Əfv sərəncamı olacaqmı? - AKTUAL
Məhbuslar və onların ailə üzvləri Yeni il, Novruz, Ramazan bayramları kimi əlamətdar günləri səbirsizliklə gözləyirlər. Çünki məhbusların bir qisminə azadlığa çıxmaq şansı yaradan əfv sərəncamları adətən belə bayramlar ərəfəsində imzalanır. Qarşıdan Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Gününün gəlməsi ilə əlaqədar əfv sərəncamının olub-olmayacağı ilə bağlı müzakirələr də artıb.
Əfv sərəncamını prezident imzalayır, bunu kimlərə şamil etmək onun müstəsna səlahiyyətinə aid məsələdir. Amma sərəncam imzalanmadan öncə Əfv Komissiyasının üzvləri müzakirələr aparıb, əfv olunması məqbul sayılan şəxslərin siyahısını hazırlayırlar.
Əfv Komissiyasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev “Press Klub”a bildirdi ki, pandemiya ilə əlaqədar ölkədə sərt karantin rejimi hökm sürdüyündən komissiya üzvləri toplaşıb müzakirələr aparmayıblar. Amma komissiyaya əfv üçün çoxlu sayda müraciətlər daxil olub:
“İkinci Qarabağ savaşında mühüm qalibiyyət əldə olundu və bu münasibətlə amnistiya aktının qəbulu, əfv sərəncamının imzalanması gözləntiləri var. Komissiyanın üzvü kimi, əfv sərəncamının olmasını istisna etmirəm. Amma buna mane olan bir sıra məsələlər var. Pandemiya ilə əlaqədar sərtləşdirilmiş karantin rejimi hökm sürür. Əfv Komissiyasının 18 üzvü var və belə bir vaxtda onların qapalı məkanda toplaşıb, müzakirələr aparması karantin rejiminin pozulması kimi qiymətləndirilə bilər. Deyilə bilər ki, məsafədən – videokonfrans vasitəsilə komissiyanın iclası keçirilsin, bir çox başqa iclaslar karantin dövründə bu şəkildə keçirilir. Amma nəzərə almaq lazımdır ki, Əfv Komissiyası fərqlidir, burada müzakirələr daha çox canlı olmalıdır. İnternet üzərindən bəlkə də gələcəkdə olacaq. İndiki halda, informasiyanın qorunması baxımından bunu etmək olmaz. Orada hər bir məhkuma aid şəxsi məlumatlar müzakirə edilir. Şəxsi məlumatların kənara sızması xoşagəlməz nəticələrə gətirib çıxara bilər. Komissiya yüzlərlə, minlərlə məhkumun müraciətini araşdırır. Hər biri ilə bağlı bəzən uzun-uzadı müzakirələr aparılır. Bu müzakirələrin canlı olması daha təsirli, daha effektlidir”.
Ə.Nuriyevin sözlərinə görə, Əfv Komissiyası üzvlərinin bir çoxu müxtəlif dövlət orqanlarında yüksək vəzifədə çalışır. Hazırda əksər dövlət strukturlarında, o cümlədən onların rəhbərlik etdikləri qurumlarda da diqqət Qarabağ müharibəsi, onun nəticələri, orada təhlükəsizlik məsələləri, başlanan quruculuq işləri və digər məqamlara yönəlib. Amma komissiya üzvü Qarabağ zəfəri ilə əlaqədar əfv sərəncamının imzalanmasını, amnistiya aktının qəbulunu gözləyir:
“Əminəm ki, cənab prezident həmişə olduğu kimi, humanizm, mərhəmət prinsiplərinə əsaslanaraq növbəti dəfə əfv sərəncamı imzalayacaq. Amma bunun nə vaxt olacağını deyə bilməyəm. Bütün hallarda Qarabağ savaşındakı zəfərlə bağlı böyük bir əfv sərəncamının verilməsini gözləyirəm. Mən buna inanıram. Milli Məclis özü də zəfər münasibətilə böyük bir amnistiya aktı qəbul edə bilər. Böyük qələbələr olanda bu münasibətlə belə addımlar atılır. Bu barədə təklif də vermişəm. Azərbaycanda son illərdə cəza siyasətinin humanistləşməsi ilə bağlı çox ciddi addımlar atılır. Prezidentin məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi barədə 3 aprel, 2019-cu il tarixli fərmanından sonra da bu istiqamətdə əhəmiyyətli dəyişikliklər baş verdi”.
Azərbaycanda sonuncu dəfə əfv sərəncamı bu ilin aprelində imzalanıb. Həmin sərəncam koronavirusa yoluxma ilə bağlı risk qrupuna daxil olan, yaşı 65-dən yuxarı məhkumları əhatə edirdi. Genişmiqyaslı son sərəncam isə 2019-cu ilin martında imzalanmışdı. Sözügedən sərəncam 431 məhkuma şamil olundu ki, onların arasında yerli və beynəlxalq insan haqları təşkilatlarının siyasi məhbus kimi tanıdığı şəxslər də var idi.
Hüquq müdafiəçisi Anar Məmmədli də hesab edir ki, istər siyasi məhbus probleminin həlli, istərsə də koronavirusun geniş yayıldığı bir vaxtda cəzaçəkmə müəssisələrindəki məhkumların sayının azaldılması baxımından həm əfv sərəncamı imzalanmasına, həm də amnistiya aktının qəbuluna ehtiyac var. Onun sözlərinə görə, siyasi məhbus problemi bu gün də Azərbaycan üçün aktualdır və problemin həlli yollarından biri sərəncam və aktlarla onların həbsdən buraxılmasıdır: “Bu, siyasi mühitə də müsbət təsir göstərər”.
Azərbaycandakı cəzaçəkmə müəssisələrində saxlanma şəraitinin, gigiyena qaydaları, qidalanma ilə bağlı standartların çox aşağı olduğunu vurğulayan A.Məmmədli qeyd etdi ki, bu da məhkumlar arasında xəstəliklərin yayılmasına zəmin yaradır. Hüquq müdafiəçisi xatırlatdı ki, bu il məhz pandemiya ilə əlaqədar məhkumların azadlığa buraxılması üçün özü də daxil olmaqla, bir qrup ictimai-siyasi fəal kampaniya başladıb, 500 nəfərdən çox şəxsin imzasıyla müvafiq dövlət orqanlarına məktublar göndərilib: “Təəssüf ki, reaksiya olmadı…”
Paylaş:
Müəllif : Yazar
Tarix:24-12-2020, 09:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-12-2020, 09:48
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11