Əmir Əliyev niyə universitetin rəhbəri olmaq iddiasından əl çəkdi? - GƏLİŞMƏ
İki həftə əvvəl Hurriyyet.org-da dərc olunan “BDU rektorluğu uğrunda savaş – Abel Məhərrəmovun komandasında məmur qapısını döyənlər…” sərlövhəli yazıda universitetə rəhbərlik etmək istəyən şəxslər arasında qızğın mübarizə getdiyini bildirmişdik. Qeyd etmişdik ki, hazırda təhsil nazirinin müavini Firudun Qurbanov rektorun səlahiyyətlərini icra etsə də, sabiq rektor Abel Məhərrəmovun komandasının bəzi üzvləri hələ də BDU-nun rəhbəri olmaq iddialarından əl çəkməyiblər. Bunlardan biri kimi BDU-nun Huquq fakültəsinin dekanı Əmir Əliyevin adını çəkmişdik. Etibarlı mənbəyə istinadən qeyd etmişdik ki, A.Məhərrəmov komandasının ən parlaq simalarından biri olan Ə.Əliyevin aylardır BDU rektoru olmaq üçün döymədiyi qapı qalmayıb.
“Məlumata görə, hazırda Əmir Əliyev BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru İradə Əliyeva ilə əlaqəli çalışır. Hüquq fakültəsinin dekanı bütün görülən işlər bağlı məlumatı rektora deyil, məhz İradə Əliyevaya verir. Deyilənə görə, o, İ.Əliyevanı da tezliklə rektor olacağına inandırıb...” – deyə saytda vurğulamışdıq.
Mənbə deyir ki, Hurriyyet.org-da dərc olunan məlum yazıdan sonra Əmir Əliyev BDU-nun rektoru olmaq istəyindən vaz keçib. Güman olunur ki, hakimiyyətdəki tanışları ona vaxtilə Abel Məhərrəmovun komandasında təmsil olunan olan hər hansı bir şəxsin BDU-rəhbərliyinə gətirilməsinin qeyri-mümkün olduğunu anladıb. Bu səbəbdən də, Əmir müəllim rektor olmaq ehtirasını içərisində boğmağa məcbur olub.
Mənbə deyir ki, artıq istər Əmir Əliyev, istər də İradə Əliyeva hazırda başqa bir şəxsin BDU rektoru olması istiqamətində çalışırlar. Həmin şəxsin adı bizə bəlli olsa da, onun nüfuzlu bir elm adamı olduğunu nəzərə alıb, etika xatirinə hələlik açıqlamırıq. Lakin onu deyə bilərik ki, Ə.Əliyev və İ.Əliyevanın bu məsələ ilə bağlı mütəmadi görüşlər keçirdiyi bildirilir. Məlumata görə, onlar sözügedən namizədə dəstək verməklə, gələcəkdə BDU-dakı mövqelərini qorumağa çalışırlar...
Hurriyyet.org
Paylaş:
Müəllif : Yazar
Tarix:6-03-2019, 17:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-03-2019, 17:47
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01