Jurnalistlər kimdən narazıdır? - Siyahıda “Azəriqaz”, BNA və “Metropoliten” ilk sıradadır
Xidmət sektorunda ciddi problemlər hələ də qalmaqdadır.
İnsanları dövlətdən narazı salan bəzi səriştəsiz xidmət qurumları və onların tabeliyində olan şəxslərdir. Azərbaycanda fəaliyyət göstərən bəzi xidmət qurumları həqiqətən də əhalinin səbrini sınağa çəkir. Vətəndaşları öz yarıtmaz fəaliyyəti ilə narazı salan bu qurumlar illər keçsə də, işində dönüş yaratmır.
Baxmayaraq ki, ölkə başçısı dəfələrlə bu məsələyə toxunaraq “Dövlət məmurunun vəzifəsi əhaliyə xidmət göstərməkdir”, - deyib.
Maraqlıdır, jurnalistlər hansı xidmət qurumunun işindən narazı və ya razıdırdır? Bu sorğu ilə həmkarlarımıza müraciət etdik.
Cebhe.info-ya danışan jurnalistlər məsələyə həm vətəndaş, həm də media nümayəndəsi mövqeyindən yanaşıblar.
Modern.az saytının əməkdaşı Gülşən Raufqızı qeyd edib ki, Azərbaycanda ümumiyyətlə, əksər sahələrdə xidmət səviyyəsi olduqca aşağıdır:
“Bura ictimai nəqliyyatdan tutmuş, ictimai iaşə obyektlərinə, restoranlara, kafelərə qədər istənilən xidmət sahəsində fəaliyyət göstərən obyektləri aid etmək olar. Vətəndaşlara xidmət sahəsində fəaliyyət göstərən qurumlara gəlincə, burada da vəziyyətin ürəkaçan olduğunu deyə bilmərik. Xüsusilə ictimai nəqliyyatda gedişhaqqı artırılandan sonra sərnişinlər xidmətin yüksəldiləcəyini gözləyirdilər. Amma hələlik dəyişən Bakı Nəqliyyat Agentliyi tərəfindən bəzi istiqamətlərdə xətlərə buraxılan yeni marşrut avtobuslarıdır. Sərnişinlərlə kobud davranan, əlində siqaretlə avtobus idarəedən sürücülər hələ də qalmaqdadır. İnanmaq istəyirəm ki, qarşıdakı aylarda ölkə rəhbərinin tapşırığına uyğun olaraq daha 300 yeni avtobus gətirildikdən və müvafiq istiqamətlərdə xətlərə buraxıldıqdan sonra sürücü məsələsi də həll olunacaq. Yaxın müddətdə həll olunacağına inanmadığım məsələ “Bakı Metropoliteni”nin “texniki problemləri”dir. Çünki ən azı ayda 1-2 dəfə “texniki nasazlıq” ucbatından sərnişinlərin əsəbi tarıma çəkilir, işə gecikirlər, bu da əlavə gərginliyə səbəb olur. Metropolitendə gedişhaqqı artırılandan dəyişən nə isə yoxdur ki, ona baxıb özünə təskinlik verəsən. Hər gün “adə, qapıları buraaaax”, “xətdən kənara çəkiliiiin” deyən Metropoliten işçilərinin səsi günə başlamaq üçün “əla” stimula çevrilir. İndiyədək xüsusilə sosial şəbəkələrdə daha çox tənqid olunan “Azəriqaz”, “Azərişıq”, “Azərsu” ilə sizin dediyiniz məsələlərlə bağlı heç bir problemimiz olmayıb. Qazımız gəlir, işığımız yanır, suyumuz da 24 saat fasiləsiz olaraq verilir. Ümumiyyətlə, bu qurumlar onlara müraciət etməyim üçün yaxşı mənada mənə “şans” buraxmırlar”.
Ölkə.az saytının əməkdaşı Mürtəza Bünyadlı qeyd edib ki, xidmət sektorunda islahatlar aparılsa da, lazımı effekt yoxdur:
“Bu sahədə qüsurlar var. Problemin köklü həlli istiqamətində konseptual addımlar atılmır, yarımçıq həyata keçirilir və yaxud ciddi maneə yaradılır. Burada kadrların da rolu olur. Xidmət sektoru elə sahədir ki, ora daim yeniliklər tələb edir və xidməti də davamlı olmalı, dövrün tələbinə uyğunlaşıdırılmalıdır. Əgər xidmət sektoru dövrün tələbinə cavab verməyib gecikirsə, gecikən islahatlar da istənilən nəticəni vermir. Bunlar kompleks yanaşma tələb edir. Burada ən ciddi məqamlardan biri də normal rəqabət mühiti ilə bağlıdır. Əgər normal rəqabət mühiti olmayacaqsa, o zaman keyfiyyətli xidmətdən danışmağa da dəyməz. Bu, istər-istəməz o, sahənin axsamasına gətirib çıxaracaq”.
Jurnalist Rövşən Əsədov bu günə qədər yaşadığı problemlər arasında həllolunmaz məsələ olmadığını deyib:
“Hələ ki, xidmət sahələri ilə ciddi problemim olmayıb. Daha doğrusu, təmasım olmayıb, o səbəbdən işləri məni qane edib. Problemim olan zaman da dərhal aidiyyatı qurumlardan diqqət görmüşəm. Bu günə qədər sayğac dəyişdirməmişəm, ona görə də o sahədə vəziyyət və şəffaflığın hansı səviyyədə olduğunu bilmirəm. Vətəndaşa münasibət necədir bilmirəm, yeni evə köçməmişəm, köçən zaman xidmət sahələrində hansı problemlər yaşanır üzləşməmişəm. Bakı Nəqliyyat Agentliyi məsələsinə gəlincə, onların özləri də mövcud problemləri danmırlar, etiraf edirlər ki, ictimai nəqliyyatın, ümumiyyətlə isə paytaxtda nəqliyyat sisteminin ciddi problemləri var. Uzun illərdir yarıtmaz nazirlik və qurumların məsuliyyətsizliklərinin yükü BNA-nın üzərinə düşdüyünə görə az müddətdə möcüzə gözləmək də ağılasığmazdır. Lakin narazılığım var. Ən birinci narazılığım odur ki, sürücülərin psixoloji, mədəni, intellektual səviyyəsi yoxlanılmır və kor-koranə şəkildə təyin olunur. Daha dəqiqi, sükan arxasında otuzdurulur. BNA isə sərt mübarizə aparmır və məsələyə kifayət qədər loyal yanaşır. Bu il ölkəyə 300 yeni nəqliyyat vasitəsinin gətirilməsi nəzərdə tutulub, eləcə də Nazirlər Kabinetinə yeni təkliflər verilib. Düşünürəm ki, bu minvalla görülən işlər yaxın aylar, üzümüzə gələn illər ərzində inqilabi nəticəsini verəcək”.
“Yeni Müsavat” qəzetinin əməkdaşı Cavanşir Abbaslının sözlərinə görə, Bakı Nəqliyyat Agentliyi, “Azəriqaz”, “Azərişıq” və “Bakı Metropoliteni” QSC-nin fəaliyyətindən tam razı qalan vətəndaşın olduğu inandırıcı deyil:
“Nəqliyyatdakı problemlər, demək olar hər gün qaz zəhərlənmələrinin olması, gündəlik metrodan istifadə edərkən yaşadığımız çətinliklər bütün sualların cavabıdır. Sürücüləri cərimələmək üçün hər cür variantları işlədən qurum əməkdaşları ilə vəziyyətdən necə razı qalmaq olar? Qatarların intervalındakı zamana baxıb bu səbəbdən sıxlıq yaradan “Bakı Metropoliteni”nin işindən razı qaldığımızı necə deyək? Hər gün təmir adı ilə “Bakının bu rayonunda qaz olmayacaq”, deyən tez-tez kəsilən və daha çox bu səbəbdən vətəndaşların zəhərlənməsinə səbəb olan qurum barədə cavab əvvəlcədən hazırdır”.
Jurnalist Famil Fərhadoğlu ümid edir ki, xidmət sahəsində olan çatışmazlıqlar yaxın vaxtlarda aradan qalxacaq:
“Bakı Metropoliteni”nin işi bəzən bir vətəndaş olaraq məni qane etmir. Metrodan istifadə edən biri kimi deyə bilərəm bəzən qatarlar tuneldə qalır. Ya da elə olur ki, intervala görə pik saatlarda sıxlıq yaranır. Adıçəkilən qurumun sadalan problemlərin aradan qaldırılması üçün hansı addımlar atdığı məlum deyil. Mətbuatda bu problemlərlə bağlı xəbərlər yayımlananda “Bakı Metropoliteni”ndən də doğru-dürüst məlumat verilmir. Bununla yanaşı bəzi daşıyıcı şirkətlərin işindən narazıyam. Avtobusda təmizlik aparıldığı barədə deyilsə də, şüşələrin, tutacaqların çirkli oldğunun şahidi oluruq. Bundan başqa bəzən sürücülər siqaret çəkərək nəqliyyat vasitəsini idarə edir. Bəzən də elə olur sürücülər sürət həddini aşaraq sərnişinlərin həyatını təhlükəyə atır. Hələ qapısı açıq avtobusu idarəedən sürücüləri demirəm. Bakı Nəqliyyat Agentliyi problemi aradan qaldırmaq üçün müəyyən əməli və maarifəndirici işlər görsə də, bu gün ictimai nəqliyyatda problemlər qalmaqdadır. Mən elə düşünürəm ki, daşıyıcı şirkətlər "BakuBus"un işini özlərinə örnək bilməlidir. İşindən narazı olduğum qurumlardan biri də “Azəriqaz”dır. Məsələn, bu yaxınlarda yaşadığım Xırdalan qəsəbəsində qaz sobasında qazı açanda hava gəlirdi. Bu, həm istehlakçıların hüquqlarının pozulması, həm də belə hallar qəzalara səbəb ola bilər. Xidmət sahələri içərisində narazı olduğum sahə liftlərə cavabdeh olan qurumun işi ilə bağlıdır. Çünki paytaxt ərazisindəki köhnə binalarda liftlərə minməyə adam qorxur. Düşünürsən ki, liftə minsən, tros qırılacaq, evə yox son mənzilə yola düşəcəksən”. Jurnalist əlavə edib ki, sosial xidmət sahələri arasında ən acınacaqlı vəziyyət səhiyyə sahəsindədir: “Ölkəmizdə yeni xəstəxanalar açılsa, tibb məntəqələrində müasir avadanlıq olsa da, bu sahədə çatışmazlıqların olduğu hər kəsə bəllidir. Paytaxtda elə xəstəxanalar var ki, hələ də acınacaqlı vəziyyətdədir. İnsan düşünə bilmir ki, inkişaf edən ölkəmizdə bu cür tibb müəssisələri necə qalır. Ümid edirəm ki, qeyd etdiyim sahələrdə olan çatışmazlıqlar qısa zamanda aradan qaldırılacaq. Çünki ölkəmizdə vətəndaşların sosial durumunun yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülür. Bəzi məmur və qurum rəhbərləri vətəndaşlar üçün görülən məqsədyönlü müsbət işlərə xələl gətirməməlidirlər”.
Paylaş:
Müəllif : Yazar
Tarix:7-03-2019, 09:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:7-03-2019, 09:16
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01