Ədliyyə Nazirliyi məhkumların həyatını riskə atır - "...maska ilə təmin etmək də məcburidir"
Ötən günlərdə saytımızda ömürlük məhbusların bir problemi ilə bağlı məqalə yayımlanmışdı. Orada məhbus valideyninin narahatlığı öz əksini tapmışdı. Ömürlük məhbus Şakir Rzaxanovun anası Müslümat Rzaxanova oğlunun cəza çəkdiyi Qobustan həbsxanasında COVID-19 virusunun yayıldığını, bu səbəbdən bütün nəzarətçilərə tibbi maska paylanıldığı halda, bunun məhkumlara şamil edilmədiyini bildirmişdi.
“Qobustan həbsxanasında məhbuslarının həqiqətən tibbi maskalardan istifadə edib-etməmələri ilə bağlı Baş Tibb İdarəsinə də müraciət etdim. İdarədən mənə dedilər ki, məhkumlar qapalı otaqda saxlanıldıqları üçün maskaya ehtiyac yoxdur”, - şikayətçi qadın vurğulamışdı.
Məlumatı dəqiqləşdirmək üçün Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqovla əlaqə saxladıq. O, məzuniyyətdə olduğunu bildirdi və “Sualımızı kimə ünvanlaya bilərik?” müraciətimizi də cavabsız qoydu.
Mövzu ilə bağlı AYNA-ya danışan hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının sözlərinə görə, məhbusun kameradakı müvəqqəti saxlanma yerində yaşam tərzinə, sağlamlığına və s. həmin müəssisənin rəhbəri və Ədliyyə Nazirliyi cavabdehlik daşıyır: “İctimai komitələr var ki, vaxtaşırı məhbusları gedib yoxladıqlarını deyirlər. Virusdan qorunmaq məhbusun da haqqıdır. Biz bilirik ki, pandemiya ilə bağlı maska taxılmayanlara irad tuturlar. Maska taxılması məcburidir. Məhbusların vaxtaşırı virusla bağlı testdən keçdiklərini, qapalı otaqda, bir yerdə qalan məhbusların yoxlandığını bilmirik”.
“Məhbusların da təmasada olduqları adamlar olur. Onlar müsəntiqlə, onlara nəzarət edən şəxslə təmasda olduqları üçün mütləq maska taxmalıdırlar, bu, məcburidir. Düzdür, qapalı məkanda maska taxmaq çətindir, amma mağazalar, idarələr də qapalıdır, lakin oralarda da sosial məsafənin gözlənməsi və maska taxılması məcburidir. Məhbusun qaldığı kameranı evlə müqayisə etmək yanlış olar, çünki ev şəraitində otaqlar havalandırılır, insanlar gəzməyə gedir, tibbi əlçatanlıqları var”, - müsahibimiz deyib.
“Məhbusların valideynlərinə, yaxınlarına nə zaman COVID-19 testindən keçdikləri, eyni otaqda neçə məhbusun olduğu haqda və təmasda olduğu adamlarda da xəstəliyin olub-olmaması barədə məlumat verilməlidir. Müəyyən vaxta kimi maska ilə təmin etmək də məcburidir”, - Qəhrəmanlı bildirib.
Baş infeksionist Cəlal İsayev də AYNA-ya açıqlamasında diqqətə çatdırıb ki, hansısa məkan daxilində virusa yoluxan varsa, maska taxılması vacibdir: “Qapalı məkanda virusa yoluxan varsa, oradakı digər insanların da yoluxma ehtimalı çox yüksəkdir. Buna görə də maska taxılması şərtdir. Əks halda, oraya kənardan gəlib-gedən yoxdursa, maskaya da ehtiyac olmaz”.
Qeyd edək ki, 29 avqust 2020-ci ildə Nazirlər Kabineti yanında Operativ Qərargah ömürlük məhkumların cəza çəkdiyi Qobustan həbsxanasında koronavirus aşkarlandığını elan etmişdi. Operativ Qərargahdan verilən məlumatda müayinələr nəticəsində iki həbsxana zabitində koronavirus infeksiyası aşkarlandığı deyilmişdi. İnfeksiya halları müəyyən edildikdən sonra onlarla təmasda olanların təcrid olunduğu və testlər edildiyi bildirilmişdi.
Nəticədə 5 işçi və 19 məhkumun test nəticələrinin müsbət çıxdığı, infeksiyaya yoluxanların vəziyyətinin qənaətbəxş olduğu, hamısının asimptomatik xəstə olduğu, heç bir pisləşmə müşahidə olunmadığı bildirilirdi. Açıqlamada deyilirdi ki, Qobustan həbsxanasında ciddi epidemioloji nəzarət tətbiq olunub və virusun yayılmasının qarşısını almaq üçün lazımi tədbirlər davam etdirilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:9-09-2020, 09:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:9-09-2020, 09:31
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti