İcraçı direktor pulları mənimsəyir, Müşahidə Şurası ancaq müşahidə edirdi? - İTTİHAM
26 yanvar 2020-ci ildə Bakı Apellyasiya Məhkəməsi, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş icraçı direktoru Vüqar Səfərlinin şikayətini rədd etdi. Xatırladaq ki, 14 yanvar 2020-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Səfərli haqqında dörd ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Fondun keçmiş icraçı direktoru mənimsəmə və mənimsəmə zamanı xüsusilə böyük ziyan vurmaqda, cinayət yolu ilə əldə edilmiş külli miqdarda pulun leqallaşdırılmasında və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.
Vüqar Səfərlinin yuxarıda göstərilən cinayətləri KİVDF-nin icraçı direktoru vəzifəsində işləyən zaman törətdiyi bildirilir. Fondun nizamnaməsinə görə, bu təşkilatın fəaliyyətinə ümumi nəzarəti doqquz nəfərdən ibarət Müşahidə Şurası həyata keçirir. Nizamnaməyə görə, Müşahidə Şurasının üç üzvü media nümayəndələri, üç üzvü bu Şurada jurnalist ictimai təşkilatlarını təmsil edir. Digər üçü isə müvafiq dövlət qurumlarının nümayəndələridir. Müşahidə Şurası Fondun xərclərinə və icraçı direktorun fəaliyyətinə nəzarət edir (https://kivdf.gov.az/page/charter).
Səfərlinin hələ “at oynadan” vaxtlarında mətbuatda icraçı direktorun Fondun vəsaitlərini mənimsəməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə günahlandırıldığı mövzusunda məqalələr dərc olunmuşdu. Ancaq Müşahidə Şurasının üzvləri bu ittihamlara heç bir şəkildə reaksiya verməmişdilər.
Sabiq direktorun hələlik ittiham olunduğu cinayət əməllərini uzun illərdir “görməyən” Müşahidə Şurası üzvlərinin məhkəməyə cəlb olunması mümkündürmü? AYNA suala cavab axtarıb.
Media mütəxəssisi, professor Qulu Məhərrəmlinin sözlərinə görə, Vüqar Səfərlinin törətdiyi cinayətlərdən Müşahidə Şurasının üzvləri məlumatlı idilər: “Səfərlinin törətdiyi cinayətlərdə bilavasitə əli olanlar cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. İcraçı direktorun cinayətlərini bilən, lakin bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməyənlər, ilk növbədə mənəvi məsuliyyət daşımalıdırlar”.
Hüquqşünas Ələsgər Məmmədli də o fikirdədir ki, sabiq icraçı direktorun törətdiyi cinayətlərdən xəbəri olan şəxslər məhkəməyə cəlb olunmalıdırlar: “Müşahidə Şurasının üzvləri, Fondun icra orqanlarının fəaliyyətinə nəzarət etməli olduqları üçün hərəkətsizliyə görə cavabdeh ola bilərlər”.
Mətbuat Şurasının üzvü Azər Həsrət isə, Vüqar Səfərlinin cinayətlərini xəbər vermədikləri üçün hüquq-mühafizə orqanlarının kimisə məsuliyyətə cəlb edə biləcəyinə inanmır: “Çünki belə bir mexanizm, sadəcə mövcud deyil. Ancaq hüquq-mühafizə orqanlarının Vüqar Səfərlinin cinayətləri barədə çıxan yazılara niyə heç bir şəkildə reaksiya göstərməməsi sualı məni də maraqlandırır. Həqiqətən, qanuna görə, hüquq-mühafizə orqanları bu yazılarda göstərilən faktları araşdırmalı idi”.
Bir sözlə, V.Səfərlinin məhkəməsi bu vaxta qədər açıqlanmayan bir çox detalları ilə maraqlı bir tamaşa olacağını vəd edir. Əlbəttə ki, “sosialist mülkiyyətinin talanına” görə cavab verən təkcə keçmiş icraçı direktor olmayacaq...
Paylaş:
Müəllif : Yazar
Tarix:28-01-2021, 16:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:28-01-2021, 16:30
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11