"Safari N MTK" dövlətə necə kələk gəlib? - İTTİHAM
Mənzilə görə ilkin ödəniş olaraq 50 min manat ödədim, yerdə qalan məbləği kredit şəklində 2 il ərzində gecikdirmədən, tam ödəyəndən sonra maliyyə arayışı almaq üçün şirkətə müraciət etdim. Şirkətdən bildirdilər ki, ödədəyim 107 min manatı faizi ilə birlikdə təzədən şirkətə ödəməliyəm, yoxsa mənzil əlimdən alınacaq”.
Bakı sakini Nüsrət Rəhimli Meydan TV-yə danışır ki, 2018-ci ilin aprelində "Safari N” MTK-nın Yeni Yasamalda inşa etdiyi yeni tikilidən kreditlə mənzil alıb. Mənzilin pulunu tam ödəsə də, indiyə kimi maliyyə arayışını ala bilməyib. Səbəbsə şirkətin onunla yenidən müqavilə bağlayıb krediti təkrar ödətdirmək istəməsidir.
3 il əvvəl Nüsrət Rəhimli mənzil axtarmaq üçün "Avilla” Daşınmaz Əmlak Agemtliyinə müraciət edib. Agentliyin vieltorunun təklif etdiyi bir neçə mənzil arasında Yeni Yasamalda inşa olunan yeni tikilidən 155 kvadratmetrlik, 3 otaqlı mənzili bəyənib. Elə hər şey də bundan sonra başlayıb. Nüsrət Rəhimli başına gələnlərdən danışır:
"Mənzil xoşuma gəldi, daxili və faizsiz kreditlə satıldığına görə mənzili almaq qərarına gəldim. Viletor mənzilin sahibi kimi Nazim adlı şəxsi dəvət etdi. Nazim bildirdi ki, beton istehsalı ilə məşğul olur, binanı tikmiş "Safari N” MTK-ya beton verir, şirkətsə ona ödəniş əvəzinə mənzil verir, o da mənzili satıb pulunu götürür. Birlikdə şirkətin ofisinə getdik. Şirkətin ofis meneceri Vüsalə Namazovayla görüşdük. Vüsalə xanım bildirdi ki, ilkin ödəniş kimi Məlikov Nazim Səftar oğluna 50 min manat ödəməliyəm. Sonra şirkətlə mənim aramda müqavilə bağlanacaq, cədvəl tutulacaq. Həmin cədvəl üzrə hər ay şirkətə yox, Nazimə 2375 manat ödəyəcəm, Nazim Məlikov ödənişlərin bitdiyi barədə məlumat verəndən sonra mən şirkətə müraciət edib maliyyə arayışı alacam. Razılaşdıq, elə ofisdə Vüsalə Namazovanın və şirkətin digər əməkdaşlarının yanında Nazim Məlikova 50 min manat ödədim, ancaq bu məbləğ şirkətlə mənim aramda bağlanan müqavilədə 20 min manat qeyd olundu. Səbəbini soruşanda Vüsalə Namazova bildirdi ki, vergini çöx ödəməmək üçün məbləğ az göstərilir, ancaq narahat olmağa dəyməz. Beləcə, 50 min manat ilkin ödəniş etdim, şirkətlə anam Vəliyeva Sevinc Salman qızının adına, aylıq 2375 manat ödəniş şərtiylə 2 illik müqavilə bağlandı. Növbəti aydan Nazim Məlikova 2375 manat ödəməyə başladım”.
Nüsrət Rəhimlinin sözlərinə görə, cədvəl üzrə ödənişlərdə heç bir gecikdirmə olmayıb və ötən ilin mayında ödəniş bitib. İş maliyyə arayışının ona verilməsinə çatanda Nazim Məlikov atlıya, o isə piyadaya dönüb:
"Hələ ödənişlər bitməsinə xeyli vaxt qalmışdı, Nazim Məlikov dedi, Rusiyaya gedirəm, orda biznesim var, burdakı işləri də ordan idarə edəcəm, burda da etibarnaməli nümayəndəm var, o da burdakı işləri idarə etməkdə kömək edəcək. Yəni maliyyə arayışı vaxtı çatanda heç bir narahatlıq olmayacaq. O, Rusiyada olarkən də ödənişlərimi gecikdirmədim, vaxtında etdim. Ancaq maliyyə arayışı tələb etmək vaxtı yetişəndə Nazim dedi, gözlə, şirkət nümayəndəmlə yola getmir, ona görə də gərək özüm gəlim ki, sən maliyyə arayışı alasan. Sonra gah dedi: "Türkiyədəm”, gah dedi: "Gürcüstandayam, az qalıb, gəlirəm...” Beləcə, ötən ilin mayından avqustuna kimi vaxt keçdi, sonra da yerli-dibli yoxa çıxdı, daha əlaqə saxlamaq da mümkün olmadı”.
