"Məhbusa pul göndəririk, üstündən götürürlər..." - GİLEY
Şəki Penitensiar Müəssisəsində saxlanılan məhbus Röyal Əhmədovun orada ölüm aclığı keçirdiyi iddia olunur. DİA.AZ-ın məlumatına görə, məhbusun atası Kərim Əhmədov bildirib ki, oğlu fevralın 10-dan aclığa başlayıb. K.Əhmədovun sözlərinə görə, oğlunun aclıq aksiyası keçirməyindən həmin müəssisədə saxlanılan başqa bir məhbusun köməyilə xəbər tutublar. Hazırda özü ölkədə olmadığına görə şəxsən müəssisəyə gedib, oğlunu görmək imkanı olmadığını deyən K.Əhmədov Ombudsman Aparına müraciət edib.
“Oğlumla danışmaq imkanımız da olmayıb. Ombudsman Aparatının Şəki Regional Mərkəzinə müraciət edib, onlardan xahiş etdim ki, Röyalın vəziyyətini araşdırsınlar. Bizə deyilənə görə, orada təzyiqlər, özbaşınalıqlar ucbatından aclıq edir. Xeyli vaxtdır ki, müəssisədəki vəziyyətdən, məhbuslara münasibətdən narazılıqları vardı. Etiraz edirdi, pis cavab alırdı. Məsələn, məhbusa pul göndəririk, üstündən götürürlər. Əvvəl 100 manatın üstündən 10 manat götürürdülər, sonra 15-ə qaldırdılar. Yaxud da pul göndəririk, poçtdan götürürlər, bir neçə gün saxlayırlar, vermirlər. Sovqat göndəririk, içindəki konservi göndərmirlər, amma həmin konservi içəridəki mağazada baha qiymətə satırlar”, - K.Əhmədov bildirib.
Onun sözlərinə görə, bir müddət əvvəl oğlunun başqa bir məsələyə görə də müəssisə rəhbərliyilə mübahisəsi olub: “Mən və anası Azərbaycanda yaşamırıq. Oğlum istəyib ki, orada şəkil çəkdirsin, bizə göndərsin. İcazə verməyiblər. Deyib, heç olmasa, 3-5 ayda bir dəfə valideynlərimlə görüntülü danışmaq imkanı yaradın, ona da imkan verilməyib. Nə vaxtdır ki, bir-birimizi görmürük”.
K.Əhmədovun sözlərinə görə, Ombudsman Aparatının Şəki regional mərkəzindən ona deyilib ki, müəssisədə gedib oğlu ilə görüşmələri üçün mütləq Ombudsman Aparatının “Qaynar Xətt”inə şikayət etməlidir: “Fevralın 11-də səhər ora da şikayət etdik. Biz oğlumun vəziyyəti haqqında dəqiq bir məlumat öyrənmək istəyirik. Qeyri-müəyyənlik içindəyik. Aclıq elədiyini eşitmişik. Amma sonradan Ombudsmanın nümayəndəsi bizə dedi ki, telefonla müəssisə ilə danışıblar, aclıq eləmir, “karsa” salınıb. Niyə salınıb, vəziyyəti necədir – bunu da bilmirik”.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi isə R.Kərimovun aclıq etməsi haqda məlumatı təkzib edib.
Naxşçvan sakini olan 1986-cı il təvəllüdlü R.Kərimov 2014-cü ildə həbs edilib. O, keçmiş polis əməkdaşı Şakir Orucov, Rəşad Tağıyev və Rəhim Səttarovla birlikdə mühakimə olunub. Tamah məqsədilə qəsdən adam öldürmə, quldurluq və s. əməllərdə təqsirli bilinən R.Kərimov 20 il azadlıqdan məhrum edilib. Onunla birlikdə mühakimə olunanlardan Orucov ömürlük, digərləri isə 13 il həbs cəzası alıb.
R.Kərimov cəzasının ilk beş ilini həbsxana rejimində çəkib. O, 2019-cu ilin dekabrında Qobustan həbsxanasından Şəki Penitensiar Müəssisəsinə köçürülüb.
Paylaş:
Müəllif : Yazar
Tarix:12-02-2021, 10:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:12-02-2021, 10:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti