RAZİN ELƏ BAKIXANOVDUR? - “Qrandmart”dan qəribə açıqlama
Neçə illərdir xalqımıza sırınan quldur rus-erməni-bolşevik “qəhramanları”nın gerçək üzləri açıqlansa da, hələ də bu onların adı leksikonumuzdan, toponimlərimizdən uzaqlaşdırılmayıb. Təsəvvür edin, marşrut avtobuslarının üzərində “RAZİN”, “VOROVSKİ” kimi qondarma yer adları, satansiyalar yazılıb yapışdırılır. Halbuki, 30 ildir quldurun adını daşıyan qəsəbənin və Bakını topa tutduğu dağın adı “Bakıxanov” adına dəyişdirilib.
Fikrimizcə, bu anormallığı ciddi sanksiya ilə aradan qaldırmaq olar. Başqa sözlə, hansı marşrutda, kommersiya obyektində saxta, qondarma adlar işlənərsə, həmin marşrutların, obyektləri “Reklam haqqında” və digər qanunların tələbləri ilə, məsələn, minimum əmək haqqının bir neçə misli miqdarında cərimə etməklə, quldur tör-töküntülərindən qurtulmaq olar.
Quldur adlarının məhsul “brendi”nə çevrilməsi isə daha çox marketlərin, yumşaq desək, özbaşınalığıdır. Fikir verin, istehsalçı məhsulunun adını “Bakıxanov çörəyi” kimi etiketləndirib, amma marketlərin piştaxtalarında “Razin çörəyi” yazılır. Niyə?
“Qrandmart” marketlər şəbəkəsinin Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən mağazasında bu özbaşınalığa qəribə cavab aldıq: “RAZİN ELƏ BAKIXANOVDUR DƏ”.
Çox güman ki, bağlantılı qurumlar “Qrandmart” və digərlərinə quldurla dövlət xadiminin, ziyalının, yazarın fərqini anladacaqlar.
Məğrur BƏDƏLSOY, Hurriyyet.org
Paylaş:
Müəllif : Redaktor
Tarix:1-05-2019, 14:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:1-05-2019, 14:36
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti