“Ölkədə virusdan həyatını itirənlərin sayını dəqiq heç kim bilmir, çünki...” - Diqqət, TƏHLÜKƏ!
Koronavirus pandemiyasının yeni dalğası dünyanı ağuşuna alıb. Statistik rqəmlərə görə dünya üzrə isə yoluxma sayı 63 milyona yaxınlaşır, 1 milyon 400 mindən çox xəstə isə dünyasını dəyişib. İnkişaf etmiş ölkələr yoluxmanın qarşısını almaqda acizdirlər, təbiq olunan bütün qadağalara rəğmən infeksiyanın yayılma arealı sürətlə genişlənir. Beynəlxalq ekspertlərin qənaətinə görə, fəlakətdən yeganə çıxış yolu virus əleyhinə vaksinlərin kütləvi istifadəsidir.
Məsələn, COVİD-19-dan 58 mindən çox insanın öldüyü təqdiqlənmiş Britaniyada rəsmilər koronavirusa qarşı ümidverici vaksinin 2 milyon dozasını almağı planlaşdırır. Bir neçə həftəyə ölkədə kütləvi peyvəndləmə başlanmalıdır. Hökumət indiyədək yeddi müxtəlif istehsalçıdan, effektivliyi təsdiqlənəcəyi halda, 350 milyon dozalıq vaksin almaqla bağlı razılaşma əldə edib. Ölkənin 67 milyonluq sakininin mümkün qədər çox hissəsinə peyvənd vurulmasını nəzərdə tutulub. “The Guardian” və “Financial Times” qəzetləri yazırlar ki, xəstəxanalara dekabrın 7-dək ilkin vaksin dozalarının çatdırıla biləcəyi bildirilib.
Gündəlik yoluxmanın 200 mini keçdiyi Birləşmiş Ştatlarda da dekabrda peyvəndləməyə başlanacağına ümid var. Ölkənin səhiyyə rəsmiləri Şükranlıq bayramından sonra və Milad bayramı öncəsi koronavirusa yoluxmalara sıçrayışla bağlı xəbərdarlıq ediblər. Ölkənin baş infeksionisti Entoni Fauçi deyib ki, ölkədəyoluxma səviyyəsi qəfildən düzələn deyil.
“Növbəti bir neçə həftəərzində eyni şey davam edəcək. İki, yaxud üç həftə artım davam edə bilər”, – o vurğulayıb.
Azərbaycan isə postovet məkanında gündəlik yoluxmanın böyük sıçrayışla artdığı ölkələrdən biridir. Son bir ayda COVİD-19 testi pozitiv çıxan vətəndaşların sayı 400- 500-dən 4500-ə qədər yüksəlib. Tibb ekspertləri bunun səbəbini 44 günlük müharibənin pandemiyanı ikinci plana atması, ölkədə kütləvi tədbirlərin (Şəhidlərin dəfni, zəfər yürüşləri və s.) keçirilməsi yolxumanın səviyyəsini artırdı.
Bundan sonrakı dövrdə belə kütləvilik hallarının olacağını indidən demək üçün əsaslar var. Mövcud tendensiya onu deməyəəsas verir ki, qarşıdan gələn günlərdə yoluxma hallarının sayı gündə 5000-6000 nəfərə çatacaq. Bu da xəstələrin çarpayılarla təminatı, xəstəxanalara çatdırılması, vaxtında tibbi müdaxilənin edilməsi, təmaslarının izlənilməsi kimi zəruri tədbirlərin görülməsini qeyri-mümkün edəcək.
Ötən dövr ərzində Azərbaycan dövləti koronavirusla mübarizədə bütün zəruri tədbirləri həyata keçirib, ölkənin səhiyyə sisteminin potensialı əsaslı şəkildə gücləndirilib. Çarpayı fondunun artırılması, zəruri dərman vasitələrinin tədarükü, yeni xəstəxanaların tikilməsi, həkim və tibbi personalın mobilizasiyası nəticəsində bu gün 40,000 nəfərdən çox xəstənin müalicəsi mümkündür. Bununla belə vətəndaşlarımız başa düşməlidir ki, bu imkanlarında bir həddi var və bu həddi aşmağa çox az vaxt qalıb.
Vəziyyətin bu istiqamətdə inkişaf edəcəyi, səhiyyə sisteminə real təhlükə yaranacağı, yoluxma və ölüm hallarının arzuolunmaz miqyasda artacağı təqdirdə ölkədə vəziyyət necə olacaq?
Tanınmış həkim Müşfiq Hüseynov "AzPolitika.info"-ya şərhində bildirib ki, Azərbaycanla yanaşı əksər inkişaf etmiş ölkələrdə də koronavirus xəstələrinin sayı sürətlə artır: "ABŞ da gündəlik say 200 mini keçdi, Avropa və bizim region da sürətlə zirvəyə yaxınlaşır. Rusiyada ilk dəfə gündəlik xəstə sayı 30000 yaxınlaşıb və Moskvada qapanma haqqında fikirlər səslənir, Türkiyədə də yoluxma 30 minlik kritik saya çatdı. Qardaş ölkədə “qırmızı” bölgələrin sayı artıb, hətta İstanbul kimi meqapolisdə bəzi məhdudiyyətlər dövriyəyə girib. Gürcüstan kimi stabil ölkədə 4000 üzərində, Ukraynada gündəlik say on minlərə çatıb".
Həkim bildirir ki, Azərbaycanda xəstə sayı çox böyükdür. Onun sözlərinə görə gündəlik yoluxmanın 5000 olacağı istisna deyil: "Əgər, test yoxlaması kütləvi keçirilsə, əmin olun ki, bu say 10 min də olar, 15 min də. Minlərlə insan virusu simptomsuz keçirir. Bir o qədər də insan yüngül simptomlarla evlərdə müalicə alır".
Ekspertin sözlərinə görə, xəstə sayının artıb-artmayacağı barədə suala birmənalı cavab vermək üçün əlimizdə statistika olmalıdır: "Obyektiv statistika yoxdur. Bu gün biz xəstə sayını test sayına görə müəyyən edirik. Test sayı isə çox azdır. Məsələn, dünən 17500 olub. 10 milyonluq ölkə üçün bu çox azdır. Bu gün bizdə hər 5 testdən biri müsbət çıxır. Əmin olun ki, test sayı 175000 olsa, xəstə sayı təxminən 40 min olar. Bu ümumi yoluxmuş saydır. Nəzərə alsaq ki, yoluxanların təxminən 80 faizi simtompsuz və ya yüngül halda keçirir, müalicəyə ehtiyacı olanların sayı 8-10 min olar. Bu gün Bakıda təxminən bu qədər insanın müalicəyə ehtiyacı var. Sual yarana bilər, bu rəqəmləri hardan götürmüsüz?
Çox sadə cavab var: bunun üçün klinikalardakı KT, MRT və poliklinikalardakı rentgen kabinetlərin qarşısındakı növbəyə baxmaq yetərlidir. Hər gün yüzlərlə adam müayinəyə gəlir və onların bir hissəsinə “buzlu şüşə” diaqnozu qoyulur. Bu fakt nə qədər doğru olmasa da, virus testinə bərabər tutulur və xəstəyə COVİD-19 müalicəsi təyin olunur. İnsanlar həkim resepti ilə evdə müalicə olunur. Bu sayı heç kim bilmir. Amma aptek satışlarındakı partlama onu göstərir ki, say 6 rəqəmlidir".
M. Hüseynov onu da vurğuladı ki, ölkədə virusdan həyatını itirənlərin sayını dəqiq heç kim bilmir. Çünki, göstərilən say ancaq TƏBİB-in nəzarətindəki xəstəxanalarda qeydə alınan faktlardır.
"Sözsüz ki, evlərdə də ölənlər var. Onların ölüm səbəbi çox vaxt bilinmir, çünki bizdə mərhumun pataloji-anatomik müayinəsi demək olar ki aparılmır. Demək, səbəb də bilinmir" - deyə həkim bildirib.
Bundan sonra nə olacaq, bizi nə gözləyir? Bu suala cavabında Müşfiq Hüseynov xatırladır ki, 1 ay əvvəl bizi ikinci dalğanın gözlədiyini, 2 həftəəvvəl 2000, bu həftə isə 4000 yoluxma sayının olacağını proqnozlaşdırıb: "Srağagün demək olar ki, 5000 oldu. Zirvədirmi? Çox güman ki, zirvəyə hələ bir neçə gün, bəlkə də həftə var. Maska məcburiyyətinin bir həftəsi bu gün tamam oldu, deməli üzümüzə gələn həftədən yoluxma sayında mütləq azalma olacaq, bundan əminəm. İnanıram ki, dekabrın 10-dan başlayaraq stabilləşməyə, ayın 20-də stabil azalma, ilin əvvəlinə yenidən 3 rəqəmli saylarla girəcəyik. İkinci dalğanın stabilləşib sönməsini yəqin ki 2021-ci ilin əvvəlində görəcəyik. Təxminlərə görə, mart ayında COVİD-19-un üçüncü dalğası ilə üzləşəcəyik. Amma adətən bu ikinci kimi təhlükəli və dağıdıcı olmur".
Bəs insanlar qorunmaq üçün bu günlərdə nə etməlidirlər? Həkim tövsiyyələrini açıqlayıb: "Birincisi, qorxmaq lazım deyil. Panikaya ümumiyyətlə ehtiyac yoxdur. Ölkədə kifayət qədər dərman və həkim var. Sistemin çökməyəcəyindən əminən. İkincisi, bu günlərdə tövsiyyə olunur ki, yeməyiniz xüsusi diqqət edəsiniz. Yağlı, şəkərli, axşam gec saatlarda yeməkləri, dozadan artıq alkoqolu, bütün növ energetik və rəngli-qazlı içkiləri rasiondan birmənalı çıxartmaq lazımdır. Bacardığınız qədər, dünyanın ən güclü antioksidantlarından olan nar, qreyfrut, portağal yeyin. Yemək şorba və səbzə ağırlıqlı olsun. Mövsüm göyərtilərindən bol istifadə edin. Protein olaraq, yumurtadan istifadə etmək olar. Gündəən azı 1 saat təmiz havada 5 km yürümək, ən azı 6-7 saat və vaxtında yatmaq lazımdır. Səhərlər 10 dəqiqə gimnastik hərəkətlərə ayırın. Çalışın xəbərlərdən və stressdən aralı durun. Bütün bunlar və COVİD-19-un 3 qızıl qaydası - maska, məsafə, təmizlik sizi ya sipmtomsuzlar, ya da yüngül keçirənlər kateqoriyasına sala bilər. İstənilən halda virusdan qaçış yoxdur.
Tam qoruma ancaq skafandr geyinib, bunkerdə yaşamaqla mümkündür. Amma yüngül keçirib, ilk simptomda təcili həkimə müraciət edib, evdə də olsa müalicəyə başlamaq lazımdır. Unutmayaq! Bu işdə nə panikaya düşmək, nə “soyuq dəymə” deyib, arxayınlaşmaq, nə də özfəaliyyət müalicə ilə məşğul olmaq olmaz! Bu, sizə həyatınız bahasına başa gələ bilər. Rahatlayıcı fakt odur ki, koronavirusdan ölən xəstələrin sayı, ümumi xəstələrin heç 1 faizi də deyil. Deməli, özümüzü qoruyub, səbrlə ikinci dalğanın bitməsini gözləmələyik".
"AzPolitika.info"
Paylaş:
Müəllif : Yazar
Tarix:1-12-2020, 15:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:1-12-2020, 15:01
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11