“189 Taxi Xidməti”ndə biabırçılıq: Komendant saatında pul tələsi... - GİLEY
““189 Taxi Xidməti” ölkədə tətbiq olunun komendant saatından sui-istifadə edir, müştəriləri aldadır, hətta bəzi hallarda onlara qarşı dələduzluq edir”.
Bu sözləri “BakuPost”a Samir Cahangirov adlı müştəri bildirib. Onun sözlərinə görə, dünən axşam bu xidmətdən istifadə etmək istəyib və bu zaman xidmətin hələlik heç kimə bəlli olmayan başqa “xidmətlərinin” olduğunu görüb..
“Dünən təxminən 18:20-də “189”-a zəng edib ayıq sürücü istədim. 15 dəqiqə sonra sürücü zəng edib həmin məkana yaxınlaşdığını dedi. Amma sürücü təxminən saat 20 radələrində gəlib çıxdı. Bu elə bir vaxt idi ki, nə əlavə ayıq sürücü çağırmaq mümkün idi, nə də evə 9-a çatmaq üçün taksi var idi. Sürücü yaxınlaşan kimi məndən əlavə pul istədi. Əks təqdirdə aparmayacağını bildirdi. Bunun düz olmadığını bildirəndə isə o, xidmət göstərməkdən imtina etdi”.
Bundan sonra müştəri 189-a zəng vurub məsələ barədə izah istəyib. Xidmətdən məsələni araşdırıb geri dönəcəklərini bildirsələr də, bu baş verməyib. Ayıq sürücü və taksi olmadığından sürücü məcbur qalıb avtomobili özü idarə edib. Bu vaxt isə onu Yol Polisi əməkdaşları saxlayıb:
“Bilirsiz ki, saat 20:00-dan sonra demək olar ki, taksilər işləmir. Mən nə bilərdim ki “189” belə axmaq sürücü göndərəcək. Belə olduqda 9-a kimi evə çatmaq üçün məcbur qalıb özüm maşını idarə etdim”.
Sürücü iddia edib ki, onun içkili halda avtomobil idarə etməsini polisə “189”-un sürücüsü deyib:
“Sürücü özünü şübhəli aparırdı. O cür sıxlığın içərisində və ara küçələrdə polis yalnız dəqiq nişan veriləndə saxlayır. Əminəm ki, həmin sürücü polisə işləyir”.
S.Cahangirov bildirib ki, “189 Taxi Xidməti”nin bu axmaq xidməti sayəsində ona maddi və mənəvi ziyan dəyib:
“Bunula bağlı məhkəməyə müraciət edəcəm”.
Məsələ ilə bağlı ““189 Taxi Xidməti”indən “BakuPost”-a bildiriblər ki, sürücü barədə tədbir görüləcək: “Məsələ araşdırılır. Sürücü cərimələnəcək”.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-09-2020, 14:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-09-2020, 14:27
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01