Bundan sonra Nüsrət Rəhimli şübhəyə düşüb və şirkətə müraciət edib, burada isə əməlli-başlı "sürprizlə” qarşılaşıb:
"Şirkətin işçiləri dedi, biz Nazim Məlikov ad-soyadda adam tanımırıq, gəl təzədən müqavilə bağla, həmin məbləği üstündə faiziylə birlikdə şirkətə ödə, yoxsa mənzili əlindən alacağıq. Uzun mübahisələrdən sonra nəhayət, boyunlarına aldılar ki, bəli, Nazim Məlikov adında adam onları da aldadıb, fırıldaqçılıqla məşğul olub, başqa adamlar da var ki, mənzillərə görə ona pul ödəyiblər, o da 1 il əvvəl ölkədən qaçıb. Siz pulu ona yox, gərək şirkətə ödəyərdiz, şirkətə 20 min manat ilkin ödənişdən sonra, 2 il ərzində də cəmi 5 min manat ödəmisiz. İndi təzədən şirkətlə müqavilə bağlamalısız, həmin 107 min manatı faiziylə birlikdə bizə ödəməlisiz, əks halda, mənzil əlinizdən alınacaq”.
"Safari N” MTK-dan bildirilib ki, 4 aprel 2018-ci il tarixdə MTK ilə Vəliyeva Sevinc Salman qızı arasında Yeni Yasamal yaşayış massivində yeni inşa edilmiş binanın sahəsi 155 kvadratmetr olan 78 saylı mənzilinə dair müqavilə bağlanıb. Sevinc Vəliyeva mənzilə görə 20 min manat ilkin ödəniş edib. Sonrakı 2 il ərzində isə 5 min manat kredit ödəyib. Sevinc Vəliyeva şirkətə cəmi 25 min manat ödəyib. O da bildirilib ki, şirkətin Nazim Məlikov ad-soyadda əməkdaşı və belə bir şəxslə hər hansı əlaqəsi yoxdur. Vətəndaş həmin şəxs tərəfindən dələduzluğa məruz qalıbsa, buna görə hüquq-mühafizə orqanlarına müraciət etsin. Əgər mənzilə sahib olmaq istəyirsə, şirkətlə təkrar müqavilə bağlasın.
Nüsrət Rəhimli isə hesab edir ki, şirkət Nazim Məlikovla əlbir olub. Deyir, belə olmasaydı, şirkət mənzili çoxdan geri almalıydı:
"Müqavilədə qeyd olunub ki, aylıq ödəniş gecikdirilsə, 14 gündən sonra mənzil xəbərdarlıq olunmadan satışa çıxarılır. Əgər mən 2 il ərzində ödəniş etməmişdimsə, şirkət niyə mənzili əlimizdən almadı? 2 ərzində hər hansı xəbərdarlıq da etmədi ki, gəlin, ödənişinizi edin... İndiyə kimi şirkət ödəniş etməyən müştəridə mənzil saxlayardı? Çünki əlbirdilər. Mən orda olanda bildim ki, Nazim Məlikov şirkətlə əlbir olaraq məndən başqa 20-dən çox adamı eyni qaydada aldadıb. Nazim Məlikov bu adamlardan da şirkətin ofisində ayrı-ayrı binalardan olan mənzillərin pullarını ödəyiblər, Çox çətinliklə də olsa həmin adamları axtarıb tapdım, öyrəndim ki, 1 ildən çoxdur bu adamlar prokurorluq, polis orqanlarına şikayət edirlər, ancaq şikayətlərinə baxılmır”.
"Safari N” MTK "Şərur” MTK-nın törəmə şirkətidir. Nüsrət Rəhimli deyir, o, mənzil alanda şirkətin təsisçisi "Şərur” MTK-nın sahibi İsfəndiyar Axundovun qardaşı İmran Axundov olub. Sonralar təsisçilik İmran Axundovun oğluna, daha sonra digər şəxsə keçib.
Vətəndaşlar İsfəndiyar Axundova da müraciət ediblər, ancaq eyni cavabı alıblar.
Yasamal Rayon Prokurorluğundan bildirilib ki, Nüsrət Rəhimlinin şikayət ərizəsi müstəntiq Səyyad Abbasovun icraatındadır. Bir neçə gün əvvəl Nüsrət Rəhimli dəvət olunaraq izahatı alınıb.
Yerli mətbuatın yazdıqlarına əsasən, son 15-20 ildə "Şərur” MTK və onun törəmə şirkətləri tərəfindən mənzil alqı-satqısı zamanı aldadılan onlarla insan hüquq-mühafizə orqanları və məhkəmələrə müraciət edib.
Paylaş:
Müəllif : Yazar
Tarix:28-01-2021, 09:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:28-01-2021, 09:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |