Pensiyalar artacaq - Nazir müavinindən ŞAD XƏBƏR
Bu il pensiyalarda artım olacaq. Hazırda pensiyaların neçə faiz artacağı məsələsi dəqiqləşdirilir.
Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.
Xəzər TV-nin "Birinci Studiya" proqramının qonağı olan A.Kərimov bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 8 faiz, başqa sözlə, 360 milyon manat artıb. Artıq Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 5,1 milyard manata çatdırılıb.
Nazir müavini deyib ki, DSMF-nin büdcəsinin 97 faizi sırf sosial ödənişlərə gedir. Onun sözlərinə görə, son iki il ərzində sosial ödənişlərə xərclənən vasaitin həcmi 1 milyard manat artıb.
A.Kərimov açıqlayıb ki, son iki il ərzində DSMF təqribən 570 milyon manata qənaət edib və dövlət büdcəsinə qaytarıb. Eyni zamanda, növbəti illər üçün də qənaət yastığı yaradılıb.
O xatırladıb ki, ötən il pensiyalar, təqaüdlər və müavinətlər artırılıb: "Artımlar 2021-ci ildə də davam etdiriləcək. Keçən ilin yanvarında pensiyalar 13 faiz indeksasiya oldu, yəni artım oldu. Bu il də artım olacaq. Yanvar ayı ərzində pensiyaların nə qədər indeksasiya olunacağı bilinəcək. Hazırda bu məsələ dəqiqləşdirilir".
Nazir müavini bildirib ki, Azərbaycanda 1 milyon 200 min pensiyaçı, 300 minə yaxın təqaüdçü və 500 min nəfər müavinət alan var. /Xezerxeber.az
Paylaş:
Müəllif : Fuad
Tarix:4-01-2021, 23:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:4-01-2021, 23:07
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Dünən, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
28-11-2024, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
28-11-2024, 10:11