Polietilen torbalarla bağlı YENİ XƏBƏR: "Qadağadan sonra..."
Xəbər verildiyi kimi, “Ətraf mühitin mühafizəsi haqqında” qanuna edilən dəyişikliklərdən sonra ölkədə 15 mikronadək polietilen torbaların satışı və idxalı dayandırılır. Bununla bağlı bu gün İqtisadiyyat Nazirliyində polietilen torba istehsalçıları ilə görüş keçirilib.
Mövzumuzun əsas tərəfi də yeni qərarın polietilen torba istehsal edən yerli sahibkarlara hansı təsiri olması ilə bağlıdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev Lent.az-a bildirib ki, verilən qərar yerli istehsalçılara az təsir edəcək. Onun sözlərinə görə, çünki xaricdən idxalın qadağa olunması nəticəsində sahibkarların gəlirləri də artacaq:
“Yeni qərara əsasən, 15 mikronadək torbaların istehsalı və idxalı dayandırılıb. Bir sözlə, sahibkarlar yalnız 15 mikrondan çox polietilen torbalar istehsal etməlidirlər. 15 mikrondan çox olan polietilen torbalar, çoxdəfəlik istifadə oluna bilən kağız və ya parça torbalara keçid başlayır. Yerli istehsalda 15 mikronadək olan polietilen torbaların istehsalı 5-10 faiz təşkil edib. Qalan 85-90 faiz məhsul daha çox İrandan idxal olunub. Ona görə də bu qərar yerli istehsalçılara çox az təsir edəcək. Əksinə sahibkarlara stimul verəcək və onların gəlirləri artacaq. İran və digər ölkələrdən polietilen torbaların gətirilməsinin qarşısı alınacaq. Bununla da qadağadan sonra yerli istehsalçıların satışı artacaq”.
Qeyd edək ki, “Ətraf mühitin mühafizəsi haqqında” qanuna edilən dəyişikliklərdən sonra yanvarın 1-dən etibarən 15 mikronadək olan polietilen torbaların satışı və idxalı, iyulun 1-dən isə plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların istehsalı və idxalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya xidmət zamanı istifadəsinin qanunla qadağan edilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:18-01-2021, 16:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:18-01-2021, 16:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11