Qarabağı dirçəltməyin yolu ölkə tamamından keçir – Burda nöqsan varsa, orda da olacaq
Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilərdə yenidənqruma işləri aparılır və əraziləri dirçəltmək üçün ilk növbədə iqtisadi potensialın artmasına böyük ehtiyac var. Təbii ki, iqtisadi quruculuq işləri və azad edilmiş əraziləri dirçəltmək üçün dövlət dəstəyi ilə yanaşı, yerli və xarici şirktlərin prosesə cəlb olunması da mütləqdir.
Bəs, Qarabağda şəffaf idarəçilik, güzəştlər, həvəsləndirici tədbirlər planı necə olmalıdır ki, yerli və xarici şirkətlərin sərmayə yatırmasında problemlər ortaya çıxmasın? AYNA sualı iqtisadçı ekspertlərə ünvanlayıb.
Natiq Cəfərlinin fikrincə, sərmayədarlarla bağlı problem ancaq işağldan azad edilmiş ərazilərlə bağlı deyil: “Əslində, indi əlavə stimul yaranıb ki, illərlə yığlıb qalan xroniki problemləri həll edək ki, həm Azərbaycanın tamamına, həm də işağaldan azad edilmiş bölgələrimizə sərmayədarların cəlb edilməsi mümkün olsun. Azad edilmiş əraziələrdə ilk növbədə təhlükəsizliklə bağlı məsələlər həllini tapmalıdır ki, investorlar üçün tam əminlik yaradılsın. Yəni, əraziləri minalardan təmizləmək, infrastrukturun qurulması, yolların, kommunal xidmətlərin həyata keçirilməsi dövlət hesabına olmalıdır ki, bu da investorlar üçün ən vacib indiqatorlardan biridir”.
“Amma daha vacib olanı xroniki problemlərdir ki, buna da, əsasən məhkəmə sistemi aiddir. Hansı ki, uzun illərdir bununla bağlı danışıqlar gedir, amma kifayət qədər irəliləyişlər yoxdur. Məhkəmə sisteminin müstəqilliyi, ədalətliliyi və ədalətli qərarvermə mexanizmlərinin yaradılması çox vacibdir. Bütün başqa problemlərlə yanaşı, məhkəmə həm də ləng işləyir. Bir işin baxılması aylarla, bəzən illərlə uzanır”, - həmsöhbətimiz deyib.
Cəfərli digər məqama da toxunub: “İkinci məsələ Azərbaycanın bir çox beynəlxalq təşkilatlara üzvlük məsələsidir ki, bu da investorlar üçün çox ciddi müsbət siqnal ola bilər. Bu, Ümumdünya Ticarət Təşkilatına üzvlük və Avorpa İttifaqı ilə sazişdir. Hansı ki, bir neçə ildir danşıqlar gedir və sonuncu dəfə xarici işlər naziri Ceyhun Bayramov görüşlərində bununla bağlı intensivliyi yenidən artırdı. Ümid edirik ki, heç olmasa, gələn il bu saziş imzalanar. Çünki sərmayədarlar bu müqavilələrə çox böyük önəm verirlər”.
“Üçüncü məsələ təşviq proqramlarıdır. Yəni, vergi və gömrük güzəştlərinin edilməsi, dövlət tərəfindən müəyyən dəstək proqramlarının həyata keçirilməsi çox vacibdir. Bu zaman investorlar daha rahat fəaliyyət göstəməyə başlayarlar. Yəni, ümumilikdə həm işğaldan azad edilmiş torpaqlarımızın, həm də Azərbaycanın tamamının investisiya potensialı çox yüksəkdir, amma bu investisiya potensialını realizə etmək üçün xroniki problemlər həllini tapmalıdır”, - deyə ekspert bildirib.
