“Mən ReAl-a satqın deməmişəm” - Müsavat başqanından İLGİNC AÇIQLAMALAR
Azərbaycan siyasi səhnəsində olan müxalif qüvvələrin bir-birilərinə qarşı ittihamları, bir-birilərini hökumətlə əməkdaşlıqda suçlamaları halları günümüzün əsas mövzularından biridir. Bu il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərindən sonra müxalifət partiyaları arasında şiddətli söz “atışmaları”nın şahidi olmaqdayıq.
Məsələn, Respublikaçı Alternativ Partiyasının (ReAl) seçkilərdə iştirakı, seçkiləri boykot edən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) tərəfindən birmənalı qarşılanmadı, cəbhəçilər ReAl-ı hökumətin “çörəyinə yağ sürtmək”də ittiham etdilər. ReAl, həmçinin iqtidarın müxalifətə dialoq təklifinə müsbət cavab verməkdə, partiya sədri İlqar Məmmədovun Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşlərdə iştirakda qınanır. İqtidarla dialoqu qəbul etməyən qüvvələr ReAl-ın artıq “cib müxalifəti” funksiyasını yerinə yetirdiyini iddia edirlər. Qarşılıqlı ittihamlar bu gün də davam etməkdədir.
ReAl-la qarşıdurmaya, söz davasına bu günlərdə Müsavat Partiyasının fəalları da qoşuldular. Müsavat başqanı Arif Hacılının “Facebook” profilində “ReAl artıq nəinki müxalifət partiyası deyil, həm də hakimiyyətin müxalifətə qarşı istifadə etdiyi resurslardan biridir” yazması münasibətləri gərginləşdirdi. ReAl funksioneri Natiq Cəfərli A.Hacılını, iddialarını sübut etmək üçün kanallardan birində debata çağırdı. Müsavat rəhbəri debat təklifini rədd etdi. Sözügedən statusun şərhlərində müsavatçılarla ReAl fəalları arasında söz çəkişməsi, qarşılıqlı ittihamlar, “satqınlıq”da suçlamalar vüsət aldı.
Partiyalar arasında gərginliklə bağlı AYNA-nın suallarını Müsavat başqanı Arif Hacılı cavablandırıb və öncə dialoqla bağlı fikirlərini səsləndirib. Deyib ki, bu görüşlərin dialoq adlandırılmasının heç bir əsası yoxdur:
- İqtidar-müxalifət dialoqu Azərbaycanın milli, taleyüklü məsələləri ilə bağlı ola bilər. Məsələn, Qarabağ münaqişəsinin həlli məsələsi, pandemiya dövründəki çətinliklər, neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar yaranan böhrandan çıxış, cəmiyyətin demokratikləşməsi, həqiqi islahatların aparılması kimi məsələlər ətrafında müzakirə aparmaq olar. Siyasi partiya sədrlərinə aid olan siyasi, şəxsi, məişət mövzularının müzakirə olunduğu görüş təbii ki, dialoq sayıla bilməz. Bu kimi dialoq, daha doğrusu, dialoq imitasiyası əvvəllər də olub. Əli Həsənov Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin rəhbəri olduğu dövrdə də bir neçə dəfə müxalifət partiyalarını “dəyirmi masa” adı ilə bir araya toplamaq təşəbbüsü göstərmişdi. Hətta, 2-3 dəfə belə toplantılar da keçirilib. İqtidarın məqsədi, siyasi partiyaların hakimiyyətin nəzarəti altında fəaliyyət göstərməsinə nail olmaqdır. Qorbaçovun bir ifadəsi vardı, o, demokratiya haqqında danışarkən deyirdi ki, “biz SSRİ-də idarə olunan və istiqamətləndirilən demokratiyaya nail olmaq istəyirik”. Yəni, demokratiya idarə olunan, istiqamətləndirilən proses ola bilməz. Hesab edirəm ki, dialoq adlandırılan hazırkı proses də, hakimiyyətin ölkədəki siyasi partiyalarla münasibətlərini idarə olunan və istiqamətləndirilən yöndə həyata keçirmək məqsədi daşıyır. Ona görə də, Müsavat Partiyası bu prosesdə iştirak etmir.
- İqtidar təmsilçiləri ilə görüşdə “şəxsi və məişət məsələsi müzakirə olunur” deyəndə nəyi və kimləri nəzərdə tutursunuz? Sizcə, hansı partiyanın lideri Ədalət Vəliyevlə görüşdə şəxsi məsələlərindən danışır?
- Səhv etmirəmsə, iqtidarla dialoq görüşlərində 50-yə yaxın siyasi partiya iştirak edir. Biz ölkədə 30 ildən çoxdur ki, publik siyasətlə məşğuluq və orada iştirak edən bir çox siyasi partiya rəhbərlərinin davranışlarına, xarakterlərinə bələdik. Eyni zamanda, bizə informasiyalar sızır, müəyyən məlumatlar gəlir. Həmin informasiyalara əsaslanıb deyirəm ki, həmin görüşlərdə ən xırda məişət məsələlərindən tutmuş, siyasi partiya rəhbərlərinin şəxsi məsələlərinin həllinə kimi, bir çox bu kimi hallar müzakirə və həll edilir.
- Əlinizdə məlumat olduğunu deyirsiz. Konkret hansı partiya sədri şəxsi məsələsini danışıb, həllinə yardım istəyib?
- Bu məsələlərlə bağlı konkret adlar çəkmək istəsəydim, onların adını çəkərdim. Ad çəkmirəmsə, demək ki, ehtiyac görmürəm.
- Müsavat Partiyası ilə ReAl Partiyası arasında son dövrlərədək normal münasibətlər var idi. Amma sizin “Facebook”da yazdığınız son statusdan sonra tərəfdarlarınız arasında qarşılıqlı və kifayət qədər sərt ittihamlar səsləndirildi. ReAl-ın hökumətə “satıldığını” bildirdiniz...
- Dayanın, bir dəqiqə. Mən “ReAl hakimiyyətə satılıb” dedim? Mən statusda elə yazmamışam axı.
- Tam olaraq elə yazmamısınız, amma sözlərinizdən elə anlaşılır. Şərhlərdə tərəfdarlarınız “ReAl satılıb” yazıblar...
- Mən ixtisasca jurnalistəm və 30 ildən çoxdur ki, siyasətlə məşğulam. Yəni, hər ikisi söz sənətidir. Dediyim hər bir sözün məsuliyyətini hiss edirəm. “Facebook”da 14 sözdən ibarət bir cümlə yazmışam. Uzun illərdir ki, ReAl funksionerləri tərəfindən Müsavat Partiyasına, AXCP-yə, Rəsulzadə-Elçibəy yolunda olan demokratik müxalifətə qarşı atmacalar atılır. Son dövrlər həqiqətə uyğun olmayan fikirlər səsləndirilir. Guya, 27 ildir müxalifət ölkədə seçkiləri baykot edir. Həqiqətdən tamamilə uzaq, absurd bir fikir də var, guya ki, 27 ildir xarici qüvvələrin bizi hakimiyyətə gətirəcəyini düşünürük. Eyni zamanda, Tofiq Yaqublunun ölümünü arzulamağımız kimi absurd, gülünc, siyasətçiyə yaraşmayan fikirlər səsləndirildi. Müsavat Partiyasına, yürütdüyümüz ideoloji-siyasi xəttə qarşı daim kampaniya aparılıb. Hətta, münasibətlərimizin ən yaxşı olduğu dövrlərdə belə, Müsavata qarşı aparılan qaralama kampaniyasına 14 sözdən ibarət bir cümlə ilə cavab vermişəm. Azərbaycan cəmiyyətinə bu məsələ ilə bağlı öz mövqeyimi bildirməyi lazım gördüm.
- Bildirirsiniz ki, “ReAl artıq nəinki müxalifətdir, hətta hakimiyyətin müxalifətə qarşı istifadə etdiyi resursa çevrilib”...
- Hesab edirəm ki, sualınıza cavab verdim. Yaxşı olardı, ReAl rəhbərliyindən soruşasınız ki, Tofiq Yaqublunu müdafiə edən Müsavat Partiyasını, AXCP-ni, siyasi fəalları, hüquq müdafiə təşkilatlarını “bunlar Tofiq Yaqublunun öldürülməsini arzulayırlar”, - deyəndə ReAl sədri nəyi nəzərdə tuturdu? Burada mən fikrimi bildirmişəm, bu, mənim rəyimdir. Mən ReAl haqqında belə fikirləşirəm, onu da yazmışam. Orada ReAl-a qarşı “satqın” ifadəsi yoxdur.
- Amma statusunuzun şərhlərində Müsavat fəalları ReAl-a satqın deyirlər. Sizin statusunuzun mahiyyətindən də belə çıxır ki, ReAl hökumətin “cib müxalifəti” funksiyasını yerinə yetirir. Dolayısı ilə fikrinizdən belə anlaşılır.
