Belə getsə heç kim uşağını distant təhsilə buraxmayacaq - AKTUAL
Tədris prosesi çıxılmaza düşüb. Bir həftədir yeni tədris ili başlayıb, narazılıq, narahatlıq, stres, həyəcan pik həddədi. Pandemiya, karantin dövrü üçün bunları təbii saya bilərdik. Amma Təhsil Nazirliyi qüsura baxmasın artıq, saymırıq! Nədən? İlk növbədə ona görə ki, pandemiya təbii sayıla bilər, karantin də. Distant təhsilə keçid də, onlayn dərslər, teledərslər də. Dünya ölkələri də vəziyyətdən hərəsi bir cür çıxış yolu tapır. Sizin tapdıqlarınız da bunlardı. Uşaqların təhsildə axsamaması üçün çırpındığınızı da qəbul edirik.
Amma nə fayda?! Çırpındıqca batırsınız, bataqlıqdakı kimi. Çünki hazır deyilsiniz. Halbuki, mart ayından etibarən payıza kimi olan uzun müddətdə çox iş görülməli idi. İnternet problemi, təhsil alan hər kəsin internetə əlçatanlığı, planşet, kompüter ehtiyacları qarşılana bilərdi. Axı nazirlik illərdir statistik rəqəmlər açıqlayır, məktəblərdəki kompüterlərlə bağlı.
Kompüter otaqları, siniflər, elektron cədvəllər, daha nə bilim, şəbəkə üzərindən yoxlamalar, qiymətləndirmələr… Nə oldu, bəs? Yaxşı, inanaq, tutalım, nazirlik indiyədək bir iş görməyibmiş. Bəs, Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi (3 mühüm sahəni birləşdirir) ölkədəki internet problemini niyə çözə bilmir? Uşaqlar niyə saatlarla gözlərini kompüter, planşet ekranına dikib dururlar? Valideynlərin övladları onlayn dərsə qoşulsun deyə, meqabayt almaq imkanının olmamasını kimin ayağına yazaq? Yəni müəyyən müddət üçün şagirdləri ya pulsuz, puldan keçə bilmirsinizsə, heç olmasa, güzəştli internet paketlərlə təmin etmək iqtidarında da deyilsiniz yəni?! Mütəxəssis rəyləri sizin üçün bəlkə əhəmiyyətsizdir, o zaman valideynlərin, hər gün uşağının necə zülm ayaqladığını görən valideynlərin çağırışlarına qulaq verin. Valideynlər sosial şəbəkələrdə həyəcan təbili çalır.
Mixaylo belə deyirdi: “Buraxın bu komediyanı!”
Komediyanı, dırnaq arasına almaq vardı, amma, nəysə. Oxuyun, sosial şəbəkələrdə nələr yazılır.
El Cəlilova: …İş dəftərləri tapılmır. Dərs başlayıb artıq, iş dəftərləri isə satışa verilməyib. Nə olar ki, hər şeyi bir sistemləşdirib, əksikləri tamamlayıb işə başlayalar. Avara olmuşuq poçtları gəzməkdən.
Gülşən Raufqızı: 5-ci sinif rus dili kitabının nəşrini gözləyirik biz də.
Ötən il bizdə problem olmadı o qədər, ZOOM-da. İndi virtuala keçiblər, problem də burdadır.
Aytən Zəhra Bağırzadə: Çox yüklənir ondandır, çox güman.
Vaqif Qarayev (pediatr): 95 şagird. 26 işçi heyəti yoluxub koronavırusa. Rəsmi məlumata görə, yoluxanlar yuxarı sinif şagirdləridi. Yəni məktəbdə yoluxmayıblar. Çünki onlar onlayn oxuyurlar. Məktəb yeni qayğılar, yeni problemlər yaratdı bu il. Distant təhsilə hazır deyilik. Birmənalı! Kifayət qədər texniki problemlər var! 7 ayda həll edə bilməmişik internet-planşet-telefon problemini. İndiki vəziyyət mart ayından bəlli idi. Amma tədbir görülməyib! Belə halda distant təhsilin keyfiyyəti haqqında danışmağa dəyməz. Həm virus yayırıq, həm də oxuya bilmirik. Yoluxan şagirdlər ətraf üçün çox təhlükəlidir. Əməl etməyiblər təhlükəsizlik tədbirlərinə. 26 nəfər müəllim də həmçinin.
