Əkbər Hacıyev vəzifəsindən alına bilər... - “Bu qurum əhalidən oğurluq edir”
“Azəriqaz” İstehsalat Birliyi ilə bağlı problemlər öz aktuallığını qoruyub saxlayır.
Bu qurumun fəaliyyəti ilə bağlı neqativ xəbərlər demək olar ki, hər gün yayılır. Tez-tez təbii qazın verilişi dayandırılır. Əhaliyə verilən qazın da tərkibi ilə bağlı mübahisələr var və əksəriyyət qazın keyfiyyətsiz olduğunu deyir. Dəm qazından zəhərlənmələr artıq adi hala çevrilib. Xüsusilə, əhaliyə verilən təbii qazın tərkibi ilə bağlı məsələ əsas problemdir. Maraqlıdır ki, “Azəriqaz” İstehsalat Birliyi rəsmi olaraq qazın tərkibində heç bir problemin olmadığını deyərək, yayılan məlumatları təkzib edir. Ancaq görünən budur ki, qurum təkzib üçün tələsib.
Ötən gün Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bu məsələni Prezident İlham Əliyev səsləndirib. Ölkə başçısı bildirib ki, “Azəriqaz” insanlara problemlər yaradır.
““Azəriqaz” tərəfindən bəzi hallarda əsası olmayan işlərə də son qoyulmalıdır. Çünki mənə məlumat verilir ki, “Azəriqaz” özü birtərəfli olaraq hansısa qaydalar tətbiq edir və bəzi hallarda insanlara problemlər yaradır. Buna son qoyulmalıdır və burada maksimum şəffaflıq, ədalət olmalıdır. Çünki yerlərdən belə siqnallar gəlir ki, həm sayğaclarla, həm qazın keyfiyyəti ilə bağlı problemlər var, bunlar tamamilə aradan qaldırılmalıdır. Bütün sahələrdə - elektrik enerjisi, içməli su, təbii qazın verilməsi ilə bağlı maksimum şəffaflıq və ədalət olmalıdır",- İlham Əliyev xəbərdarlıq edərək belə deyib.
Maraqlıdır, ölkə başçısının xəbərdarlığından sonra “Azəriqaz” İstehsalat Birliyi və xüsusilə də, bu quruma rəhbərlik edən şəxslər hansı addımları atacaq? Ümumiyyətlə, bu problemlər nədən qaynaqlanır?
“Zəhərlənmələr məsuliyyətsizlik və qeyri-peşəkarlığın nəticəsidir”
Neftçilərin Hüquqlarını Müdafiəsi İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı “Cümhuriyət” qəzetinə şərhində qazın tərkibi ilə bağlı maraqlı məqamlara toxunub. M.Qəhrəmanlı baş verən problemləri qurumun qeyri-peşəkarlığı ilə əlaqələndirib:
“Hazırladığım hesabatları xaricdən çox yerli dövlət qurumlarına göndərirəm- həm Energetika Nazirliyinə, həm Prezident Aparatına. 25 il neft sektorunda işləmişəm. Sıravi mühəndisdən baş idarənin müavini vəzifəsinə qədər qalxmışam. 5-6 il “Qum adası”, əvvəllər Serebrovski adına Neft-Qaz Çıxarma İdarəsi adlandırılan yerdə işləmişəm. Biz hamımız orada quyudan çıxan qazdan otaqlarda istifadə edirdik. O vaxt elə bir imkan yox idi ki, mərkəzləşdirilmiş istilik sistemi olsun. Qaynaqçılar bizim üçün əldəqurma avadanlıqlar düzəldirdi, biz də quyudan çıxan qazla otaqları isidirdik. Bir dəfə də zəhərlənmə faktı olmamışdı. Onlar ərazidə yaşayan əhaliyə də qaz verirdilər. Bildiyim qədər, əhaliyə verilən qazın da çox hissəsi pulsuz olurdu. O qazdan heç zəhərlənmə olmurdu. Öz evimdə işlətdiyim qazdan, özü də heç bir təhlükəsizlik tədbiri olmayan “Ceyran soba”larında heç bir zəhərlənmə yox idi. Niyə indi qazdan zəhərlənmə, partlayışlar olur? 2-3 il bundan əvvəl sərəncam oldu və qaz nəzarətçiləri “Azəriqaz”ın tərkibindən çıxarılıb Fövqəladə Hallar Nazirliyinə verildi. “Azəriqaz”da işləyən nəzarətçiləri isə nazirlik qəbul etmədi. Belə ki, mənzilin qapısına qədər “Azəriqaz”, mənzilin içində isə Fövqəladə Hallar Nazirliyi yoxlama aparmalıdır. Qızım Praqada yaşayır, onlara gedəndə görmüşəm. Deməli, qış mövsümü başlayan vaxt evə gəlib xüsusi aparatlarla qazı yoxlayıb gedirlər. Bu vaxta qədər bir nəfər deyə bilməz ki, kimsə gəlib nə vaxtsa, qazı yoxlayıb. Bütün bunlar qurumların işləməməsi, havayı pul alması və qeyri-peşəkarlığıdır”.
“Struktur dəyişikliyi etdilər, qohumları üçün şöbələr yaratdılar”
Mirvari Qəhrəmanlının sözlərinə görə, ilk olaraq “Azəriqaz” İB SOCAR-ın tərkibindən çıxarılmalı və əvvəlki struktura qaytarılmalıdır:
“Qazın tərkibinə odarant adlı maddə vurulur ki, əhali iy hiss etsin. Zəhərlənmələrin səbəbi keyfiyyətsiz qazın verilməsidir. Bu məsələnin tənzimlənməsi qaz emalından başlamalıdır. Qazın emalı zamanı hansı proseslərin getdiyini yoxlamadılar. Bütün hamısı kağız üzərində qaldı. Mətbuat yazdı, bir-iki ekspert danışdı, amma heç kim zəhərlənmənin nədən baş verdiyini demədi. Hər gün statistikada yazılır ki, hansısa evdə qaz partladı, hansısa ailə qazdan zəhərləndi. Məsuliyyət bütünlüklə “Azəriqaz” İstehsalat Birliyinin üzərinə düşür. Bunun da kökündə qeyri-peşəkarlıq, qohumbazlıq dayanır. “Azəriqaz” İstehsalat Birliyi təcili olaraq Dövlət Neft Şirkətinin (SOCAR) tərkibindən çıxarılmalıdır. Ciddi yoxlanılma aparılmalıdır. Qurum əvvəlki struktura qaytarılmalıdır. Struktur dəyişikliyi etdilər,aşağıdakı işçilərin sayını azaltdılar, yuxarıdakı qohumları üçün isə şöbələr yaratdılar. Artıq qurumda peşəkar da qalmayıb. Mətbuat xidmətinin bir sözü var ki, Mirvari Qəhrəmanlı yalan deyir, bəs indi sözləri nədir? Bizim hesabatlar faktlar üzərində qurulub. Nə qədər ki, “Azəriqaz” İstehsalat Birliyi yoxlanılmayıb, ölüm halları da, partlayışlar da, korrupsiya faktları da artacaq”.
“Bu qurum əhalidən oğurluq edir”
M.Qəhrəmanlı “Azəriqaz” İB-nin əhalidən oğurluq etdiyini deyib:
“Ölkədə ciddi qaz itkisi var, onun səviyyəsini gizlədirlər. “Azəriqaz” İstehsalat Birliyi oğurluq edir. Məsələn, ötən gün Xətai rayon UPD qəsəbəsində təmir bəhanəsi ilə ərazidə qazı kəsdilər. Hansısa 325 millimetrlik qaz kəmərində güya təmir aparılırdı. Sonra qazı verdilər, amma qazdan əvvəl xəttə böyük kompressorlarla vurulan hava nəticəsində sayğaclar pul yazır. Qazı əhalidən bu cür oğurlayırlar. Hər ailə ən azı 1 manat ödəyirsə, bu milyonlarla vəsait edir. Bu məsələləri qaldırdığı üçün ölkə başçısına təşəkkür edirəm”. Bu ittihamlarım müqabilində isə media olaraq, dəfələrlə “Azəriqaz”a müraciət etmişik və bütün deyilənlər qurumun mətbuat xidməti trəfindən təkzib olunub.
Paylaş:
Müəllif : Yazar
Tarix:2-05-2019, 17:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:2-05-2019, 17:08
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01