reklam
Regionxeberlericom.az » Sosial » Mərkəzi Klinik Xəstəxanaqa qarşı ittiham - 15 günə 25 min pul alıblar, sonda xəstə ölüb

reklam

Mərkəzi Klinik Xəstəxanaqa qarşı ittiham - 15 günə 25 min pul alıblar, sonda xəstə ölüb


Vətəndaş Əliyev Təyyar Vəli oğlu Azinforum.az saytına açıqlamasında Mərkəzi Klinik Xəstəxanada onların ailəsinin başına açılan oyundan danışıb. Şikayətçinin sözlərinə görə, bu yaxınlarda dünyasını dəyişən həyat yoldaşı Əliyeva Rəfiqə Əyyub qızının ömrünün son günlərində sözügedən xəstəxananın həkimləri bilə-bilə onların ailəsini ağır maddi vəziyyətə salıblar: “Həyat yoldaşım onkoloji xəstəydi. Uzun müddətiydi ki, onu müalicə etdirirdik. Nəyimiz vardı satıb onun müalicəsinə sərf etmişdik. Qəfildən vəziyyəti pisləşdi. Mərkəzi Klinik Xəsətəxananın “Onkologiya” şöbəsinə müraciət etdik. Bizə dedilər ki, xəstənin sağalması üçün mütləq “ximiya” deyilən bir dərman var, onu vurmalıyıq. Onların dediyi dərmanı burda tapa bilmədik, axırda Moskvadan gətizdirdik. Həmin dərman bizə 5 min 500 manata başa gəldi. Onu vurandan sonra, xəstənin vəziyyəti daha da ağırlaşdı. Sonra həyat yoldaşımı “Reanimasiya”ya yerləşdirdilər. 15 günə yaxın orda saxlamağın müqabilində məndən 20 min manata yaxın pul aldılar. İki gündən bir depozit yazırdılar, mən gedib ödəyirdim. Maraqlanandan deyirdilər ki, həmin pullar müalicə və xəstənin yeməyi üçün ödənilir. Maraqlıdır, “Reanimasiya”da olan xəstə nə yeyir ki, ona bu qədər məsrəf hesablanır? Artıq borc almağa da adam qalmadığı üçün, xəsətəxana rəhbərliyinə etirazımı bildirdim. Xeyiri olmadı bütün pulları qəpiyinə kimi mənə ödətdirdilər. Sizə məndən zorla, çıxılmaz vəziyyətdə alınan pulların çeklərini də təqdim edirəm. Əminəm ki, həkimlər xəstənin sağalmayacağını bilirdilər. Belə olan halda, onların xəstəni təkidlə orda saxlamaqda məqsədləri bizdən pul qoparmaq olub. Elə buraxaydılar xəstə gəlib evində canını tapırardı da. Bir sözlə, hazırda mən nəticəsiz olaraq Mərkəzi Klinik Xəstəxanaya ödədiyim pulların girovuna çevrilmişəm. Həm həyat yoldaşım dünyasını dəyişib, həm də mən külli miqdarda borc içindəyəm. Xəstəxananın həkimləri bilə-bilə bizi bu duruma saldılar. Səhiyyə naziri Oqtay Şirəliyevdən xahiş edirəm ki, bu məsələnin araşdırılmasını öz nəzarətinə götürsün və məndən zorla alınan pullar geri qaytarılsın. Şikayətim nəticə verməyəcəyi təqdirdə, daha yuxarı instansiyalara müraciət etməli olacam”.

Mövzu ilə bağlı Mərkəzi Klinik Xəstəxanadan mövqe öyrənə bilmədik. Onların da fikirlərini dinləmməyə hazırıq.






Paylaş:


Müəllif : Tarix:
20-05-2019, 09:50
Sikayət   


loading...
Загрузка...