1-ci Qarabağ müharibəsinin qazilərinə sığorta pulu nə vaxt veriləcək? - AKTUAL
Son günlər müzakirə olunan məsələlərdən biri də Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşdə, Vətən müharibəsində şəhid olanlarıln ailələrinə və sağlamlığını itirən şəxslərə dövlət qayğısı, təqaüd və müavinətlərin verilməsi ilə bağlıdır. Müzakirələr zamanı bu kateqoriyadan olan şəxslərə ödənilən təqaüdün az olduğu və dövlət proqramlarının yetərli olmadığı fikri səsləndirildi.
Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də məlumat yayaraq dövlətin şəhid ailələri və müharibə əlilləri üçün həyata keçirdiyi sosial proqramları açıqladı. Bunlardan biri də hərbi qulluqçulara ödənilən birdəfəlik sığorta puludur. Belə ki, şəhidin vərəsələrinə olan sığorta ödənişi 11 min manat, müharibə əlillərinə müvafiq olaraq, I dərəcə əlilliyi olan şəxslərə 8800 manat, II dərəcə əlilliyi olan şəxslərə 6600 manat, III dərəcə əlilliyi olan şəxslərə 4400 manat ödənilir.
Bu məsələnin gündəmə gəldiyi vaxtda yaranan başqa bir sual I Qarabağ savaşında əlil olan müharibə iştirakçılarına ödəniləcək sığorta puludur. Uzun müzakirə və tələblərdən sonra I Qarabağ savaşında şəhid olanların ailələrinə 11 min manat sığorta pulu ödənilsə də, müharibə veteranları ilə bağlı bu məsələ hələ də həllini tapmayıb. Hazırda II Qarabağ savaşında yaralanan, qazi olan hərbçilərə bu vəsaitin ödənilməsi gündəmə gəlmişkən, I Qarabağ müharibəsində qazi olanların da problemini gündəmə gətirməmək olmaz.
Qarabağ qazisi Rey Kərimoğlu məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu dəfə problemin həllini tapacağına ümid edirlər: “2007-ci ildən bu yana yaralanan və əlil olan hərbi qulluqçulara birdəfəlik sığorta ödənişi verilib, onlar bu vəsaiti alıblar və 27 sentyabrda başlayan vətən savaşında əlil olanlar da alacaqlar. 1991-97-ci illərdə Qarabağ müharibəsində yaralanan qazilərə isə bu pul verilməyib və verilmir. I Qarabağ savaşında şəhid olanların ailələrinə də bu vəsait verilməmişdi, sonradan dövlət başçısının tapşırığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailələrinə birdəfəlik sığorta pulunu ödədi. Birdəfəlik ödənişin məbləği şəhid ailələri üçün 11 min manat, I qrup Qarabağ əlilləri üçün onun 80 faizi - 8800 manat, II qrup Qarabağ əlilləri üçün 60 faizi – 6600 manat, III qrup Qarabağ əlilləri üçün isə 40 faizi - 4400 manatdır. Onu hələ ki, ödəməyiblər. O vaxt Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, həmçinin Milli Məclisdə Hadı Rəcəblinin rəhbərlik etdiyi komissiyada danışıqlar aparıldı və onlar vəd verdilər ki, bu məsələ həll olunacaq. Hazırki mərhələdə ödəniləcək sığorta pullarının içində bizim 90-cı illərin Qarabağ əlilləri var, ya yoxdur onu bilmirik. Bu məsələ ilə bağlı müraciət edilib”.
R.Kərimoğlu vurğuladı ki, 20 ildir müharibə veteranlarının sığorta pulunun verilməməsi arzuolunmaz haldır: “Dəfələrlə bu məsələni qaldırmışıq, müraciət etmişik. Şəhidlərin sığorta pulu olan 11 min manat verildi. O zaman mərhum baş qazimizin də təşəbbüsü ilə Milli Məclisdə Hadı Rəcəblinin rəhbərliyi ilə aparılan müzakirələr zamanı bu məsələnin həllinə nail oldu. O vaxt millət vəkilləri demişdilər ki, ödəniləcək vəsaitin həcmi çoxdur və dövlət onun hamısını birdən-birə ödəyə bilməyəcək. Etimad Əsədov və digər qazilər də birgə belə bir müraciət etdilər ki, əgər dövlətin ayıra biləcəyi vəsait azdırsa, o zaman birinci mərhələdə şəhid ailələrinin sığorta pulu ödənilsin. Növbəti mərhələdə də qazilərin pulu verilər. Sonrakı prosesdə bizə həm nazirlik, həm də Milli Məclis tərəfindən vəd edildi ki, 2019-cu ilin sonu və ya 2020-ci ilin birinci yarısına kimi bu vəsaitin verilməsinə başlanılacaq. Prezident Aparatında bu məsələ hesablanıb və mənbə də tapılıb. Sonradan pandemiya gündəmə gəldi və bu məsələ qaldı. Sentyabrın 27-də Azərbaycan ordusu döyüşə başladı, möhtəşəm bir qələbə çaldı. İndi bu müharibədə şəhid və qazi olanlara sığorta pulu verilir, lakin əvvəlki Qarabağ qazilərinə ödənilməli olan birdəfəlik vəsait hələ də qalıb”.
Qarabağ qazisinin sözlərinə görə, bu istiqamətdə bir çox məhkəmə qərarları olsa da, müvafiq dövlət qurumu onu icra etməkdən imtina edir: “Ümid edirəm ki, bu məsələ həll olunacaq, çünki çox ciddi, dövlət başçısının diqqətində olan məsələdir. I Qarabağ savaşı əlillərindən təxminən 700-800 nəfər məhkəmə yolu ilə bu vəsaiti alıb, ancaq digərləri qalıb. Məhkəmə qərarları da icra olunmur. Məhkəmə qərar çıxarır ki, bu vəsait qaziyə verilsin, ancaq məhkəmə icraçıları bunu icra etmir. “Azərsığorta” qeyri-rəsmi olaraq ödəməkdən imtina edir, məhkəmə qərarını icra etmir. Bu arzuolunmaz haldır. Ümid edirik ki, bu böyük qələbədən sonra problem həllini tapacaq”.
Məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə bildirdi ki, hərbi qulluqçulara birdəfəlik sığorta pulunun verilməsi müvafiq dövlət sığorta şirkətinin səlahiyyətindədir. Nazirlik sadəcə bir neçə gün öncəki açıqlamasında şəhid ailələri və Qarabağ qazilərinin əhatə olunduğu sosial proqramları açıqlayıb. Lakin “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bunu müvafiq dövlət sığorta qurumu həyata keçirir.
Qeyd edək ki, müvafiq dövlət qurumu olan "Azərsığorta" Dövlət Sığorta Şirkətindən zənglərimizə cavab verilmədi. Mövzunu diqqətdə saxlayacağıq.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:5-12-2020, 11:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:5-12-2020, 11:58
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11