Nazirlik qəzaya düşən idmançı məktəblilərlə bağlı məlumat yaydı
Təhsil Nazirliyinin nümayəndəsi Salyan Rayon Mərkəzi Xəstəxanasında müalicə alan şagirdlərə baş çəkib, onların vəziyyəti ilə maraqlanıb.
regionxeberlericom.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə açıqlamanı Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov yayıb.
Qeyd edək ki, Salyan rayonu ərazisində Gənclər və İdman Nazirliyinin tabeliyində olan Şirvan şəhər Uşaq-Gənclər İdman məktəbinin idmançılarını daşıyan mikroavtobus qəzaya uğrayıb.
Qəza zamanı Şirvan şəhəri 16 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi İlkin Əhmədov dünyasını dəyişib, xəsarət alan 8 nəfər isə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 4 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb, digər 2 nəfərin vəziyyəti normaldır və həmin xəstəxanada müalicələri davam etdirilir. 1 nəfər isə kəllə-beyin travması ilə Bakı şəhərinə gətirilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:6-05-2019, 16:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-05-2019, 16:05
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti