Hökumət təcili bir prosesə başlamalıdır, sonra gec olacaq... - Diqqət!
İştirakçıları olmasa, müharibə də olmaz idi. Lakin əsrlərdir bu anlayış var və bunu var edən də haqlı və ya haqsız tərəf olmasından asılı olmayaraq insandır. Burada ətdən, qandan olan canlı, şüurlu varlıqlar – insanlar savaşır. Sonrası isə heç vaxt “oldu və bitdi” deyəcək qədər rahat gəlmir.
İkinci Qarabağ müharibəsinin canlı şahidi olmuş hamı - hərbçidən tutmuş mülki vətəndaşlara qədər hər kəs hansısa formada müharibənin iştirakçılarına çevrildi. Gəncə, Bərdə terroru mülki əhalinin yaşadığı ərazidən çox-çox uzaqda qurulmuş səngərdə, cəbhə xəttində yox, elə mülki əhalinin burnunun dibində baş verdi, özü də sakit, səssiz gecə qaranlığında və ya həyatın öz axarında davam etdiyi günorta saatlarında, sakit küçədə. Bir anda medianın manşetində canlanan “terror, ölü və yaralılar var” başlıqlı xəbərlər ən sakit, baş verənlərə səssiz qalan mülki vətəndaşı da ayıltdı, cəbhədə gedən qanlı-qadalı müharibənin hər kəsə çatdırılan səsinə çevrildi. Bəli, qələbə xəbərləri Azərbaycan ictimaiyyətinə çatdırıldıqdan sonra məğlub düşmənin səngərdəki hərbçisi bu reallığı qarşısıalınmaz qəzəb və nifrətlə nümayiş etdirirdi. Elə bunun özü cəbhədə gedən döyüşlər haqda çox kiçik də olsa, təəssürat yaratmağa bəs edirdi.
Müharibə gedərkən hər kəs onun iştirakçısına çevrildiyindən psixoloji ab-hava da fərqli idi. Elə ki müharibənin bitdiyi elan edildi, yeni bir mərhələyə qədəm qoymuş olduq. Çoxumuzun filmlərdə belə, görmədiyi müharibə səhnələrinin tam ortasından çıxıb evinə gələn əsgər, qazi, eləcə də mülki, hərbi şəhidi olan ailələr sanki həyəcanlı bir yuxudan oyanmaq üzrədir. Baş verənlərin passiv iştirakçıları olan insanlar gördüklərinin, eşitdiklərinin təsirindən özlərində psixoloji dəyişikliklər hiss edir və bunun üçün peşəkar dəstəyi almağı lüzumlu görürsə, aktiv iştirakçıların və onların ailələrinin psixoloji vəziyyətini az-çox təsəvvür etmək gərək ki, çətin olmasın.
Psixoloq Taryel Faziloğlunun AYNA-ya dediyinə görə, müharibə dəhşətlərinin içindən çıxıb yenidən sosial cəmiyytə dönən hərbçilər, ən az 3 ay sosial-psixoloji reabiltasiya görməlidirlər: “Müharibə görmüş, döyüş əməliyyatlarında iştirak etmiş əsgər və zabitlər ordudan təxris olunduqları zaman, ən azı 3 ay periodik olaraq psixoloji reabilitasiyadan keçməlidirlər - bu, vacibdir və dünya praktikasında var”.
“Bu, üç səbəbdən vacibdir: Birincisi, həmin şəxslər hərbi döyüş mühitinə adaptasiya olunduqlarına görə onlar sonradan sosial cəmiyyətə adaptasiya olmaqda çətinlik çəkəcəklər. Çünki bir mühit təhlükə mərkəzlidir, digər mühit isə sosial mərkəzli. Buna görə həmin şəxsin təhlükə mərkəzli mühitdən, sosial mərkəzli mühitə adaptasiya olması üçün reabilitasiya keçməsi vacibdir; İkincisi, həmin şəxslərin yaşadıqlarının - əsgər yoldaşının ölümü, qanlı döyüşlər, eyni zamanda döyüş zamanı özünün öldürdüyü düşmənlər və s. onlarda yaratdığı psixoloji travmanın, posttravmatik stress pozuntusu şəklində psixoza çevirilməsininin qarşısını almaq üçün reabilitasiya almaları, stress faktorunun neytrallaşması önəmlidir; Üçüncüsü isə, həmin şəxslərin gələcəklə bağlı düşüncə və planlarının daha sosial və pozitiv yöndə olması, problemlərə qarşı daha immunitetli və səbrli yanaşmaları üçün sosial-psixoloji reabilitasiya keçmələri əhəmiyyətlidir”, - müsahibimiz bildirib.
Psixoloq bu mərhələyə laqeyd yanaşacağımız halda, bunun gələcəkdə fəsadları ilə üz-üzə qala biləcəyimizi deyib: “Biz bunları etmədən, həmin şəxsləri cəmiyyətə döyüş mühitindən birbaşa buraxdığımız zaman çox qısa müddətdə cəmiyyətdə ailə-məişət münaqişlərinin, cinayət hadisələrinin sayı artmış olacaq. Bunun səbəbkarı isə çox zaman həmin şəxslər olmayacaq, çünki onlar həmin anda affekt vəziyyətindədirlər. Nəticədə onlara qarşı edilmiş hansısa aqressiv davranışa verdikləri reaksiya bu cür olacaq. Bu, ona görədir ki, həmin şəxs qarşısındakı insanı anlayışla qarşılama yox, düşmən obrazında gördüyü üçün düşmənə verdiyi reaksiyanı vermiş olur. Nəzərə almalıyıq ki, bu, geriyə dönüşü olmayan nəticələrə səbəb ola bilər”.
Terror hadisələri zamanı stress yaşamış insanlar, əsasən də uşaqlar barəsində danışan Faziloğlu, onların psixoloji reabiltasiyasının olduqca vacib olduğuna da toxunub: “Azərbaycan hökuməti çox gecikmədən uşaqların sosial-psixoloji reabilitasiyadan keçməsini təmin eləməlidir. Bunun üçün nə lazımdırsa, edilməlidir. “YAŞAT” fondunun yaradılması çox gözəl addımdır. Fondun daha çox maddi problemlərin həll olunması üçün yaradıldığı söylənildi. Lakin mən hesab edirəm ki, bu fonddan dəfələrlə vacib görüləsi iş - sosial-psixoloji reabilitasiyasının təmin olunacağı bir qurumun da yaradılması və həmin qurumun bu məsələlərdə ciddi şəkildə müdaxilə etməsidir”.
“Üç minə yaxın şəhidimiz var. Onların yaxınlarının, övladların psixoloji reabilitasiyasını nəzərdən qaçırmaq olmaz. Biz 90-cı illərdə baş verən müharibədən sonrakı qarışıqlığın, xaosun insanlarda yaratdığı problemləri görümüşük. O dövrdə yaşayan və olanlara şahidlik edən insanlar az-çox xatırlayırlar. Buna görə də eyni şeyləri yaşamamaq üçün maksimum dərəcədə hökumət kompleks şəkildə sosial-psixoloji rabiltasiyası üçün tədbirlər planının hazırlanmasına və həyata keçirilməsinə başlamalıdır”, - deyə mütəxəssis fikrini yekunlaşdırıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:18-12-2020, 16:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:18-12-2020, 16:14
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Dünən, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
28-11-2024, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
28-11-2024, 10:11