"İki ayağını itirmiş gənc oğlanın 150 manat pensiya alması sosial ədalətsizlikdir" - ETİRAZ
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müharibə veteranlarının, qazilərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial psixoloji adaptasiyasına dair komitə daxilində dinləmə keçiriləcək.
Bu barədə məsələ komitənin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Həmçinin, iclasın gündəliyinə koronavirus pandemiyası dövründə sosial müdafiə tədbirləri ilə bağlı dinləmə də daxil edilib.
Eyni zamanda iclasda "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirə ediləcək.
Ötən əsrdən indiyədək - əvvəlcə Qarabağ Əlilləri Cəmiyyəti, sonrasa Qarabağ Qaziləri Birliyi kimi təkcə müharibə əlillərinin deyil, şəhid ailələrinin də problemlərinin həlli üçün hökumət qarşısında əməli təkliflə çıxış etmiş Qarabağ qaziləri dinləmələrdə iştirak edəcəkmi?
Suala cavabında Qarabağ Qaziləri Birliyinin mətbuat xidmətinin rəhbəri, Qarabağ döyüşçüsü Rey Kərimoğlu dinləmələrin keçiriləcəyindən xəbərsiz olduqlarını dedi:
- Yox, bizi dəvət etməyiblər. Milli Məclisin Əmək və sosial siyasət komitəsi yenidən formalaşdırıldıqda sevindik ki, komitənin sədri, millət vəkili Musa Quliyev sələfi Hadi Rəcəbli kimi olmayacaq, komitənin fəaliyyəti yeni, müsbət mərhələyə keçəcək. Çünki Musa müəllimi tanıyırıq, onun bizə, bizim də ona hörmətimiz var. Amma görünür, Musa müəllim dinləmələri, müzakirələri bizsiz keçirmək istəyir. Təəssüf edirik. Çoxları bilməsə də, Musa müəllim bilir ki, qazilər, müharibə veteranları, şəhid ailələri ilə bağlı indiyədək qəbul olunmuş qanun və qərarlarla bağlı təkliflərin əksəriyyəti zamanında Qarabağ Qaziləri Birliyi və onun sədri Etimad Əsədov tərəfindən səsləndirilib. Yəni biz qazilər hər zaman bu məsələləri qaldırmışıq və konkret təkliflər səsləndirmişik. İndi qaziləri dinləmələrdən kənarda saxlamaq, ancaq təəssüf doğurur. Biz qazilər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətindən narazı deyilik. Əksinə, bu fəaliyyəti təqdir edirik. Sadəcə, bütövlükdə qanunvericilikdə dəyişikliklər edilməsini günün tələbi hesab edirik. Bununla bağlı da konkret təkliflərimiz var.
R.Kərimoğlu qeyd etdi ki, bu gün Qarabağ qazilərinin heç də hamısı yüksək məbləğdə təqaüd almır:
“Nazirliyin dünən açıqladığı rəqəmlər illərdir qazilərə ödənilən pensiya, müavinət və prezident təqaüdü ilə bağlıdır. Qarabağ əlillərinə pensiyalar müxtəlif cür hesablandığından birmənalı şəkildə demək olmaz ki, 1-ci, 2-ci və 3-cü qrup Qarabağ əlilləri bu məbləğdə pensiya alırlar. Çünki sovet dövründə xidmət keçən və Qarabağda müharibə başladıqda Azərbaycanda gəlib döyüşən Qarabağ əlillərinin pensiyası fərqli hesablanır. Sovet dövründə xidmət keçən Qarabağ əlillərinin müharibədə iştirakı ikinci xidmət sayıldığından, onlar müddətdən artıq hərbi qulluqçu hesab olunurlar. Məsələn, gizir 600 manat maaş alırsa, bu statusda olan 1-ci qrup Qarabağ əlili bu məbləğin 100 faizini, 2-ci qrup 80 faizini, 3-cü qrup isə 50 faizini alır. İkinci hesablama isə sovet dövründə yox, məhz Azərbaycan Ordusunda xidmət keçmiş şəxslərlə bağlıdır. Azərbaycan Ordusunda xidmət edərək müharibədə yaralanan qazilərin pensiyası 1-ci qrup 240, 2-ci qrup 200, 3-cü qrup 190 manata yaxındır. Bu sadaladığım şəxslər eyni zamanda prezident təqaüdü də alırlar. 3-cü kateqoriya isə 18-20 yaş arasında döyüşdə yaralanan və heç bir iş stajı olmayan şəxslərdir ki, onlara heç bir pensiya verilmir. Onlar ancaq müavinət alırlar. Onlara verilən müavinətin məbləği 1-ci qrupa 150, 2-ci qrupa 130, 3-cü qrupa 110 manatdır. Bunun üzərinə prezidentin aylıq təqaüdü də daxildir.
R.Kərimoğlu bildirdi ki, əlillik qrupundan asılı olaraq Qarabağ qaziləri minimum 2000 manat məbləğində pensiya almalıdır. Bu, yaşayış üçün normal məbləğ sayıla bilər. Qazi və şəhid ailələrinin bu ölkədə normal insan kimi yaşamaq haqqı var.
Şəhid ailələrinə gəlincə, R.Kərimoğlu qeyd edir ki, şəhid ailələrinə ödənilən prezident təqaüdünün məbləği 300 manatdır: “Şəhid ailələrinə 300 manat prezident təqaüdü verilir. Üstəlik övladları 18 yaşına çatanadək müəyyən pensiya ödənilir. Bu məbləğ də aşağıdır. Biz hesab edirik ki, bu məbləğ də artırılmalıdır”.
R.Kərimoğlu iddia edir ki, Azərbaycanda şəhid və qazilərin pensiyasını artırmaq üçün kifayət qədər resurslar var:
“2001-ci ilə qədər qazilərimiz üçün əlavə dolanışıq imkanları yaradılırdı. Onlara ticarət köşkləri verilirdi ki, oradan gələn gəlirlə ailələrini dolandırsınlar. İndi bu imkanlar yoxdur. Bizim bu gün ən ciddi problemimiz bu insanların qapılarda qalmasıdır. Bu gün şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin sosial müdafiəsi ilə bağlı qanunlarda boşluqlar var. İki ayağını itirmiş gənc oğlanın 150 manat pensiya alması sosial ədalətsizlikdir. Bu gün gərək Milli Məclisin deputatları bu boşluqların aradan qaldırılması məsələsini qaldırsınlar.
Biz dəfələrlə parlamentə bununla bağlı müraciət etmişik ki, müvafiq qanunlar qəbul olunsun.
Paylaş:
Müəllif : Yazar
Tarix:8-12-2020, 15:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:8-12-2020, 15:48
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |