Qıraq Kəsəmən normal həyatdan da QIRAQ QALIB... - GİLEY
Ağstafa rayonunun Qıraq Kəsəmən kəndi hazırda sosial problemlərə görə ağır günlərini yaşayır. Bu kəndə ögey münasibət hər addımbaşı açıq-aşkar hiss olunur.
Faktinfo.az-a göndərilən şikayət məktubunu ümumiləşdirərək bildiririk ki,belə bir acınacaqlı münasibətin bünövrəsi hələ 15-20 il əvvəldən qoyulub. Həmin dövrdə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı olan Cümşüd Musayev sözügedən kənd üçün demək olar ki, heç bir iş görməyib.Ondan sonra rayona rəhbərlik edən Elxan Usubov,Məhərrəm Quliyevin dönəmlərində də Qıraq Kəsəmən kəndi üçün heç bir əsaslı iş görülməyib.Əksnə rayonun hər yerində olduğu kimi,bu kəndin də varidatı rayona rəhbərlik edən şəxslər tərəfindən talanıb.Hazırda rayona rəhbərlik edən Seymur Orucovun gündəliyində Qıraq Kəsəmən üçün bəzi sosial məsələlərin həlli nəzərdə tutulsa da, maliyyə problemləri səbəbindən hələ ki,ləngiyir.
Bu gün Qıraq Kəsəmən kəndinin ən böyük problemlərindən biri su ilə bağlıdır. Vaxtilə kənddə içməli su üçün bir neçə artezian quyusu movcud olsa da, sonradan baxımsızlıq ucbatından onlar tamamilə yararsız hala düşüb. Hazırda, sakinlər uzun növbələr gözləməklə sızqa krandan vedrə ilə su daşımaq məcburiyyətində qalıblar.İçməli suya daha çox tələbatın kəndin aşağı hissəsində yeni salınmış məhəllələrdə ehtiyac duyulur.Yay fəslində isə içməli su üçün sakinlər saatlarla bunun əldə edilməsinə vaxt ayırırlar.
Kənd sakinlərinin digər narazılığı maye qazla bağlıdır.Kəndin aşağı məhəllələrdə yaşayan sakinlərin illərdir ki, maye qaza həsrət qalması təəssüf doğurur.Dəfələrlə rayon rəhbərliyinə,aidiyyatı qrumlara şikayət edən sakinlərin problemi hələ də həll edilməmiş qalır.
Kəndin bəzi məhəllələrində işıq dirəkləri yararsız hala düşüb,bir neçə küçədə isə elektrik naqillərinə işıq dirəkləri qurraşdırılmayıb.Ümumiyyətlə kəndin yeni salınmış məhəllələrində elektrik dirəkləri yoxdur.
Qıraq Kəsəmənlilərin yol problemi də ciddi narahatlıq doğuran məsələlərdəndir. Qeyd etmək yerinə düşər ki, sovet dövründə bu kəndin nəinki əsas küçələrinə, hətta ara yollarına da asfalt döşənmişdi. Hazırda isə kəndin bütün yolları tamamilə bərbad vəziyyətə düşüb. Magistral yoldan kəndin içərilərinə qədər olan 600 metrlik məsafəyə asfalt çəkilməsi üçün aidiyyatı qurumlara dəfələrlə müraciət edilsə də, hələ ki, heç bir nəticə yoxdur.Rayonun bəzi kəndlərində yollar asfaltlansa da Qıraq Kəsəmən kəndi istisnalıq təşkil edir.
Kənd əhalisinin tələblərindən biri də odur ki, ilkin olaraq yolların enişli-yoxuşlu vəziyyətini aradan qaldırmaq üçün ekskavator işləsin. Heç olmasa, kəndin ilkin olaraq yollarının hamarlanması həyata keçirilsin.
Qıraq Kəsəmən kəndində sakinlər bələdiyyəyə aid məsələlərlə bağlı kimə müraciət edəcəklərini də bilmirlər. Elə bunun nəticəsidir ki, kəndin müxtəlif əraziləri böyük zibilxanalara çevrilib.Əslində isə bələdiyyə kəndin kənarlarında çalalar qazdırmalı və zibillər oraya atılaraq, sonradan üstü örtülməlidir. Ortalıqda qalıb, gündən-günə artan zibilxanalar isə əsl xəstəlik mənbəyidir, desək, yəqin ki, yanılmarıq.Yəqin elə bu zibilxanaların çoxluğundandır ki, hər tərəfdən sahibsiz itlər bu kəndə axışır. Hər gün onlarla it sürü halında kəndin içərisi ilə o tərəfə, bu tərəfə gedir, sakinlər üçün ciddi təhlükə yaradırlar.Məsələn bu mövzuya toxunan Abdul Qurban Kəsəmən adlı oxucumuz kənd sakinləri adından bildirir ki, Ağstafa rayonu Qıraq Kəsəmən və Poylu qəsəbə inzibati ərazisinin neytral hissəsində zibbilik ərazi uzun müddətdir ki təmizlənmədiyi üçün kəndin bir qrup sakininin normal yaşamasına mane olur. Məişət tullantıları əkin sahələrinə,insanların gediş gəlişinə,sahələrin suvarılması üçün nəzərdə tutulmuş su kanallarına ciddi fəsadlar yaradır.Selofan torbalar külək əsəsn kimi kəndin bütün hissələrində hasarlara ağaclara və s dolaşır. Aidiyyatı şəxslər isə bu xoşa gəlməz halı ya görmürlər ya da məsuliyyətsiz yanaşırlar.(Şəkillərə aşağıda fotoqalereyada baxa bilərsiniz)
Qıraq Kəsəmən kəndinin məhəllələrində işıqlandırma problemindən isə heç danışmağa dəyməz. Belə ki, küçələrin işıqlandırılması ilə bağlı heç bir iş görülmədiyindən axşam düşən kimi kənd yolları əməlli-başlı zülmətə qərq olur.
Qıraq Kəsəməndə internet məsələsi də ciddi problemə çevrilib. Buna görədir ki, onlayn təhsil alan onlarla şəxs hər gün Ağstafa ilə Qıraq Kəsəmən arasında əsir-yesir qalır.Kəndin internetsiz vəziyyətinə dair isə onlarla şikayətçi var.
Hazırda kəndin ən ağrılı problemlərindən biri də bəzi torpaq sahələrinin suvarma məsələsi ilə bağlıdır.50-ə yaxın kənd sakininin imzası ilə “Faktinfo.az” saytına göndərilən şikayət ərizəsində qeyd olunur ki,bəzi kənd sakinlərinə məxsus pay torpaqları susuzluq ucbatından istifadəsiz qalıb. Bu da onların dolanışığına, maddi təminatına xeyli dərəcədə mənfi təsir göstərir,məşğulluqlarının təmin edilməsini mümkünsüzləşdirir.Məsələn,şikayət məktubundakı şəxslərdən kənd sakini Bəkir Muşayevin bildirdiyinə görə,Qıraq Kəsəmən kəndinin suvarılan torpaqlarının müəyyən hissəsi 1960-cı ildə istifadəyə verilmiş su nasosları vasitəsilə Kür çayından təmin edilib.İndi nasoslar işləmir,bu səbəbdən də kəndin "Şükoy" deyilən ərazisində islahat nəticəsində əhaliyə verilmiş torpaqlar istifadəsiz qalıb.
Onu da vurğulayaq ki, Qıraq Kəsəmən kəndi sovet dönəmində rayonun ən abad, ən qabaqcıl kəndlərdən biri kimi tanınıb. Onlarla elmlər doktoru, professor elmi dərəcəsi alan alimlər, paytaxtın ali məktəblərində aparıcı elmi simalar kimi ad çıxarıblar. Tarixən də Qıraq Kəsəmən qəhrəman, mübariz kənd kimi tanınıb. Vaxtilə bu kəndin sakinləri Çar Rusiyası dönəmində belə Qafqaz canişinləri Qançelli və Çavçakadezın işğalçı qoşunlarına qarşı mərdliklə vuruşublar. Hətta, Fərman Eyvazlının məşhur “Qaçaq Kərəm” əsərində də Qıraq Kəsəmənin köhnə kişilərinin igidliyindən, cəsurluğundan geniş söz açılır.
Belə bir qəhrəman kəndin bu gün az qala rəzil bir duruma salınması, həqiqətən acı təəssüf doğurur. Ancaq ümid etmək istərdik ki, aidiyyatı qurumlar bu yazıdan sonra Qıraq Kəsəmən kəndindəki real vəziyyətə diqqətlə yanaşacaq və mövcud problemlərin aradan qaldırılması üçün lazımi addımlar atacaqlar.
Mövzunu diqqətdə saxlayacağıq.
Paylaş:
Müəllif : Yazar
Tarix:16-02-2021, 09:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:16-02-2021, 09:53
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01