Heybət İmanov Ali Məhkəmənin qərarını “daxili nəzarət” qaydasında yoxlayır? - NARAZILIQ!
"Məmur özbaşınalığı o həddə çatıb ki, sıradan bir şöbə müdiri, müfəttiş belə məhkəmə qərarının qanuniliyini şübhə altına alır, vətəndaşın qanunun aliliyinə, Konstitusiyaya, dövlətə inamına sarsıdıcı zərbə vurur. Özbaşınalığa uğrayan vətəndaşın şikayətləri qanunun tələbinə zidd olaraq barəsində şikayət edilən qurumun və vəzifəli şəxsin özünə verildiyindən nəinki son qoyulur, əksinə daha şiddətlə davam edir". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra deyilir: "Güzəştli şərtlərlə pensiyaçı Nəzərov Yaşar Əliş oğlunun məhkəmə qərarı ilə müəyyən edilən pensiyasını 5 il sonra ƏƏSMN daxil nəzarət və audit idarəsinin rəisi Heybət İmanovun dayandırmasından ali dövlət hakimiyyəti, hüquq-mühafizə orqanlarına, Hesablama Palatasına, Ombudsmana, ƏƏSMN rəhbərliyinə şikayətlər 6 aydır sözügedən məmurun özünə verilir və Heybət İmanovun Konstitusiyadan da üstün olması absurdluğu, sıradan bir məmurun məhkəmə qərarını yoxlamaq hüququnun olması qanuniləşdirilir. Təsəvvür edin, borclu ƏƏSMN tələbkar pensiyaçının 5 il qabaq Ali Məhkəmə səviyyəsində qanuni qüvvəsini almış pensiyasını özbaşına “daxili nəzarət və audit” qaydasında dayandırıb! (?) Bəyəm borclunun tələbkarın məhkəmə qaydasında təyin edilən pensiyasını yoxlamaq hüququ var? Konstitusiyanın 129-cu maddəsi belə yoxlamanın cinayət məsuliyyəti yaratdığını doğrulayır : “MƏHKƏMƏ QƏRARLARI DÖVLƏTİN ADINDAN ÇIXARILIR VƏ İCRASI MƏCBURİDİR. MƏHKƏMƏ QƏRARLARININ İCRA OLUNMAMASI QANUNLA MÜƏYYƏN EDİLMİŞ MƏSULİYYƏTƏ SƏBƏB OLUR “ Ölkədə ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan Qanun -Konstitusiyanın pozulması göz önündə olsa da, ANA QANUNU pozan BORCLU yox , TƏLƏBKAR cəzalandırılır! (?) Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı 03.02.2021 tarixli məktubla bildirib ki, artıq 6-cı aydır güzəştli şərtlərlə pensiyasından məhrum edilən tələbkarın şikayətinin araşdırılması ƏƏSMN yanında DSMF-ə tapşırılıb. (Eyni tarixli və eyni məzmunlu digər məktub Cəbrayıldan məcburi köçkün güzəştli pensiyaçı Sadıqov Tofiq Yolçu oğluna da ünvanlanıb) Buradaca vurğulayaq ki, məhkəmə qərarlarının icra olunmaması ilə bağlı şikayətin araşdırılması ilk növbədə Ədliyyə Nazirliyinin, qərarı çıxaran məhkəmənin üzərinə qoyulmalıdır. Ombudsman Aparatı “poçtalyonluq missiyası”nın nəticəsini belə açıqlayır : “...AZƏRBAYCAN RESPUBLİKASININ ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ TƏRƏFİNDƏN MÜTƏMADİ OLARAQ APARILAN ARAŞDIRMALAR NƏTİCƏSİNDƏ VƏTƏNDAŞLARIN PENSİYA HÜQUQLARININ TƏSBİTİ İLƏ BAĞLI ƏSASLI ŞÜBHƏLƏR YARANDIQDA ...PENSİYA ÖDƏNİŞİ “ƏMƏK PENSİYALARI HAQQINDA” QANUNUN 37.8.3 MADDƏSİNİN TƏLƏBİNƏ UYĞUN QAYDADA DAYANDIRILIR .