Elçin Bayramlı: Təhsil Nazirliyi, onlayn təhsil sizlik deyil, buraxın bu işin başını. Ya normal təhsilə qayıdın, ya da təhsili dayandırın. Planeti bizə güldürməyin.
Asəf Quliyev: Bunun səbəbi nədir, bilirsən? Normal hal üçün düşünülmüş təhsil konsepsiyası yoxdur. Təbii haldır ki, ekstremal situasiya üçün nəinki konsepsiya, heç təsəvvür belə yoxdur.
Elçin Bayramlı: Bəli, biz heç bir sahədə fövqəladə vəziyyətə hazır deyilik. Bu il bunu hər sahədə müşahidə etdik. Təhsil Nazirliyi heç olmasa yazda verdiyi açıqlamadan utansın. Demişdilər ki, pandemiya uzanarsa, onlayn təhsil üçün şagirdlər planşetlərlə təmin ediləcək. Əksər ölkələrdə belə də edilib. İki yoldan biri seçilməlidir. Ya şagirdləri başqa ölkələrdə olduğu kimi elektron cihazlarla təmin edəcəklər, ya da etmirlərsə, onda normal təhsilə qayıtmalıdırlar.
Şahnaz Hüseyn: Məktəblərdə informatika otaqlarında heç uşaqların sayına uyğun kompüter yoxdur. 2-3 uşaq bir kompüterdən istifadə edir. Təhsil Nazirliyi məktəbləri kompüterlə təmin edib yarıdıb, qaldı ki uşaqlara evdə distant dərs üçün vəsait versin?!
Həmidə Rüstəmova: Mənim 2 övladım məktəblidir və evdə sabit internet xətti yox, təsəvvür elədiz?
Emin Mehdi: Onlayn təhsil üçün öncə hər kəsin evində avadanlıq olmalıdır. Kompüter ən əsası. Telefonla alınan məsələ deyil. Hansı müəlliməyə, hansı şagirdə kompüter təşkil edildi ki, onlayn da dərsə başladılar?!
Mirqafar Səlimov: Uşaq məktəbə getsə “korona”ya yoluxacaq.
Emin Mehdi: Mənim şəxsən evdə kompüterim yoxdur. Hazırkı vəziyyətdə də almağa imkan yoxdur. Necə etməliyik? Yoluxan yoluxacaq. Özləri etiraf elədilər ki, karantin nəticə vermədi.
“Uşaq səhər oyana bilmir, əsnəyə-əsnəyə qalıb”
Şahnaz Hüseyn: Çox gülünc vəziyyətdəyik həqiqətən. Müəllimlərin əksəriyyətinin başı çıxmır, anlayışı yoxdur. 30 dəqiqəlik virtual dərsin 10 dəqiqəsi ancaq qoşulmağa sərf olunur. Müəllim-şagird bir-birinə qarışır. Dərs ili başlayandan sonra müəllimləri təlimlərə cəlb edirlər. Avadanlıqla təmin edilmək də bir ayrı dərd. İnsanların sinir sistemini beləcə bala-bala məhv edirlər.
Mirqafar Səlimov: Dünyada məktəblər bağlanır…
Şahnaz Hüseyn: Bizim təhsil sistemi hazır deyil distant dərsə. Dünyada bağlanır məktəblər, əvəzində distant təhsil olacaq. Bizdə məktəblər bağlansa, imkanı olan uşağını repetitora göndərəcək, imkanı olmayanın balası da savadsız qalacaq.
Mehman Nəbiyev: Hələ indi də məcbur edirlər ki, qoşulmayan şagirdlər sinifdə qalacaq. Deyəsən, dur bir interneti təmin elə, sonra de də. Hamı mərkəzdə qalmır ki, kimsə telefon xəttinin belə olmadığı yerlərdə qalır. Bəs o neyləsin? Onlayn dərs, tədris onun beyninə zühur eləməlidi?..
Şahnaz Hüseyn: Mərkəzdə qalanlar da zülm çəkir vallah. Evdə iki uşaq var. Hər ikisi eyni anda qoşulur dərsə. İnternet çökür, donur. Yazıq müəllimlərin sözü ağzında qalır.
İlkin İbrahimov: Təhsilin sosial məqsəd daşıdığını dərk etmirlər. Sosial yəni cəmiyyətin bütün təbəqələrinin əlçatanlığını təmin etmək.
Arzu Abdulla Gülzaman: Deyiləsi dərd deyil. Uşaq dərsin birinə qoşulur, birinə qoşula bilmir. Hələ internet... Azərbaycanda təhsili məhv etdilər.
Həmişə payız fəsli girəndə qrip, soyuqdəymə olur. Bunun koronavirusla əlaqəsi yoxdur. Rusiyada, Çində hər gün dərs keçilir.
Mirqafar Səlimov: Bəli, icazə verin, uşaqlar dərsə gəlsinlər. Mən bunu mart ayında demişəm. Yoluxurlar yoluxsunlar…
Ramilə Qurbanlı: Uşaqların zehni qarala bilər. Səhər 8-dən 1-ə qədər kompüterin qarşısında, beş dəqiqə fasilədə yalnız su süzüb otura bilir. Hələ bu dərsi hazırlamaq var. Gözləri, beyni çox ziyan çəkir. Uşaq axşamdan yatıb səhər oyana bilmədi, əsnəyə-əsnəyə qalıb. Oyatmadım, çünki axşam gördüm ki, taqəti qalmayıb.
Elnarə Ağaoğlu: Bu sadəcə dəhşətdir!
Məhərrəm Əsədov: Onlayn dərs olar gündə 2-3 dərs. Yoxsa 5-6 dərs?!
Natiq Qasımov: Üstəlik də əsəb, həm valideynin, həm də uşağın. Müəllim 3-4 yığılan uşaqla dərs keçmir, ya da uşaqlar yığışıb hamı, müəllim yoxdu. Allah özü kömək olsun.
Ramila Qurbanlı: Bizim evdə tələbə də var, şagird də, ikisi də oxuyan uşaqdır, ikisi də bu həftə ərzində artıq çöküb, hədsiz yorğunluq, şüadan və çox səsdən yorulublar. Qrupla yox, patokla onlayn dərsi təsəvvür edin. İki qoşa saat və üç dərs. Teledərs bundan yaxşıdı.
Natiq Qasımov: Onu bilirəm ki, virtual məktəb uşaqlarımızın təhsilini kor qoyacaq. İş ondadı ki, başqa bir əlacımız da yoxdu.
Ramila Qurbanlı: Belə getsə qoymayacam uşağı dərsə girsin, heç olmasa, sağlamlığını qoruyacam.
Nigar Sultanlı: Mənim qızımın artıq baş ağrıları var. Onlaynla gündə 8 dərs...
Səbuhi Səfiyarlı: Başqa vaxt hamı deyirdi ki, uşaqları kompüterdən, planşetdən, monitordan uzaq tutun. İndi özləri uşağı 6-7 saat kompüterin qabağında oturmağa məcbur edirlər…
Sosial şəbəkələr mənzərəni açıq göstərir, bizcə. Əlavə şərhə ehtiyac qalmır.
Paylaş:
Müəllif : Yazar
Tarix:24-09-2020, 12:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-09-2020, 12:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11