar etməyə məhkumdur.
Rəsmi məlumatlara görə, Gəncənin içməli su və kanalizasiya problemlərinin həllinə illər öncə başlanılıb və Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının (KFW bankı) birgə maliyyələşdirdiyi “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində şəhərin içməli su təchizatı və çirkab su sistemlərinin yenidən qurulması layihəsi mərhələli şəkildə aparılıb. Layihə çərçivəsində 100 milyonlarla manat vəsait xırıd edilsə də süni əngəllər və korrupsiya ucbatından proqnozlaşdırılmış mühüm hədəflərə ulaşılmayıb. Gəncə camaatı hələ də susuz qalıb "ya Hüseyn" deyir. Təbii ki, görülən işlər şəhərin yol infrastrukturunu da xeyli yarıtmaz hala salıb.
Layihənin həyata keçirilməsi (tamamlanması) üçün iş icraçısı və podratçı şirkət kimi “Azəraqrartikinti” ASC-nin seçilməsi də maraqlıdır. Məlumatlardan görünür ki, əslində deputatın "əzəmətli" şirkəti özünü bu layihəyə sonradan - alman şirkətinin Gəncədən qovulmasının ardından "dürtüşdürüb" və bütün sifarişləri təkbaşına xortumlayıb. Təbii ki, əldəyişmə maxinasiyası sifarişçi təşkilat şefi Qorxmaz Hüseynovun da iradəsilə baş tutub. Amma bu hal oliqarx Vəliyevin kürəyinə daha güclü əllərin sığal çəkdiyini unnutdurub istisna etmir.
Bütün ölkə bilirsə deputat Naqif Həmzəyev niyə bilmir ki, ölkədə ən çox dövlət vəsaitlərini havaya sovuran qurumlardan biri "Azərsu” ASC-dirsə, bənzər layihələri daha çox qamarlayan şirkət də həmkarı Ağalar Vəliyevin şirkətləridir. Və Vəliyevin şirkətlərinin həngamələri barədə ən azı elə Qorxmaz bəyin korrupsiya "yuvası" qədər tənqidi yazılar tirajlanıb, lakin bu kişilər öz işlərinə istədiyi kimi yenə də davam edirlər.
Bəs, Naqif Həmzəyevin nəticəsiz qışqırığı əslində nəyə hesablanıb?!
Buradaca xatırlamaq yerinə düşər ki, Naqif Həmzəyev sabiq icra başçısı Elmar Vəliyevin ən yaxınlarından biri kimi ad çıxarıb. Hətta, əvvəlki beşillik deputatlığı dönəmində (2015-18) özünü deputatdan daha çox Elmar Vəliyevin köməkçisi kimi aparıb. Buna görə də, N.Həmzəyevin öz karyera yüksəlişini və deputatlığını belə sabiq icra başçısına borclu olduğu dəfələrlə iddia edilib.
Bunu ona görə yada salıram ki, "qayğıkeş" deputatın ötən illərdə nə üçün susduğunu, Elmar Vəliyevin dönəmində Gəncənin hər yerində qazılan "səngərlər"ə və baş verən çeşidli özbaşınalıqlara bir dəfə də olsun cınqırını çıxartmadığının səbəbinə varaq. "Azəraqrartikinti" rəhbərilə Elmar Vəliyevin yaxın dostluğunu isbata isə heç ehtiyac olmadığını da nəzərə alaq. Beləliklə, Həmzəyevin birdən-birə aktivləşməsini də anlamağa çalışaq.
Müşahidələr göstərir ki, Gəncənin yeni fəallaşan deputatı son çıxışlarındakı qısa reqlamentini doldurmaq və zədələnmiş ictimai reytinqini qaldırmaq naminə populist manevrlər edir. Sözügedən çıxışdan da sezilən əslində budur. Lakin, məncə deputatın etdikləri uğursuz, süni və bərbad alınır.
Deputat Gəncədəki yeyintini necə MALALAYIR...
Hətta, onun öz çıxışından cəmi bir neçə saat sonra feysbuk səhifəsindəki paylaşımı yalan və bayağılığın həddini göstərir. Adam sözügedən çıxışından əvvəlki işləri az qalsın öz uğuru, sözünün və hörmətinin gücü kimi ictimaiyyətə sırıyırsa başqa nə deyəsən.
Deputat ünvanına daş atdığı qurumun hərəkətə keçdiyini nağıllayaraq nöqsanların guya onun çıxışından sonra aradan qaldırıldığına, guya çökmüş hansısa küçə massivində təcili asfaltlama işi aparıldığına özünü və "seçicilərini" inandırmağa çalışır. Halbuki şəhərin yol infrastrukturunda heç bir dəyişiklik hiss edilmir, dağılan və viranə qalan yollarda heç bir təmir işi görülmür. Və görülən işin də "Azərsu" ilə əlaqəsi yoxdur, deputatın hərəkətləri çıxışı qədər təsiri olmayan sadə bir şoudur, vəssalam!. Belə olmasaydı indiyədək bu deputat seçildiyi dairənin, hətta özünün yaşadığı ərazidəki bərbad vəziyyətin aradan qaldırılmasına təkidlə çağırışlar edərdi. Şəhərin bütün küçələrinin abadlaşdırılmasını arzulayardı.
Ümid edək ki, sifarişçi dövlət qurumu və podratçı şirkət ölkənin ikinci böyük şəhərinə ögey və talançı rəftarına son qoyacaq.
Naqif Həmzəyevin timsalında ölkənin ikinci böyük şəhərini təmsil edən millət vəkilləri isə yaxşı olardı ki, Gəncənin problemlərinin həlli istiqamətində real addımlar atmaq üçün sakinlərə daha yaxın olsunlar. Deputatlar üçün sakinlərin dərdinin parlamentdə deyilməsi məmur maraqlarına xidmətdən daha şərəfli iş olardı. Əks halda, Gəncəyə passiv və görüntü yaratmaq üçün "seçilmiş" deputatlar onsuz da lazım deyil...
Osman Nərimanoğlu
Demokratik.Az
Paylaş:
Müəllif : Yazar
Tarix:19-02-2021, 10:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:19-02-2021, 10:07
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti