Bu çörəklər bizi öldürə bilər - XƏBƏRDARLIQ
Gündə ən azı üç dəfə yediyimiz qida məhsulları arasında yer alan çörək bizi zəhərləyə də bilir. Məsələn, kiflənmiş çörək. Çörəkdə yaranan hər kif gözlə görünməyə də bilər. Çörək hansı hallarda zəhərə çevrilir?
Mövzu ilə bağlı Lent.az -ın suallarını Qida Təhlükəsizliyi Agentliyi cavablandırıb.
Çörəkdə olan kiflərin təhlükəlilik səviyyəsini onun rənginə görə müəyyən etmək olur:
Yaşıl - yalnız isti mühitdə çoxalır. Bu növ göbələklərə, əsasən çörəkbişirmə müəssisələrindəki sobalarda rast gəlinir.
Qara kiflər əsasən çörək-bulka məmulatlarında daha çox olur. Bu növ göbələklərdə sporların çoxalması rütubətli şəraitdə baş verir.
Çəhrayı kiflər, əsasən çörək qırıntılarında özünü göstərir. Bu növ göbələkləri kartof xəstəliyi də adlandırırlar. Yoluxma dənli bitkilərin yetişdirilməsi mərhələsində yaranır.
İnsan həyatı üçün ən təhlükəli olan kiflərə gəldikdə, agentlikdən bildirilib ki, ağ kiflər insan sağlamlığı üçün çox təhlükəlidir. Taxta materialdan olan çörək dolablarında, arakəsmələrdə, rəflərdə aktiv şəkildə çoxalır.
Boz kifin ən zəhərli növü sayılır. Kif istənilən mühitdə inkişaf edir. Bütün məhsulun tərkibində bərabər şəkildə yayılır, hətta görünməsə belə.
Açıqlamada vurğulanıb ki, çörək-bulka məmulatlarında olan istənilən kif insan sağlamlığı üçün təhlükəlidir: “Kifli çörəyi, sadəcə iyləmək kifayətdir ki, patogen mikroorqanizmlərin sporları orqanizmə rahat bir şəkildə daxil olsun. Zəhərlənmənin əlamətləri özünü yaşlı insanlarda, uşaqlarda və hamilə qadınlarda daha kəskin göstərir”.
Çörəkdə kif yaranmasının bir neçə səbəbi var
Çörəkdə kif istehsal zamanı sanitar normalara riayət olunmaması, məhsulun düzgün şəraitdə saxlanılmaması, çörəyin hazırlanmasında keyfiyyətsiz qida məhsullarından istifadə olunması, çörəyin yarıçiy bişirilməsi zamanı yarana bilir.
Kifli çörəyi yedikdə nə baş verir?
Çörək-bulka məmulatlarında kif göbələyi, ilk olaraq, məhsulun qabığında görünür. Agentlikdən bildirilib ki, buna görə çoxları, sadəcə kifli hissəni kəsib götürür və qalan hissələri yeməyə davam edir: “Belə etmək çox təhlükəlidir, çünki görünməyən sporlar məhsulu bütünlüklə əhatə edir və qidalandığımız zaman orqanizmdə ciddi intoksikasiyanın (zəhərləyici maddələrin orqanizmə təsiri nəticəsində əmələ gələn patoloji hal) yaranmasına səbəb olur. Kifli çörəyi iyləmək tənəffüs yollarının xroniki xəstəlikləri riskini meydana gətirir. Bəzi növ göbələklər əsəb sistemini sıradan çıxarır, hormonal fonu pozur, orqanizmin qoruyucu funksiyasını aşağı salır və gələcəkdə bronxial astma və xroniki bronxitin yaranma riskini artırır. Kifli çörəklə qidalanma orqanizmdə allergik rinit, dəridə səpgi, epiqastral ağrı, ürəkbulanması, qusma, tezyorulma, ishal kimi simptomların meydana gəlməsinə səbəb olur.
Çörəyi kifdən qorumaq üçün nə etməli?
Çörəyi kifdən qorumaq üçün məhsul düzgün şəraitdə saxlanılmalıdır: “Bu həm istehsalçıya, həm də istehlakçıya aid olan bir məsələdir. Rütubətli və isti yer göbələyin inkişafı üçün əlverişli mühitdir. Göbələk sporları çörəyə gəmiricilər və həşəratlar vasitəsilə də daxil olur. Mətbəxdə çörəyi saxladığımız yerin təmiz, quru, havalandırılmış olmasını təmin etməliyik. Çörəkqabını tez-tez yuyub qurulamaq da şərtlərdən biridir. Mətbəx şkaflarının arxasına çörək qırıntılarının düşüb, həşəratları cəlb etməsinə imkan vermək olmaz. Çörəyi sellofanda saxlamaq da doğru deyil. Əgər çörəkqabında bir çörəkdə az da olsa, kif varsa, artıq yanındakı çörəkdə də kif olması labüddür. Ona görə də hər iki çörək daha istifadə olunmamalıdır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:24-09-2020, 16:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-09-2020, 16:00
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11