- Yalnız bir misal çəkəcəm. ReAl Partiyası bildirir ki, 27 ildir Azərbaycan müxalifəti - bizlər seçkiləri boykot etməklə seçki institutunu gözdən salmışıq. Amma son növbədənkənar parlament seçkilərində Müsavat Partiyası 88 seçki dairəsindən namizədlər irəli sürdü. Partiyamızın 64 namizədi indiki çətin şərtlər daxilində 1500 və daha çox seçici imzası toplayaraq Mərkəzi Seçki Komissiyasında rəsmən qeydə alınıb. Seçki kampaniyası keçirilən dairələrin yarısında çox ciddi seçki mübarizəsi aparmışıq. Seçkilər bitdikdən sonra Azərbaycan məhkəmələrinə müraciət etmişik, Avropa Məhkəməsinə şikayət göndərmişik. Cəmi 60 seçki dairəsi üzrə Avropa Məhkəməsinə seçki pozuntuları ilə bağlı şikayət ərizələri göndərilib ki, onun 35-i Müsavat Partiyasının namizədlərinə aiddir. Bizi seçki ilə bağlı ittiham edən partiyanın yetkililərindən soruşun ki, onlar neçə namizədlə seçkilərdə iştirak ediblər? Ümumiyyətlə, onlar neçə seçki dairəsində saxtakarlıqlar barədə hakimiyyətlə hüquqi mübarizə aparıb, seçki çəkişməsində iştirak ediblər? Sual verin ki, son parlament seçkilərində yol verilən qanun pozuntuları ilə bağlı onlar Avropa Məhkəməsinə şikayət, müraciət ediblər, yoxsa yox? Bu suallara bizi ittiham edənlərdən cavab alsanız, yaxşı olar. Mən sadəcə bir misal çəkdim, görün nə qədər suallar meydana çıxdı.
- ReAl Partiyasının qeydiyyata alınması...
- Bəy, xahiş edirəm bu mövzuda bu qədər kifayətdir. Mən ReAl Partiyası üzrə ekspert deyiləm. Mənə elə gəlir ki, bu barədə kifayət qədər artıqlaması ilə cavab verdim.
- ReAl funksioneri Natiq Cəfərli ittihamlarınızı sübut etmək üçün sizi debata çağırdı...
- Ehtiyac görmədim. Statusda fikrimi, cavabımı yazdım. Sizə də danışdım. Artığına gərək yoxdur.
- İndiki məqamda Müsavat Partiyasının müxalif qüvvələrlə, AXCP, ReAl və digərləri ilə bir araya gəlib, birlik yaratması mümkündürmü?
- Müxalifətin birgə toplantısı keçən ilin payızında keçirildi. Bu “dəyirmi masa” mənim təşəbbüsümlə Müsavat Partiyasının qərargahında baş tutdu, orada Azərbaycanın aparıcı siyasi partiyaları iştirak edirdi. Bu istiqamətdə bizim yenə də təşəbbüslərimiz var. Hesab edirəm ki, aralarındakı münasibətlərdən asılı olmayaraq, Azərbaycanda hazırda fəaliyyət göstərən əsas müxalifət partiyaları, Müsavat, AXCP, HƏP, NİDA Hərəkatı, eyni zamanda, partiya mənsubiyyəti olmayan siyasi fəallar, bloqqerlər birlik nümayiş etdirməlidirlər. Bu qüvvələrin bir araya gəlməsi üçün müəyyən addımlar atılır. Təxminən, bir ay əvvəl bu istiqamətdə təşəbbüsüm oldu. Təəssüf ki, belə təşəbbüslər məsələlərə bir qədər fərqli yanaşmalar səbəbindən baş tutmur. Amma təşəbbüslərimiz bundan sonra da davam edəcək.
- Birliklə bağlı ReAl-ın adını çəkmədiz...
- ReAl Partiyası müxalifətdə olan bütün qüvvələri hədəfə alıb. Onların hədəfində təkcə Müsavat Partiyası yoxdur. ReAl-ın son vaxtlar hədəfindəki siyasi qüvvələr Müsavatdır, AXCP-dir, HƏP-dir, Azərbaycanın tanınmış siyasi fəallarıdır, ictimai sektorda kifayət qədər nüfuza malik olan Bəxtiyar Hacıyev, jurnalist Xədicə İsmayıl, İlkin Rüstəmzadə və sairlərdir, bunları hədəfə alıblar. Yəni, ReAl bütövlükdə ölkənin müxalif qüvvələrinə, təşkilatlarına, hətta hansısa partiyada təmsil olunmayan fəallara, bloqqerlərə qarşı mübarizə aparır. Belə bir şəraitdə Müsavat başqanının bir cümləsini müxalifət münasibətlərinə mənfi təsir edən hal kimi dəyərləndirmək düzgün deyil.
Paylaş:
Müəllif : Yazar
Tarix:11-09-2020, 16:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-09-2020, 16:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01