Hərbçi ailəsinə bu daxmanı da çox görürlər - BİABIRÇILIQ
Müharibə ordumuzun şanlı qələbəsi ilə başa çatdı. Düşmən darmadağın edildi və işğal altındakı ərazilərimizin böyük hissəsi azad edildi. Lakin indi yeni problemlər ortaya çıxıb. Son günlər əsgər və zabitlərin, onların ailə üzvlərinin sosial təminatla bağlı şikayətləri artmaqdadır. Şikayətçilərdən biri də leytenant Asiman Xəlilzadədir.
Vətən müharibəsinin iştirakçılarından olan Asiman Xəlilzadə deyir ki, cəbhədə olduğu müddətdə Bakıda ailəsini 25 ildir yaşadığı şəraitsiz evdən də çıxarıblar. Soyuq qış günlərində yaxınlarının küçədə qaldığını bildirən hərbçi dövlət başçısından kömək istəyir. Onun fikrincə, məmur özbaşınalığının qarşısını ancaq ölkə rəhbərliyi ala bilər: “Biz özümüz dörd ilə yaxın mübarizə aparsaq da, məmur özbaşınalığı ilə bacara bilmədik…”
Xəlilovlar ailəsi uzun illər Bakının Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Mərkəz küçəsində, fin konstruksiyalı taxta evdə yaşayıb. Hərbçinin atası Mehman Xəlilov “Press Klub”a bildirdi ki, sözügedən ev də, yerləşdiyi ərazi də Qaz-aparat zavodunun yardımçı təsərrüfatının balansında olub. O, həmin zavodda gözətçi işləyib. 1996-cı ildən ona ailəsi ilə birlikdə həmin evdə yaşamağa icazə verilib. Ötən 24 il ərzində evin bütün kommunal xidmət haqlarını özü ödəyib, bunu təsdiq edən sənədlər də var.
Zavod struktur dəyişikliyindən sonra Açıq Səhmdar Cəmiyyətinə (ASC) çevrilib. Mehman Xəlilov da ASC-nin üzvüdür. Onun sözlərinə görə, 2017-ci ildə xəbər tutublar ki, Mehman Əhmədov adlı şəxs onların yaşadığı evə də, onun yerləşdiyi əraziyə də sahiblənmək istəyir. Həmin ilin noyabrında Mehman Əhmədov Sabunçu rayon Məhkəməsində iddia qaldırıb. Tələbi də bu olub ki, Mehman Xəlilov və ailə üzvləri yaşadıqları evdən çıxarılsın, həm ev, həm də ətrafındakı ərazi boşaldılaraq, onun istifadəsinə verilsin.
“Bildiyimizə görə, Mehman Əhmədov polis əməkdaşıdır. Yaxın qohumu notariat kontorunun müdiridir. Birləşib başımıza oyun açdılar. Özü də bu soyuğun günündə, virusun yayıldığı bir vaxtda… Taxta evi daş və betondan olan ev kimi rəsmiləşdiriblər. Ekspertizanın rəyinə də əhəmiyyət verən olmadı. Belə sənədləşdiriblər ki, guya bu ərazi 2015-ci ildə Mehman Əhmədova satılıb, onun mülkiyyətindədir. Ora zavodun balansında olub. Əgər satılırdısa, həm cəmiyyətin üzvü, həm də uzun illərdir orada yaşayan biri kimi, ilk növbədə mənə təklif olunmalıydı. Qanun da, hüquq da bunu deyir. Amma qanunu saymadılar”, – deyə Mehman Xəlilov söylədi.
Bu mülkiyyət mübahisəsinə öncə Sabunçu rayon Məhkəməsində, sonra Bakı Apellyasiya Məhkəməsində, bir müddət əvvəl də Ali Məhkəmədə baxılıb. Məhkəməyə Mehman Əhmədov müraciət etsə də, prosesin gedişində Mehman Xəlilov da alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, sözügedən mülkiyyətə dair çıxarışın ləğvi barədə qarşılıqlı iddia qaldırıb. Qarşılıqlı iddia təmin olunmayıb.
Ali Məhkəmədən “Press Klub”a bildirildi ki, Xəlilovlar ailəsi evdən çıxarılmayıb:
“Mehman Əhmədovun iddiası qeyri-yaşayış sahəsinin boşaldılması hissəsində təmin olunub. Sabunçu rayon Məhkəməsi iddianı tam təmin etmişdi. Amma Bakı Apellyasiya Məhkəməsi evin də boşaldılması hissəsində qətnaməni dəyişib. Ona görə cavabdeh Mehman Xəlilovla yanaşı, iddiaçı Mehman Əhmədov da bu qərardan narazı qalıb, Ali Məhkəməyə kassasiya şikayəti vermişdi. Ali Məhkəmə isə şikayətlərin heç birini təmin etmədi və apellyasiya instansiyasının qətnaməsi qüvvədə saxlanıldı”. //pressklub.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:22-12-2020, 09:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:22-12-2020, 09:16
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11