"Atam yazıb ki, tək saxlanılır" - Kəlbəcərli girovlardan xəbər var
Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ermənilərin girov saxladığı Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkiblər və bu səfər də əvvəlkilərdən heç nə ilə fərqlənməyib. Yenə ailələrə məktub gətirilib, bununla da missiya bitmiş hesab edilib. Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov “Şərq”ə açıqlamasında qeyd etdi ki, BQXK nümayəndələri girovlara sentyabrın 4-ü baş çəkiblər və atasından məktub gətiriblər:
- Sonuncu məktubu aprelin 20-si almışdıq. 5 ay idi ki, atamdan heç bir xəbər almırdıq. Nəhayət, sentyabrın əvvəlində BQXK nümayəndələri atamla görüşdü. Məktub təqdim etdilər.
- Məktubda yenə “ənənəvi” sözlər idi, “yaxşıyam”, “hər şey qaydasındadı”?
- Bəli. Təxminən eyni sözlər. Yazıb ki, hamıya salam. Sonra yazır ki, Rusiya Qırmızı Xaç Komitəsindən yanına gəliblər, ərzaq, pal-paltar gətiriblər. Yazır ki,
özü demədikcə, ona heç nə göndərməyək.
- Siz nə göndərirsiniz ki? Necə göndərirsiz?
- Ərzaq, geyim əşyaları göndəririk. “Qırmızı Xaç”ın Bakıdakı ofisi vasitəsilə, ya da Bərdədəki ofisi vasitəsilə. Amma son məktubunda yazıb, hələ ki heç nə lazım deyil.
- Başqa nəsə yazıbmı? Fərqli bir söz…
- Yox. Yazır ki, ondan nigaran olmayaq. Moskva, Bakı, Təbrizlə danışır. Altda qalanın canı çıxsın… Bir də yazır ki, tək saxlanılır.
- Siz "Qırmızı Xaç"ın nümayəndələri ilə danışırsınızmı? Narahat olduğunuzu bildirirsinizmi? Yəni, bir insan 7 ildir girovluqdadı, amma hər dəfə eyni sözlər, eyni məzmunlu məktub…
- “Qırmızı Xaç” deyir ki, onların işi bundan ibarətdir. Mən dəfələrlə xahiş etmişəm ki, atamın heç olmasa, şəklini – fotosunu çəkib gətirsinlər. Amma deyirlər ki, guya atam özü şəklinin göndərilməsini istəmir. Bu dəfə görüşəndə də dedim ki, atam 7 ildir həbsdədir, azad olunması üçün siz heç nə etmirsiniz.
Deyirlər, biz Cenevrə Konvensiyası ilə hərəkət edirik. Mən də dedim, o konvensiyanı mənə də göstərin, baxım görüm orda nə yazılıb? Ermənilər atamla bağlı film çəkiblər, adını da qoyublar “Kəlbəcərdə qətl”. Guya ki, atam terroristdi. Atam girov götürülməmişdən əvvəl də Kəlbəcərə bir neçə dəfə səfər edib. Doğma yurd-yuvasını ziyarət edib.
“Terrorist” idisə, o zaman da kimisə öldürərdi. Atam heç kimi öldürməyib, atamın “günahı” yalnız doğma yurdunu ziyarət etməsidi. Amma ermənilər dünyaya göstərməyə çalışırlar ki, guya, Kəlbəcər erməni torpağıdı. Ona görə də atamı azad etmirlər. Bu məsələ, bütövlükdə Azərbaycanın məsələsidi. Cənab prezident çalışır, səy göstərir ki, girovlar geri qaytarılsın. Erməni diversantlarla girovların dəyişdirilməsi təklif edilir. Lakin ermənilər razılaşmır, mənfur əməllərindən, məkrli planlarından əl çəkmirlər. Ümid edirəm ki, Azərbaycan dövlətinin səyləri nəticə verəcək və atam da azad olunacaq.
Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev erməni işğalı altında olan Kəlbəcərdə 2014-cü il iyulun 11-də öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb, Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb. Erməni separatçıları işğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz "məhkəmə" qurublar. "Məhkəmə"nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilib.
Azərbaycan dövlətinin bütün səylərinə baxmayaraq, Ermənistan əsir və girovlarla bağlı Beynəlxalq hüquq normalarını pozmaqda davam edir və girovları sərbəst buraxmaqdan imtina edir.
Paylaş:
Müəllif : Yazar
Tarix:24-09-2020, 15:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-09-2020, 15:55
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti