Zakir Fərəcov da eyni qaydada yola salınacaq... - İDDİA
Bir neçə gün əvvəl həbs olunan Cəlilabadın icra başçısı Namiq Zeynalovun karyerasında mühüm rol oynayan əsas şəxsin adı üzə çıxıb. Yerli mediyada xəbər verilir ki, DTX tərəfindən saxlanılan və barəsində cinayət işi açılmış Zeynalov Sumqayıtın icra başçısı Zakir Fərəcovun qohumudur.
Məlumatda deyilir ki, həbs olunan icra başçısının qardaşı Akif Zeynalov Fərəcovun qudasıdır. Belə ki, Zakir Fərəcovun kürəkəni, Akif Zeynalovun oğlu Əkrəm Zeynallı Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiridir. Akif Zeynalov isə, əvvəllər Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləyib. Hazırda isə Ərazi Maliyyə Müfəttişliyinin rəisidir.
Məlumatlarda qeyd olunur ki, Namiq Zeynalovun karyerasının yüksəlməsində keçmiş komitə sədri, hazırda dövlət başçısının müşaviri Kərəm Həsənovun rolu olsa da, əsas funksiyanı Zakir Fərəcov həyata keçirib. Belə ki, o, qudasının qardaşını önə çəkərək, icra başçısı olmaqda bir çoxlarına minnətçi düşüb.
Xatırladaq ki, N.Zeynalov Cinayət Məcəlləsinin 179.2.2, (mənimsəmə və ya israf etmə təkrar törədildikdə), 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir.
DİA.AZ-a danışan mötəbər mənbə iddia edir ki, növbəti ələmələrdə qurban kimi Zakir Fərəcov seçilə bilər: "Məlumdur ki, Zakir Fərəcov bu gün barəsində ən çox şikayət olunan icra başçılarından biridir. Hətta onun onlarla sahibkarın milyonlarla pulunu mənimsəməsi haqda faktlar davamlı olaraq yerli KİV-də işıqlandırılır ki, bu məsələ lazımi qurumlar tərəfindən araşdırllmaqdadır".
Mənbə bildirir ki, Zakir Fərəcov kimi icra başçılarının vəzifə başında saxlanılmaları hakimiyyətin yeniləşən siması ilə də tərs-mütənasibdir.
Paylaş:
Müəllif : Yazar
Tarix:11-12-2020, 09:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-12-2020, 09:32
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |