Əli Həsənova qarşı daha bir İTTİHAM - "Mehriban Əliyeva haqqında kitabımızı qadağan etdi"
Bir müddət əvvəl mətbuatda Azərbaycanın 1-ci vitse-Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva haqqında «Birinci xanımın missiyası» adlı kitabın nəşrə hazırlanması barədə məlumatlar yer almışdı. Daha doğrusu, dünya mətbuatına və elmi-fəlsəfi mənbələrə istinadla hazırlanaraq kitabda təqdim ediləcək məqalələrin bir qismi ardıcıllıqla «Təzadlar» qəzetinin rəsmi saytında yerləşdirilmiş, qəzetdə çap olunmuşdur. Lakin sonradan kitabın nəşrə hazırlanması və ya çap edilməsi barədə məlumatsızlıq hökm sürdü. Bu barədə məsələyə aydınlıq gətirilməsi üçün kitabın müəlliflərindən olan, milli təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert-politoloq, professor Rövşən Novruzoğluna müraciət etdik. Onunla eksklüziv müsahibəni Pravdainfo.org oxucularına təqdim edirik:
“ƏLİ HƏSƏNOV MEHRİBAN ƏLİYEVA HAQQINDA KİTABIMIZIN ÇAPINI QADAĞAN ETDİ"
-Rövşən müəllim, bir müddət əvvəl gözəl bir missiyaya start vermişdiniz və çapa hazırlamaqda olduğunuz «Birinci xanımın missiyası» kitabında yer alacaq fundamental yazılar mətbuatda çap edilməkdə idi. Lakin sonradan bu məqalələrin çapına fasilə verildi. Səbəb nə idi, kitabın çapı hazırda nə yerdədir?
- Bəli, tanınmış jurnalist Asif Mərzili ilə birgə belə bir məsuliyyətli yükə çiyin verdik, Mehriban xanım Əliyeva haqqında olduqca dərin təhlillər əsasında, dünya dövlətlərinin 1-ci xanımlarının fəaliyyətini müqayisə edərək və Mehriban xanım haqqında dünyanın ən nüfuzlu rəhbərlərinin, eləcə də nüfuzlu beynəlxadq təşkilatların onun barəsində olan təqdimatlarını toplayaraq Azərbaycanda ilk dəfə belə bir ensiklopedik nəşr hazırlayırdıq. Bunun üçün Mehriban xanımın baba yurdu Təbrizə getdik, araşdırmalar apardıq. Bu barədə mətbuatda məlumat da verdik. Sonradan oxucu marağını nəzərə alaraq bəzi məqalələri «Təzadlar» və digər qəzetlərdə, saytlarda işıqlandırdıq, bununla da məsuliyyət yükünü öhdəmizə götürdüyümüz işi oxucuların və cəmiyyətin müzakirəsinə verdik. Çox böyük reaksiyalar oldu. Şəxsən deyim ki, bu unikal nəşrdən həm H.Əliyev Fondu, həm də Prezident Administrasiyasındakı aidiyyəti qurum əməkdaşları xəbərdar idilər, müsbət rəy almaqda idik… Lakin günlərin birində kitabın həmmüəllifi olan, «Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzili məni redaksiyaya dəvət etdi, narahat halda bildirdi ki, bəs, Prezident Adminstrasiyasından Cəmaləddin Quliyev adl şəxs zəng vurub kitaba etirazını bildirir və s. Mən dərhal elə redaksiyadan birbaşa Cəmaləddin Quliyevə zəng vurdum. Dedim, Cəmaləddin müəllim, siz, yaxud rəhbəriniz olan Əli Həsənov məni tanımırsınız? Bilmirsiniz ki, belə məsuliyyətli iş razılaşdırılır?! Yaxşı, biz cəmiyyətə kimi təqdim edək? Meriban xanım qədər böyük humanitar missiya həyata keçirən kimimiz var? Niyə onun barəsində belə bir məqalələrə paxıllıq hissi olmalıdır? Əgər narazılıq olardısa, iki aydır həmin məqalələr çap olunur, ən azı qarşı tərəfin müraciəti olardı… Mənə dedi ki, bu kitabdan Mehriban xanımın xəbəri var? Dedim, Fondda bilirlər, yox əgər sizə lazımdırsa, bu sizin şöbənin vəzifəsidir… İkincisi, dedim, yaxşı, o məqalələri, yazıları oxumusunuz? Dedi, bəli. Soruşdum: məqalələrdən narazılığınız var? Dedi, yox, əla işdir, yüksək peşəkarlıqla yazılıb. Bir də soruşdum: Bəs onda narahatlığınız nədir? Biz öz vicdan borcumuzu yerinə yetiririk, özü də təmənnasız. «Təzadlar» qəzeti isə bu yazıları təmənnasız çap edir, baxmayaraq ki, sizin şöbənin idarəçiliyində olan KİVDF-nin maliyyələşdirdiyi qəzetlər isə savadsız politoloqların mənasız müsahibələrini dərc etməklə məşğuldur, birində belə Mehriban xanım Əliyevanın misilsiz fəaliyyətindən bir tutarlı araşdırma yazı çap edildiyinin şahidi deyilik… Səbəbini mən bilmirəm. Daha çox Sona Vəliyevanı tərifləməklə məşğuldurlar. İndi nə edək: olanı yazırıq, deyirsiniz ki, olmaz???
- Siz niyə həmin məqamda C.Quliyevin rəhbəri olan Əli Həsənova müraciət etmirdiniz?
-Siz nə danışırsınız, mən Prezident yanında Ali Diplomatiya Akademiyasında deputat Elman Nəsirlinin yanında Əli Həsənova bu barədə söyləyəndə qoluma girib dedi ki, siz o kitabın çapını görməyəcəksiniz… Və sonradan da gördüm ki, kitabın nəşrinin qarşısını almaq üçün Əli Həsənov nə lazımdır etdi…
-Bəs indi kitabın çap vəziyyəti gündəmdədirmi?
-Bəli, daha maraqlı materiallar əldə etmişik, yeni sənədlər, xarici mətbuat səhifələrindən Mehriban xanım Əliyeva haqqında yeni olduqca unikal faktlar toplamışıq… Mehriban xanım Əliyeva haqqında kitab yazmaq məsuliyyətdir, özü də böyük məsuliyyət. Amma biz tərif yazmırıq, biz Mehriban xanımın fəaliyyətinin görünməyən tərəflərini təhlil edirik, dünya dövlətlərinin 1-ci xanımlarının fəaliyyəti ilə müqayisəli təhlillər veririk. Niyə Mehriban xanımın fəaliyyətini hərtərəfli, olduğu kimi cəmiyyətə təqdim etmək yasaq olunmalıdır? Axı məlumatsızlıq olanda da bəzən bu boşluqdan sui-istifadələr olur. Və bu kitabın nəşrində də məqsədimiz həm də kitabı dünya oxucularına təqdim etməkdir. Onsuz da Azərbaycanda hamı Mehriban xanımın fəaliyyətindən yetərincə məlumatlıdır. Ona görə də kitabın ingilis, rus və fransız dillərinə tərcüməsini də düşünmüşük, üzərində iş gedir… //tezadlar.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:16-09-2020, 08:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:16-09-2020, 08:47
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11