Cəfərli hesab edir ki, investisya potensialını artırmaq üçün biznesə müdaxilələr də öz həllini tapmalıdır: “Həm inhisarçılıqla bağlı, həm korrupsiya ilə bağlı, həm məmur biznesi və məmurun biznesə müdaxiləsi ilə bağlı məsələlər həllini tapmalıdır. Bununla yanaşı, yerli icra hakimiyyəti orqanlarının artıq funksional olaraq keçmişdə qaldığı və köhnəldiyi görünür. Bu həbslər də göstərir ki, ayda bir dəfə icra başçılarını həbs etməklə bu sahədə vəziyyət düzəlməyəcək. Deməli, sistemin özündə dəyişiklik olmalı və idarəetmənin yeni formalarının tapılmasına ehtiyac var. Yəni, sadaladığım bu problemlər həll olunmalıdır ki, investorlar üçün münbit şərait yaransın və həm daxili, həm də xarici investorları Azərbaycanın tamamına, o cümlədən işğaldan azad edilmiş ərazilərə cəlb etmək mümkün olsun”.
Digər həmsöhbətimiz - Samir Əliyev də investorlarla bağlı problemin bütün ölkəni əhatə etdiyini bildirib: “İşğaldan azad edilmiş ərazilər təkcə coğrafi baxımdan deyil, həm də qanunvericilik baxımından Azərbaycana aiddir. Yəni, ölkə daxilində qanunvericilik necədirsə, biznes üçün hansı mühit varsa, xarici sərmayələr üçün hansı şərait yaradılıbsa, azad edilmiş ərazilərdə də eyni olacaq. Mən gözləmirəm ki, Azərbaycanda bu problemlər olduğu halda, həmin ərazilərdə eyni problemlər olmayacaq. Çünki bu, bir-birinə bağlı məsələdir”.
“Ona görə də bu, ilk növbədə kompleks şəklində həll edilməlidir. Amma azad edilmiş ərazilərə bir qədər diqqət çox olacaq, xüsusi yanaşma göstəriləcək. Həmin ərazilərdə infrastruktur qurulsa da, istənilən biznesin özəyində özəl mülkiyyət və qanunun aliliyi dayanır. Əgər, biz həmin ərazilərdə mülkiyyətin özəlləşdirilməsini həyata keçirməyəcəyiksə, onda həmin sahədə biznes inkişaf etməyəcək. Çünki dövlət torpağı üzərində biznes qurmaq alınmayacaq. Deməli, həm də torpaq islahatı aparılmalıdır və əhali bilməlidir ki, torpaq onundur”, - iqtisadçı vurğulayıb.
Əlavə edib ki, tezliklə həmin ərazilərdə yerli idarəetmə orqanları yaradılmalı və fəaliyyətləri təmin edilməldir: “İnsanlar artıq özünüidarəetməyə başlamalıdırlar ki, yerli problemləri də həll edə bilsinlər. Çünki həmin ərazilər vahid mərkəzdən idarə olunacaq. Amma hər ərazinin özünəməxsusluğu olduğundan, bunu ancaq yerli əhali, yerli bələdiyyələr görə bilər. Ona görə də bələdiyyə sisteminin qurulması çox vacibdir. Digər tərfədən, həmin ərazilərə sahibkarları cəlb etmək üçün onlara stimullaşdırıcı addımlar atılmalıdır. Məsələn, vergi yükünün azaldılması, torpaq vergilərindən bir müddət azad edilməsi, eyni zamanda yüngül şərtlərlə kreditlərin verilməsi və sair”.
“Bu tipli addımlar atılmalıdır ki, sahibkarlar həmin ərazilərə getsin və öz bizneslərini qursunlar. Xarici investorlar üçün də xüsusi şərait yaradılmalıdır. Xarici investorlar bilməlidirlər ki, onların sərmayəsi qanunla qorunacaq. Yəni, müstəqil məhkəmə sistemi olmalıdır ki, investorlar onlara qarşı haqsızlıq olmayacağını bilsin və şəffaflığın qorunmasına əmin olsunlar. Bu da ümumi ölkə ilə bağlı olan məsələdir. Ona görə də mən inanmıram ki, burada problemlərin olduğu halda, orada hər şey ideal olsun. Ona görə də prosesləri paralel həyata keçirmək lazımdır”, - deyə Əliyev fikrini yekunlaşdırıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-12-2020, 09:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-12-2020, 09:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti