Azərbaycanda distant təhsilin hüquqi bazası yoxdur - İLGİNC FAKT
Pandemiya dünyada təhsil sistemini də sarsıtdı. İlkin mərhələdə ölkələrin təhsil sistemi pandemiyaya adekvat reaksiya göstərə bilmədi, sadəcə, proseslərin arxasınca getmiş oldular. Başlanğıcda təhsil müəssisələrinin fəaliyyətinin dayandırılmasının qısa bir müddət sürəcəyi və tezliklə tədrisin əvvəlki şəkildə bərpa olunacağı barədə gözləntilər var idi. Lakin pandemiyanın gücünü artırması və hələ uzun müddət davam edəcəyi aydın olduqdan sonra siyasi rəhbərliklər və təhsil idarəçiləri tədbirlər görməyə başladılar. Məsafədən təhsilə keçid baş verdi. Lakin bu, uzunmüddətli çıxış yolu deyil və bir çox problemi də özü ilə gətirib.
Distant təhsil zamanı yaranan problemlər və onların həlli yollarını təhsil eksperti Kamran Əsədov ilə müzakirə etdik.
Kamran müəllim, təhsilalma forması ilə təhsilin təşkili arasındakı fərq nədir? Hər iki anlayışı izah etməyinizi istərdik. Distant təhsil hansı kateqoriyaya aid edilir?
Öncə onu qeyd edim ki, 2009-cu ildə Azərbaycanda “Təhsil haqqında” qanun qəbul edildi və qanunda qeyd olunur ki, təhsilalma formalarından biri də distant təhsildir. Hazırda Azərbaycanda əyani və qiyabi təhsilalma forması tətbiq edilir. Belə bir məsələ var ki, Azərbaycanda hazırda distant formada xarici ölkələrdə təhsil almış şəxslərin diplomları qanunvericiliyə görə tanınmır. Amma ölkəmizdə 2020-ci ilin mart ayından etibarən ali təhsil, orta ixtisas təhsili müəssisələrində tədrisin məcburi olaraq həyata keçirildiyi distant təhsil o deyil. Yəni hazırda təhsilalma forması ilə təhsilin təşkili deyilən ifadələr var, bunlar ayrı-ayrı anlayışlardır. Azərbaycanda hazırda təhsilalma forması əyani və qiyabidir, təhsilin təşkili isə distant formada keçirilir, bu, məcburidir. Çünki “Təhsil haqqında” qanunun 13-cu maddəsinin əlavəsində qeyd olunur ki, bu və ya digər səbəblərdən normal təhsilin həyata keçirilməsi mümkün olmadıqda texniki avadanlıqlar tətbiq edilməklə, alətlər vasitəsilə tədris həyata keçirilə bilər. Bu isə müvəqqəti xarakter daşıyır. Yəni bu, pandemiya, fövqəladə vəziyyətə görə ola bilərdi. Amma hələ də bunun hüququ əsası yoxdur.
Valideynləri narahat edən məsələlərdən biri özəl məktəblərdə distant təhsil dövründə təhsil haqqı məsələsidir. Məlum oldu ki, bununla bağlı konkret qayda-qanun yoxdur. Hər bir məktəb necə istəyirsə, o cür tənzimləyir. Bəzi məktəblər kiçik güzəştlər edir, bəziləri ümumiyyətlə, etmir.
Təəssüf ki, Azərbaycanda distant təhsil haqqında qanun qəbul edilmədiyi üçün özəl liseylər əvvəlki qaydada təhsil haqlarını tələb edirlər. Bununla bağlı məsələlər beynəlxalq konvensiyalarda öz əksini tapıb. İstər qardaş Türkiyədə, istərsə də digər ölkələrdə distant təhsil zamanı maliyyələşmə məsələsi ayrıca tənzimlənir. Özəl univeristet və məktəblər elektrik enerjisindən, sudan, kommunal xidmətlərdən istifadə etmir, mühafizə xidmətinin sayı və iş yükü azaldılıb. Yəni bir çox xərclər azaldılıb. Hazırda əməkdaşların əmək haqları, internet imkanlarının təmin edilməsi üçün müvafiq vəsaitlərin ödənilməsi çəkilən xərclərə daxildir. Məsələn, şagird əvvəllər həmin özəl məktəbə gedəndə valideyn ancaq təhsil haqqı ödəyirdi. Həmin təhsil haqqına isə məktəbə çatdırılma və şagirdin qidalanması daxil edilirdi. İndi isə xərci valideyn çəkir. Şagird evində dərslərə qoşulmaq üçün kompüter, planşet kimi avandanlıqlara gərək duyur, qidalanması evdə olur, üstəlik, şagirdin dərslərə qoşulmasında ayrıca bir nəfər də ona nəzarət üçün tutulur. Burda bütün xərclər valideynlərin üzərinə düşür. İndi isə nə baş verir? Özəl məktəblər hazırda nəqliyyat servisinin ödənişini də, qidalanmanın ödənişini də alırlar. Halbuki bu xidmətlər göstərilmir. Problem ona görə yaranır ki, indiyə qədər ənənəvi formada – birbaşa auditoriyada və sinif otaqlarında tədris həyata keçirilmədiyinə görə bunun maliyyələşmə mexanizmi və hüquqi bazası yaradılmayıb. Əgər yaradılsa, belə problemlər ortaya çıxmaz.
