Tanınmış rejissor İTV-ni oğurluqda ittiham etdi- FİLMİMİ ÖZ MƏHSULU KİMİ TƏQDİM EDİR
Rejissor Nazim Rza әrsәyә gәtirdiyi filmlәrin oğurlandığı, müәllif hüquqlarının pozulduğu haqda yazılı açıqlama ilә çıxış edib.
Gununsesi.org rejissorun açıqlamasını təqdim edir:
Mən, Nazim Rza İsrafiloğlu 1995-ci ildə faşizm üzərində qələbənin 50 illiyilə bağlı “Göylər sonsuz bir dənizdir” adlı kinotrilogiya çəkdim.Trilogiyaya 3 film daxil idi. “Leyla”,”Züleyxa” və “Səma qardaşları”. Hər üç film İkinci dünya müharibəsində və ondan öncəki dönəmdə Azərbaycan təyyarəçilərinin igidliyinə,arxa cəbhədəki çalışmalarına həsr olunmuşdur. Hər üç filmin (trilogiyanın) ssenari müəllifi və quruluşcu rejissoru mənəm.Mənim hələ sovet dönəmində Mərkəzi Televiziyanın sifarişi ilə 1972-ci ildə çəkdiyim və Sovet Televiziyasının bütün ölkəyə yaydığı və nümayiş etdirdiyi “Odlar yurdunun qızları” filmindəki epizodların bir çoxu “Göylər sonsuz bir dənizdir”trilogiyasında da istifadə olunmuşdur. Çəkilişlər Moskvada, Voronejdə, Bakıda, Xaçmazda və başqa yerlərdə aparılmışdır.Hər üç film Azərbaycanda yaradılmış ilk müəllif filmləri idi və məmim adımla bağlıdır.Rus dilində belə filmlərə “avtorskoe kino” deyilir. Qərb ölkələrində bu geniş yayılıb.Azərbaycanda belə film 1995-ci ildə yarandı.Sonrakı illərdə çoxlu müəllif filmi çəkdim. Bu filmlərin hamısı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində dövlət qeydiyyatındadır. Filmlərlə bağlı bilgilər mənim “Üçüncü dalğanın meridianlarında” kitabının “Filmoqrafiya” bölməsində açıq-aydın göstərilib. (Bakı,2017-ci il, Zərdabi LTD,səh 341)
Ancaq ürəkağrısı ilə deməliyəm ki,plagiatlıq xəstəliyi mənim kino yaradıcılığımdan da yan keçməyib. Belə ki,”Odlar yurdunun qızları”filminin bir sıra epizodunu eləcə də “Gölər sonsuz bir dənizdir” kino-trilogiyasındakı “Leyla”,”Züleyxa” filmlərinin bir sıra dəyərli epizotlarını mətnləri ilə birgə İctimai Televiziya mənimsəyib və özünün hazırladığı “Azərbaycan qadın təyyarəçiləri” adlı qondarma bir filmin içində əridib. Gözdən pərdə asmaq üçün mənimsənilmiş epizodların altında anonim xarakterli “Arxiv”yazısını yerləşdirib. Trilogiya 3 saat ərzində başdan ayağa istər kadrda,istərsə kadr arxasında mənim səsimlə,yəni müəllifin səsiylə səsləndirilmiş olsa da,İT-nin hazırladığı qondarma filmdə məndən heç əsər-əlamət də yoxdur. Bu “plagiat film” ilk dəfə 2016-cı ildə İTV-nin ekranında yayımlandı.bununla bağlı mətbuatda və internetdə (2016-cı il iyul)çıxış etdim. Çıxışın şərlövhəsi belə idi:”İctimai televiziya filmimi götürüb öz məhsulu kimi təqdim edir”.
Bu çıxış gərəyincə böyük rezonans doğurdu. Beləliklə,bir müddət “plagiat filmin” yayımlanmasının qarşısını İTV almaq zorunda qaldı. Ona görə daha başqa ünvana,o sıradan Müəllif hüquqları agentliyinə müraciət etməkdən vaz keçdim. Ancaq nahaq. Çünki,ara sakitləşəndən 3 il sonra, daha doğrusu 2019-cu il mart ayının 8-də plagiat “film” yenidən zühr etdi və İTV-nin ekranında bir daha göstərildi.: ”Azərbaycan qadın təyyarəçiləri” adı altında. Plagiat filmin böyük bir bölümü “Leyla” və “Züleyxa” filmlərindən mənimsənilmişdi. Bununla da,İctimai Televiziya Azərbaycan Respublikasının “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”kı qanununu növbəti dəfə kobudcasına pozmuş oldu. Milli Məclisin qəbul etdiyi, Azərbaycan Respublikası Prezidentinin “Müəlliflik hüququ və əlaqəli hüquqlar” haqqında Azərbaycan Respublikasının qanununun tətbiq edilməsi barədə 8 oktyabr 1996-cı il,Sərəmcamına yumuşaq desək,sayğısızlıq göstərildi. Bunun da bir anlamı var. Adı çəkilən Qanuna və Azərbaycan Prezidentinin verdiyi sərəncama sayğısızlıq, eyni zamanda Dövlətə sayğısızlıq kimi dəyərləndirilməlidir. Bunun bədəli isə ağır olmalıdır. Hər halda müəlliflik hüququna sayğı göstərən mədəni ölkələrdə belədir və düşünürəm ki, belə də olmalıdır.
Nazim Rza İsrafiloğlu
Kinorejissor, kinodramaturq,
Yazıçı-publisist.
Paylaş:
Müəllif : Yazar
Tarix:6-05-2019, 10:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-05-2019, 10:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11