“Cənub tərəfdə sərhədlərimizi möhkəmləndirməliyik...” - Gərginlik
Xəbər verdiyimiz kimi, mayın 8-də İran hakimiyyəti ABŞ-ın nüvə sazişindən çıxmasına cavab olaraq nüvə müqaviləsindəki bəzi öhdəliklərini dayandırıb. ABŞ prezidentinin İranla sazişdən çıxmasının bir ili münasibəti ilə etdiyi çıxışında prezident Həsən Ruhani müqavilədə qalan Rusiya, Böyük Britaniya, Çin, Fransa və Almaniyaya məktubla müraciət edərək xəbərdarlıq edib.
Həsən Ruhani çərşənbə günü bəyan edib ki, ölkəsi uran zənginləşdirilməsi və ağır su istehsalına tətbiq edilən məhdudiyyətlərə əməl etməyəcək. Məhdudiyyətlər 2015-ci il İranla əldə edilən nüvə sazişinə əsasən tətbiq edilmişdi.
Ruhani deyib ki, ABŞ sazişdən çıxmaq və Tehrana sanksiyalar tətbiq etməklə öz öhdəliyinə sadiq qalmayıb, sazişə imza atalar isə mövqelərini tərk etməsələr də, ABŞ-a sanksiyaların tətbiqinə yol verməklə, İranın neft və bank sektorunu çökdürməsinə imkan yaradıblar. O, dəyişikliklər üçün 60 gün vaxt verildiyini və İranın gələcəkdə uran zənginləşdirilməsini daha yüksək səviyyəyə qaldıracağını bildirib.
Bundan sonra Vaşinqton İranın polad, alüminium, mis və dəmir istehsalına sahələrinə sanksiya tətbiq edib. Bundan əlavə, Vaşinqton İranın Fars körfəzindəki Hörmüz boğazı vasitəsilə beynəlxalq bazara neft nəqlini kəsməklə bağlı hədəsinə cavab olaraq bölgəyə yeni qüvvələr göndərib.
Məsələ ondadır ki, Hörmüz boğazı dünya enerji bazarı üçün həlledici əhəmiyyət kəsb edir. Hazırda dünyada ixrac edilən bütün xam neftin təxminən 30 faizinin bu boğazdan keçdiyi ehtimal olunur. ABŞ dövlət katibi isə İranın qərarına kəskin cavab verib. Mayk Pompeo bildirib ki, ABŞ və müttəfiqləri savaş istəməsə də, İranın 40 ildir Amerika hərbçilərini öldürməsi, ABŞ hərbi strukturlarına hücum etməsi və amerikalıları girov götürməsi onların müdafiə olunmasını xatırladır.
ABŞ ordusu baş qərargah rəisi Cozef Danford bildirib ki, İranın gözlənilən hücumuna qarşı bölgəyə təyyarədaşıyan gəmi və bombardmançılar göndərilib və bundan əvvəl isə İrana xəbərdarlıq edilib. ABŞ müdafiə nazirinin səlahiyyətlərini icra edən Patrik Şanahan isə İranın planları ilə bağlı Yaxın Şərqdən kritik və “son dərəcə etibarlı” bir kəşfiyyat məlumatı aldıqlarını bildirib. Onun sözlərinə görə, Mərkəzi Qüvvələr Komandanlığı ilə birlikdə müvafiq müzakirələrdən sonra bölgəyə əlavə qüvvələr göndərilməsi qərarlaşdırılıb.
Prezident Trampın təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton deyib ki, körfəzə gəmilərin və təyyarələrin göndərilməsi İran hakimiyyətinə “qəti və dəqiq mesajdır”. ABŞ Mərkəzi Qüvvələr Komandanlığının sözçüsü polkovnik Bill Urban deyib ki, əlavə qüvvə tələbi İran və İranın dəstəklədiyi qüvvələrin ABŞ hərbçilərinə hücum hazırladığı ilə bağlı işarələr gördükdən sonra olub. Amerika mediası isə bu məlumatın İsrail kəşfiyyatından gəldiyini yazıb. İddialara görə, bir neçə gün əvvəl Vaşinqtonda keçirilən toplantıda İsrail kəşfiyyatının nümayəndəsi amerikalı rəsmilərə məlumat verib. Məlumatda İran qüvvələrinin İraq, Suriya, Səudiyyə Ərəbistanı və BƏƏ başda olmaqla, bir çox ölkələrdə ABŞ qüvvələrinə hücum edə biləcəyi qeyd olunub.