Pandemiya ilə əlaqədar yaranan çətinliklərə görə bəzi tələbələr ödənişlər edə bilmədilər, buna görə də onlara diplom verilmir. Bu problemin həlli necə olacaq?
Bu da distant təhsil haqqında qanunun qəbul edilməməsinə gəlib çıxır. İndiyə qədər aidiyyəti dövlət qurumları tərəfindən bu istiqamətdə ciddi bir addım atılmayıb. Biz Təhsil Xidməti Araşdırma Mərkəzi olaraq distant təhsil haqqında qanun layihəsi hazırlamışıq. Qanun layihəsi 20 maddədən və 5 bölmədən ibarətdir. Orada təhsilin maliyyələşməsi və öhdəliklərin yerinə yetirilməsi barədə də müddəa var. Pandemiya dövründə tələbələrin valideynlərinin gəlirləri aşağı düşüb. Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan 16 mindən çox şəxs bu və ya digər formada təhsil haqqını ödəməkdə əziyyət çəkir. Həmin tələbələr deyirlər ki, ali təhsil müəssisələri təhsil haqlarının tam şəkildə ödənilməsini tələb edir. Cənab prezidentin 2020-ci ilin aprel-may ayında imzaladığı sərəncama əsasən ali təhsil müəssisələrində təhsil alan və pandemiyadan zərər çəkmiş ailələr kimi sosial həssas ailə qrupuna aid olan şəxslərin iki semestrlik təhsil haqları dövlət büdcəsindən ödənildi. Bu da ümumilikdə 16500 nəfərə qədər tələbəni əhatə etdi. Prezidentin tapşırığı ilə 40 milyon manat vəsait ayrılmışdı. İnsanların gəlirləri ciddi aşağı düşüb. Hesab edirəm ki, tələbə kreditləri vasitəsilə həmin problem aradan qaldırılmalıdır. Kimlərin təhsil haqqı ödəmək imkanı yoxdursa, yaradılmış fondlar hesabına həmin şəxslərin təhsil haqları ödənilməlidir. Bildiyimiz kimi, Koronavirus Fondu yaradılmışdı, ora daxil olan vəsaitlər hələ istifadə olunmamış vəziyyətdədir. Azərbaycanda əlaqədar dövlət qurumları təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələrə yardım etməlidirlər. Bizə kifayət qədər müraciətlər daxil olub ki, pandemiya nəticəsində iş yerimizi itirdiyimizə görə təhsil haqqımızı ödəyə bilmirik. Bu insanlar 3-4 ilə qədər təhsil haqlarını vaxtı-vaxtında ödəyiblər, indi isə ödəmə qabiliyyətinə maik deyillər. Bunlar əmək bazarımız üçün ixtisaslı kadrlardır. İndiki halda çox təəssüf ki, onlara hər hansı şərait yaradılmır. Əgər distant təhsil haqqında qanun qəbul edilsəydi, onlar belə problemlərlə qarşılaşmazdılar.
Nikbin proqnozlara görə, aprel ayında COVİD-19-la sağollaşmalı olacağıq. Bəs, ənənəvi dərslər nə zaman başlaya bilər?
Dünyanın 60 ölkəsində post-pandemiya dövrü yaxınlaşır. Çünki onlar vaksinasiyaya başlayıblar. Təhsi Xidməti və Araşdırma Mərkəzi olaraq biz post-pandemiya dövrü üçün ölkəmizdə tədrisin bərpası ilə bağlı plan hazırlamışıq. Siz aprel deyirsiniz, biz ondan da bir qədər tez zamana ümid edirik. Peyvəndləmənin mümkün nəticələrini biz də təhlil edirik. Azərbaycanda yaz aylarında hibrid formada olsa belə, tədris prosesinin qismən bərpası gözlənilir və buna ümidliyik. Amma tam şəkildə bütün təhsil növləri və pillələri üzrə deyil, qismən, hibrid formada tədris prosesinin bərpa olunması gözlənilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:20-01-2021, 10:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:20-01-2021, 10:28
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti