Səttar Mehbalıyevin də dönəmi başa çatır... - İDDİA
Dünən Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 fevral tarixli 1792 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Bu sərəncama əsasən Ramiz Mehdiyevlə yanaşı deputat Bəxtiyar Əliyev və hazırda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev komissiyadan kənarlaşdırılıb. Prezidentin sabiq köməkçisi Əli Həsənovun qudası olan Mehbalıyevin komissiyanın tərkibindən uzaqlaşdırılması yaxın günlərdə onun AHK-dən də kənarlaşdırılacağını deməyə əsas verir. Gundeminfo.az-a daxil olan məlumata əsasən Səttar Mehbalıyevin Əli Həsənovla böyük bir biznesi var. Hazırda Türkiyədə müalicə olunduğu deyilən Əli Həsənovun artıq İstanbulda 75 milyon lirəyə özünə böyük bir malikanə aldığı da söylənilir. İddialara əsasən Həsənovun Türkiydə özünə malikanə almasına elə Səttar Mehbalıyevin həyat yoldaşı Böyükxanım Mehbalıyeva yardım edib.
Xatırladaq ki, bu yaxınlarda deputat Mehbalıyev mətbuata açıqlamasında bildirmişdi ki, konfederasiyanın gəliri yoxdur. O qeyd edirdi ki, sanatoriyalar isə dağıdılıb, yararsız haldadır. Lakin Gundeminfo.az-a daxil olan məlumata görə, hazırda həmkarlar ittifaqlarının 1 kurort birliyi, 5 sanatoriya, 1 müalicə pansionatı və istirahət evi fəaliyyət göstərir. Və bu mərkəzlərə müraciətlər əsasən rüşvət yoluyla mümkün olur.
Səttar Mehbalıyevin də dönəmi başa çatır...
Qayıdaq Səttar Mehbalıyevin kasıbçılıqdan şikayətləndiyi məqama. Araşdırmaçı jurnalist Cavanşir Həsənli bu yaxınlarda Mehbalıyevlər ailəsinin gəlirləri haqda ilginc detalları açıqlayıb. Həmin araşdırmanı təqdim edirik:
- Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin beş çağırış deputatı olan Səttar Mehbalıyevin xanımı, 1960-cı il təvəllüdlü Böyükxanım Mirzə qızı Möhbalıyeva onun rəhbərlik etdiyi qurumun beynəlxalq əlaqələr departamentinin əməkdaşıdır: “Deputatın qızı, 1988-ci il təvəllüdlü qızı Lalə Möhbalıyeva isə Həmkarlar İttifaqları Konfederasiyasının Gənclər Şurasının üzvüdür. Konfederasiyanı xarici ölkələrdə keçirilən tədbirlərdə bir qayda olaraq deputatın xanımı və qızı təmsil edir. Yəni tam bir ailə konfederasiyası... İşləyən vətəndaşların maaşlarından tutulan üzvlük haqları hesabına saxlanılan Həmkarlar İttifaqları Konfederasiyasına rəhbərlik edən deputatın xanımı həm də 2011-ci il noyabrın 21-də Türkiyədə təsis edilmiş SAT TURİZM DIŞ TİCARET LİMİTED ŞİRKETİnin əsas təsisçisidir. Səttar və Böyükxanım Möhbalıyevlər şirkəti 2009-cu ildə 380 min lirə (o zamankı valyuta kursu ilə 250 min dollar) İstanbulda qeydiyyatdan keçiriblər. Şirkətin digər ortağı 20 min lirəlik cüzi sərmayə ilə öncə Murat Bakındı adlı şəxs olub. Sonradan Murat Bakındı özünə aid 5 faizlik payı Nigar Eyvazova adlı şəxsə satıb.
İstanbul Ticarət Sicili Müdirliyinə aid sənədlərə görə 701623 saylı şəhadətnamə alan şirkətin hüqüqi ünvanı Merkezi:İstanbul Bakırköy Yeşilköy Mah.Bostan Sk.Aslan Apt.N.12 D.3-dür. Nizamnaməyə görə şirkətin ticarət, turzimlə məşğul olmaq, səyahət büroları, gözəllik salonları (saç əkimi, lazer epliyasiya, botoks, mezzoterapi), gimnastika zalları, bərbərxanalar, restoranlar açmaq hüququ var. Səttar Möhbalıyev prezidentin sabiq köməkçisi Əli Həsənovun qudasıdır. O 27 ildən bəridir ki, Konfederasiyanın toxunulmaz sədridir, 2000-ci ildən indiyə kimi parlamentdəki yerini əldən vermir. Dəfələrlə mətbuatda onun “Kurort” Səhmdar Cəmiyyəti vasitəsi ilə əlində böyük sərvət saxladığı barədə yazılıb...”
Paylaş:
Müəllif : Yazar
Tarix:9-09-2020, 11:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:9-09-2020, 11:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11