Otuz il sonra Azərbaycan təhsil modeli axtarışında: - Sinqapur nə vəd edir?
Bu gün Sinqapur dünyada qabaqcıl və orijinal təhsil modeli ilə seçilir. 715,8 km² əraziyə sahib ada dövləti olan Sinqapur 1859-cu ildə İngiltərə müstəmləkəsindən xilas olaraq azadlığına qovuşub. Heç bir təbii sərvət olmayan, iqtisadi və siyasi sferada digər ölkələr tərəfindən təzyiqlərə məruz qalan Sinqapur vəziyyətdən çıxış yolunu təhsildə görüb. Elə o illərdən başlayaraq bütün diqqət təhsilə yönəldilib. 6 milyona yaxın əhalisi olan Sinqapur təhsil modeli bu gün bütün dünya ölkələrinin ən çox diqqətini çəkən modellərdəndir. Modelinə və uğurlarına görə dünyada birinci olan Sinqapur təhsilinin öyrənilməsi üçün artıq Azərbaycan tərəfindən də addımlar atılmaqdadır.
Belə ki, artıq Təhsil Nazirliyi tərəfindən riyaziyyat fənni üzrə təhsil proqramının və ümumi təhsil müəssisələrində istifadə edilən dərsliklərin müasirliyini, həmçinin rəqabətliliyini təmin etmək məqsədilə yeni layihəyə start verilir. Bununla bağlı Sinqapurun Marşal Kavendiş İnstitutu ilə müqavilə imzalanıb.
Marşal Kavendiş İnstitutu və Təhsil İnstitutu tərəfindən birgə icra olunacaq layihənin birinci mərhələsində azərbaycanlı fənn mütəxəssisləri sinqapurlu mütəxəssislərin riyaziyyat fənni üzrə təhsil proqramının nəzərdən keçirilməsi və təhlili üçün distant təlimlərdə iştirak edəcəklər. Əlavə olaraq, yerli mütəxəssislər riyaziyyat fənni üzrə ölkədə tətbiq olunan təlim və tədris materiallarının təhlili istiqamətində də təlimləndiriləcəklər. Növbəti mərhələlərdə sinqapurlu mütəxəssislərin tövsiyəsi əsasında yerli mütəxəssislər riyaziyyat fənninin tədrisi üzrə cari vəziyyəti təhlil etdikdən sonra müasir dövrün tələblərini və beynəlxalq təcrübələri nəzərə alaraq, riyaziyyat fənni üzrə təhsil proqramında və dərsliklərdə təkmilləşdirmə işləri aparacaq. Sonda sözügedən layihə çərçivəsində riyaziyyat kurikulumunun və I–IX sinif riyaziyyat təlim və tədris materiallarının təhlilinə dair iki hesabat və tövsiyə sənədi hazırlanaraq Təhsil Nazirliyinə təqdim olunacaq.
Məlumat üçün bildirək ki, 14 yaşlı sinqapurlu şagirdlər ortalama 621 bal toplayaraq Riyaziyyat və Təbiət elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramının (TIMSS – Trends in International Mathematics and Science Study) 2015-ci il nəticələrinə əsasən riyaziyyat fənni üzrə 57 ölkədən olan 600000 şagird arasında I yeri tutublar. Həmçinin Şagird Nailiyyətlərinin Beynəlxalq Qiymətləndirilməsi Proqramının (PISA – Programme for International Student Assessment) 2018-ci il hesabatına əsasən riyaziyyat fənni üzrə blokda Sinqapurun 15 yaşlı şagirdləri ortalama 569 ballıq uğurlu nəticə göstərərək İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələri arasında 2-ci yerə sahib olublar.
Bu gün dünyanın qabaqcıl təhsil modelinə malik bir ölkə ilə əlaqələrin qurulması, təcrübəsinin öyrənilməsi müsbət addımdır. Amma maraqlıdır, bunun tətbiqi üçün mövcud problemlər həllini tapacaqmı. Yəni, mövcud problemlərin həllini tapmadan belə bir addımın atılması formal bir nəticəyə səbəb olacaq, ya necə?
Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, sözügedən dərsliklər uşaqların yaşına və qavrama səviyyəsinə uyğun olaraq yazılır. 1-ci sinifə 165 min şagirdin getməsi o demək deyil ki, hamısı eyni bilik və bacarıqlara malikdir.
"Hər bir şagirdin qavramasına, bilik və bacarıqlarına uyğun dərsliklər yazılmalı idi. Bundan başqa, 151 min müəllim Sinqapur modelini bilirmi?! Hər hansı bir islahatın nəticəsi olmadan ona keçmək nə kimi effekt verəcək?! Sinqapur dərsliklərində verilən informasiyalar digər fənlərə inteqrasiya olunur. Finlandiya, Cənubi Koreyada da yaxşı dərsliklər var. Lakin Sinqapur modeli təhsilin bütün səviyyələrinə görə dünyada öndədir. Məsələn, PİSA-da riyaziyyat fənni üzrə şagirdlərin ən yaxşı göstəriciləri də məhz Sinqapurda qeydə alınıb. Lakin bundan öncə Finlandiya bu göstəricilərə görə lider idi. Məsələ ondan ibarətdir ki, biz bir hissəsini düzəltməklə bütün təhsil sistemində tədris olunan dərslikləri düzəldə bilmərik", - deyə Əsədov qeyd edib.
Onun fikrincə, Sinqapur əmək bazarı ilə Azərbaycan əmək bazarı eyni deyil ki, eyni dərslikləri tətbiq edək. "Azərbaycan müəllimi Sinqapurdakı qədər əmək haqqı almır. Sinqapurda müəllim illik olaraq 35 min dollar əmək haqqı alırsa, Azərbaycanda bu rəqəm heç 2 min dollar təşkil etmir. Əsas fərq burdadır. Bundan başqa, Sinqapurda praktik dərslərə daha çox üstünlük verilir. Amma bizdə, məsələn, Neftçala rayonunun bir kəndində şagirdə sən bunu necə keçəcəksən? Bunun üçün şərait varmı? Sinqapurda PİSA-ya cəlb edilən şagirdlər xüsusi təlimlərdən keçirlər", - deyə ekspert əlavə edib.
Onun fikrincə, yerli dərslikləri sadələşdirmək daha effektiv olardı: "Bakıda bir neçə məktəbdə çalışan müəllimi pilot layihəyə cəlb edərək "hər şey yaxşıdır", deməklə iş bitmir. Bizim orta ümumtəhsil məktəblərində elə müəllimlər var ki, ixtisası üzrə 3, 4, 5 bal toplayıblar. Təsəvvür edin, bütün Sinqapur Bakının yarısı qədərdir, orada iki universitetdə oxuyan xarici tələbə sayı Azərbaycandakı bütün tələbə sayından çoxdur".
Ekspert həmçinin, təhsilin kökünün başladığı pillədə - məktəbəqədər təhsil və ibtidai təhsildəki vəziyyətdən də söz açıb:
"Vahid fənlər var, məsələn, fizika, riyaziyyat, kimya. Bu fənlər eyni bacarıqların öyrənilməsidir. Sadəcə, məsələ bu bacarıqları necə öyrətməkdədir. Azərbaycanda da 1+1=2 olur, dünyada da, sadəcə baxır ki, siz müxtəlif qavrama qabiliyyəti olan uşaqlara bunu necə çatdırırsınız. Azərbaycanda istifadə olunan əksər dərsliklər xarici dillərdən tərcümə olunanlardır. Hər şey bağçadan başlamalıdır. Amma baxaq ki, bizim bağçalar uşaqlara nə verir? Bağçalarda zəruri bilik və bacarıqları verəcək müəllimlər nə qədərdir?! Onların sayı çox azdır. Mövcud problemləri aradan qaldırmaq üçün biz bağça, məktəbəqədərdən başlayaraq proqramları dəyişməliyik. Bu gün Azərbaycanda məktəbəqədər təhsil və bağçalar yalnız dayəlik xidmətini yerinə yetirir. Hər hansı bilik verilmir".
K.Əsədov hesab edir ki, təhsil sahəsindəki mövcud problemlər həllini tapmadıqca, Sinqapurla bağlanan müqavilə də bizə hansısa yenilik gətirməyəcək: "Birmənalı şəkildə bu müqavilə formal olacaq və heç bir müsbət nəticə vəd etməyəcək. Xəstə vücudu düzəltmək istəyirsinizsə, bir barmağı düzəltməklə xəstəni sağaltmayacaqsınız".
Təhsil eksperti İlqar Orucov isə hesab edir ki, Sinqapur təcrübəsinin öyrənilməsi eyni zamanda da Sinqapur təhsil nailiyyətlərinin ölkəmizdə tətbiqi deməkdir: "Bu gün Sinqapur təhsilin səviyyəsinə görə dünyada fərqlənir. Bununla da xüsusilə təbiət fənləri üzrə təhsil proqramları yenilənəcək. Bütünlükdə bu istiqamətdə yeni çağırışlara cavab verəcək bir sistem, yeni nəsil dərsliklər formalaşacaq".
Paylaş:
Müəllif : Yazar
Tarix:10-12-2020, 09:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-12-2020, 09:51
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01