Bu məlumatlar bir mənada “soyuq müharibə” illərindəki vəziyyəti xatırladır. ABŞ-dakı “qırğılar” ciddi kəşfiyyat məlumatları olmasa belə, SSRİ-nin ABŞ-a hücuma hazırlaşdığı ilə bağlı görüntü yaradıb və Amerika ictimai rəyini müharibə təhlükəsi ilə səfərbər edib. Hazırda mütəxəssislər də İranla bağlı təhlükə xəbərlərinin şişirdildiyini, ciddi təhlükə olmadığını qeyd edir.
Ancaq verilən bəyanatlar və hərbi qüvvələrin artırılması, eləcə də bunun üçün göstərilən səbəblər vəziyyətin xeyli dərəcədə ciddi olduğunu deməyə əsas verir. Aydın məsələdir ki, bundan əvvəlki Əfqanıstan, İraq kampaniyalarında olduğu kimi, Vaşinqtondakı silah və enerji şirkətlərinə bağlı “müharibə lobbisi” İranla gərginlik, hətta hərbi qarşıdurmada maraqlıdır. ABŞ-ın bölgə müttəfiqi İsrail və körfəz ərəb ölkələri isə əsas rəqibləri İranın ABŞ tərəfindən cəzalandırılması üçün əllərindən gələni edir. Obamanın dönəmindəki vəziyyət onu göstərdi ki, Vaşinqton istəyəndə İranla bir masa arxasında əyləşib anlaşa bilir. Ancaq indi görünən odur ki, siyasi və hərbi şərtlər dəyişib. Eyni zamanda bu vəziyyət bizim üçün də ciddi suallar yaradır.
Əgər Vaşinqton İrana qarşı zərbələri həyata keçirərsə, Azərbaycan necə davranmalıdır? Bu vəziyyətdə bizim hazırlığımız nələrdən ibarət olmalıdır?
Politoloq Məhəmməd Əsədullazadə deyir ki, hazırda ABŞ və İran arasında müharibə variantı gündəmdədir. Onun fikrincə, əgər bu, baş verərsə, bizim cənub sərhədlərimizdə təhlükəsizlik problemi olacaq: “Cənub qonşumuzda müharibənin Azərbaycana siyasi və humanitar təsirləri ola bilər. İlk növbədə Azərbaycan Tehranla sıx diplomatik danışıqlar aparmalıdır. Rəsmi Tehran Azərbaycanın ABŞ-la strateji tərəfdaşlığını hədəf götürməməlidir. Çünki İran müharibə olacağı təqdirdə ABŞ-ın strateji tərəfdaşı olduğu ölkələrə təzyiq edəcəyini qeyd edir”.
İkinci mühüm məsələ Azərbaycana gözlənilən qaçqın axını ilə bağlıdır. M.Əsədullazadə deyir ki, İrana qarşı müdaxilə bizim üçün humanitar fəlakətə çevrilə bilər: “Azərbaycan cənub tərəfində sərhədlərini möhkəmləndirməli, sərhədə əlavə qüvvələr cəlb etməlidir. Cənubda yaşayan soydaşlarımızın kütləvi axını ola bilər. Qaçqın problemi ölkəmiz üçün humanitar problemə çevrilə bilər. Hesab edirəm ki, kütləvi qaçqın probleminin qarşısını almalıdır. Ölkəmizdə ABŞ və İsrailin diplomatik korpuslarının təhlükəsizliyi gücləndirilməlidir. İrana deyilməlidir ki, Azərbaycan bu ölkəyə qarşı öz ərazisindən istifadə edilməsinə icazə verməyəcək. Tehran Azərbaycanla dostluq münasibətlərinə sadiq qalmalıdır. Bakıdan özünə qarşı mənfi siyasət görməyəcək. Bundan əlavə, cənub istiqamətində havadan müdafiə sistemi döyüş hazırlığına gətirilməlidir”.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:11-05-2019, 10:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-05-2019, 10:10
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01