“Kapital Bank” oğurluq edir - İDDİA
Ötən ildən bəri bank hesabındakı pulu çəkə bilməyən Fanat.az saytının baş redaktoru Əli Sahib müştərisi olduğu “Kapital Bank”ın fəaliyyətindən şikayətçidir. Belə ki, Ə.Sahibin hesabı 2020-ci ilin dekabr ayından bloklanıb və müştəriyə heç bir xəbərdarlıq edilməyib.
Bu barədə baş redaktor bildirdi ki, bloklanmanın hansı səbəbdən baş verdiyinə dair bankdan heç bir məlumat ala bilmir:
“Dekabr ayından “Kapital Bank”dakı hesabıma blok qoyulub. Bank əməkdaşları heç bir əsas gətirə bilmirlər, heç bir suala cavab vermirlər. Özləri də bilmirlər ki, oğurluqlarına necə don geyindirsinlər. Yazışmalarda deyirlər ki, heç bir problem yoxdur, hesabınız blokdan çıxmalıdır. Əvvəlcə bir sənəd istədilər ki, ondan sonra blokdan çıxarılacaq. Sənədi aparıb verdim, amma hələ də blokdayam”.
Ə.Sahib bildirdi ki, “Kapital Bank”ın müəmmalı bloklama əməliyyatı təkcə onun başına gəlməyib. Bu müddət ərzində xeyli müştərinin eyni problemlə qarşılaşdığını görüb:
“Halbuki bank heç bir müştərinin hesabına özbaşına blok qoya bilməz. Mştərini xəbərdar etməlidir ki, səndə hansısa sənəd çatışmazlığı var. Ancaq nə məndə, nə də digər qarşılaşdığım şikayətçilərdə sənəd çatışmazlığı olmayıb. Çünki hesab açılan zaman hansı sənəd tələb olunubsa, hamısı verilib.
Şəxsən mən 12 ildir həmin bankın müştərisiyəm və orda dövriyyəm var. Bu qədər vaxtdı insanların əsəbləri ilə oynayırlar. Nə suala cavab verirlər, nə əsas göstərirlər, nə də bloku lğv edirlər. Digər şikayətçilər də mənimlə eyni gündədi. Nə pul çıxarda bilirik, nə də hansısa əməliyyat eləmək mümkündü. Niyə? Səbəb nədir? Bakın pulumu yoxdu? Kredit borcunu 1 gün gecikdirsən, üstünə nəsil-nəcabətinin faizini gəlir. Vətəndaşların 2 aydır hesabını bloklayıb, onların pulunu dövr etdirməklə məşğuldu. “Kapital Bank”ın bu hərəkəti oğurluq, deyil nədir? Bu, müştərinin cibinə girmək deyil, nədir? Bankda vəziyyət o həddə çatıb ki, depoziti olan müştərilərə yalvarırlar ki, anlayış göstərin. Axı nəyə anlayış göstərək? Nə baş verir? Bütün bu suallar bank tərəfindən bilərəkdən təşkil olunmuş zənglər labirintində itir”.
Ə.Sahib əlavə etdi ki, bankla bağlı çox ciddi nöqsanlar və faktlar var:
“Şikayətlərə baxmırlar. Elə özlərinin səhifələrinə girib baxsalar, orda nə qədər şikayət görərlər. Müştəri vergi ödəyib, pul “Kapital Bank”dakı hesabından çıxıb, lakin Vergi İdarəsinin hesabına otuzdurulmayıb. Beləliklə, həmin müştəriyə cərimə yazılır və vergi deyir ki, borcun var, vatxında ödəniş etməmisən deyə, üzərinə dəbbə pulu gəlirəm. Bank da müştərinin hesabından pulu götürüb. Deməli, bu oğurluqdur də.
Ən böyük problemlərindən biri də “Kapital Bank”ın saytından onlayn müraciət bölməsi ilə bağlıdır. Girirsən sayta, müraciət edirsən, cavab gəlir ki, “daha operativ cavab əldə etmək üçün “Birkart” onlayn saytına daxil olun”, ora girirsən orda da əksinə, “daha operativ cavab əldə etmək üçün “Kapital Bank” onlayn saytına daxil olun” deyilir. Müştərini dövr etdirirlər. Sonda həftənin 5-ci günü sənə zəng gəlir ki, gün ərzində həll edəcəyik. Onda da həll olunmur, ardınca da şənbə-bazar günləri. Təzədən həftənin 1-ci günü gəlir, yenə suallar cavabsız qalır, 5-ci gün gəlib çatır, bir də zəng edirlər. 5-ci gün zəng edən şəxsləri sonradan tapmaq olmur, zəng gələn nömrəyə zəng çatmır, həmin insan itir, yoxa çıxır”.
“Kapital Bank”dan isə mövzu ilə bağlı bildirildi ki, baş redaktorun problemi tezliklə həll ediləcək.
“Digər şikayətçilərin problemləri necə olacaq” sualı isə açıq qalır. Deyəsən, bu sualın cavabını heç kim bilmir. //Bakupost.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:11-01-2021, 17:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-01-2021, 17:13
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11