..SİZƏ ƏMƏK PENSİYASI TƏYİNATI APARILARKƏN ƏSAS GÖTÜRÜLMÜŞ HALLARIN PENSİYA QANUNVERİCİLİYİNİN TƏLƏBİNƏ UYĞUNLUĞU ƏƏSMN APARATININ DAXİLİ NƏZARƏT VƏ AUDİT ŞÖBƏSİ TƏRƏFİNDƏN ARAŞDIRILIR. ƏMƏK PENSİYASININ ÖDƏNİŞİNİN BƏRPA OLUNMASI MƏSƏLƏSİNƏ ARAŞDIRMANIN NƏTİCƏSİ BARƏDƏ MÜVAFİQ MƏLUMATLAR DSMF-Ə DAXİL OLDUQDAN SONRA BAXILA BİLƏR. “ Özbaşınalığa fikir verin, ƏƏSMN Aparatının daxili nəzarət və audit şöbəsi vətəndaşın 6-cı ildir məhkəmə tərəfindən təsbit olunan pensiyasını yoxlama adı ilə dayandırıb, DSMF isə Ombudsman Aparatına yazır ki, yoxlamanın nəticəsindən asılı olaraq pensiyanın bərpası məsələsinə BAXILA BİLƏR. Açıq şəkildə HEYBƏT İMANOVUN DÖVLƏTİN ADINDAN ÇIXARILAN MƏHKƏMƏ QƏRARINI AUDİT ETMƏSİ OMBUDSMAN SƏVİYYƏSİNDƏ QANUNİLƏŞDİRİLİR! (?) Belədə hansı hüquqdan, hansı qanundan danışmaq olar? OMBUDSMAN VƏ APARATI BİLMİR Kİ, HANSISA AUDİT ŞÖBƏSİNİN MƏHKƏMƏ QƏRARINI ŞÜBHƏYƏ ALIB ARAŞDIRMAQ HÜQUQU YOXDUR? Ombudsman bunu bilmirsə, vay insanların hüquqlarına!
Ombudsman Aparatının rəhbəri sonda “əlavə olaraq bildirib ki, SİZƏ DAİR (?-M.B. ) 2 SAYLI BAKI İNZİBATİ-İQTİSADİ MƏHKƏMƏSİNİN 30.11.2015 TARİXLİ 2-1 (82)-3597/15 saylı qərarından YENİ
AÇILMIŞ HALLAR ÜZRƏ İCRAATIN TƏZƏLƏNMƏSİ ilə bağlı ərizə ilə DSMF tərəfindən BAKI İNZİBATİ MƏHKƏMƏSİNƏ MÜRACİƏT EDİLMİŞDİR “
Ombudsman Aparatının və DSMF-in, eləcə də ƏƏSMN Aparatının daxili nəzarət və audit şöbəsinin nəzərinə çatdırırıq ki, Bakı İnzibati Məhkəməsi sözügedən ərizəyə baxa bilməz və baxmayacaq da! Nədən 2015-ci ildə qanuni qüvvəyə minmiş qərara 6 ildən sonra baxılmasınıİnzibati Prosessual Məcəllənin (İPM) 103-cü maddəsi yolverilməz sayır ! Həmin maddəyə görə, yeni açılmış hallar üzrə icraatın təzələnməsinə dair ərizə 3 il müddətində verilir və müddət buraxıldığı hallarda MÜDDƏTİN BƏRPASINA YOL VERİLMİR.
Ombudsman Aparatının, ƏƏSMN Aparatının daxili nəzarət və audit şöbəsinin , DSMF-in diqqətinə İPM-in 105-ci maddəsinin tələbini də çatdırmağı borclu olmasaq da birc bilirik : “ YENİ AÇILMIŞ HALLARLA BAĞLI ƏRİZƏNİN VERİLMƏSİ MƏHKƏMƏ QƏRARININ İCRASINI DAYANDIRMIR”.
Qanunun, Məcəllənin, Konstitusiyanın dayandıra bilmədiyi məhkəmə qərarının icrasını Heybət İmanovun özbaşınalıqla dayandırmasına Ombudsman Aparatının, ƏƏSMN rəhbərliyinin haqq qazandırmasını HAQQ götürər?"
Paylaş:
Müəllif : Yazar
Tarix:9-02-2021, 17:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:9-02-2021, 17:24
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11