“Moskvada Azərbaycanla bağlı bütün məlumatları Mehdiyevdən alırdılar” - İlginc açıqlamalar
AMEA Prezidenti Ramiz Mehdiyevin ətrafında baş verənlər cəmiyyətdə əsas müzakirə mövzularından biri olaraq qalmaqdadır. Sabiq PA rəhbərinin son 25 illik fəaliyyəti müasir cəmiyyətin gözü qarşısında olsa da, onun SSRİ zamanı Mərkəzi Komitədəki işi barədə çox danışılmır.
“AzPolitika.info” R.Mehdiyevin fəaliyyəti barədə kifayət qədər məlumatlı şəxslərdən biri olan, SSRİ vaxtında Mərkəzi Komitədə işləyən, eləcə də müstəqillik illərində prezidentin mətbuat katibi postunu tutmuş Rasim Ağayevlə söhbətləşib.
- Rasim müəllim, Ramiz Mehdiyevi çoxdan və yaxşı tanıyan adamlardan birisiniz. Hazırda onun ətrafında baş verənlər və ümumiyyətlə onun fəaliyyəti barədə nə deyə bilərsiniz?
- Əvvəla onu deyim ki, son zamanlar baş verənləri “Ramiz Mehdiyev fenomeni” adlandırardım. Çünki bacarıqsız, boz, heç vaxt ortaya uğurlu nəticə qoymayan adam belə böyük karyeraya malik oldu. Onun fenomeni bundan ibarətdir.
Mən xatırlayıram, Mehdiyevi ilk dəfə Mərkəzi Komitədə görmüşəm. O zaman məni Xəbərlər və Mətbuat Agentliyinin direktoru təyin etmişdilər. Mehdiyev isə təbliğat məsələləri üzrə təlimatçı işləyirdi. Mehdiyev təlimatçı ola-ola ideoloji katibin köməkçisi oldu. Açığı, hər şeyə qarışırdı. Bir dəfə ideoloji katibin yanına gəldim, onunla söhbət edirdim. Qəfildən qapı açıldı, bir nəfər içəri boylandı və sonra çıxıb getdi. Qiliyev soyadlı həmin katibdən soruşdum ki, bu adam kimdir, nədən kabinetinizin qapısını açıb boylanır. O da cavab verdi ki, Ramiz Mehdiyevdir, köməkçimdir, ancaq yanıma kimsə gələndə dərhal birinci katib Heydər Əliyeviçə məlumat verir. İndi də gedib səndən məlumat verəcək. Mən də zarafata salıb dedim ki, nə gözəl, mənim barəmdə birinci katibə informasiya verən olmayıb, nəhayət, birinci katib mənim də adımı eşidib tanıyar, maraqlanar və bəlkə bunun mənə xeyri olar. İdeoloji katib də bildirdi ki, heç bir xeyri olmayacaq, çünki onun məlumatında heç vaxt pozitiv yanaşma olmur, daim neqativ nəsə tapır, şişirdilmiş və ya uydurduğu məlumatları verir. Mehdiyevlə ilk tanışlığımız belə olub...
Bundan bir müddət sonra Moskvada işləyən müxbirləri müşavirəyə dəvət etmişdilər. O zaman mən də Moskvada çalışırdım. Mərkəzi Komitənin dəhlizində durub söhbət edirdik, bir-birimizi çoxdan görmədiyimiz üçün zarafatlaşırdıq. Qəfildən qapı açıldı və dəhlizdə Mehdiyev göründü, üzünü bizə tutaraq “Mərkəzi Komitədə belə danışmaq olmaz” dedi. Uşaqlardan biri ona sual etdi ki, niyə olmur, biz susmalıyıq? Mehdiyev də qayıtdı ki, gərək səsinizi aşağı salasınız, yüksəkdən danışmayasınız. Nəzərə alın ki, bura Mərkəzi Komitədir. O vaxtdan öz aramızda harada yüksəkdən danışsaq, qayıdıb deyirdik ki, uca səslə danışmaq olmaz, bura Mərkəzi Komitədir. Açığı, çoxları Mehdiyevi ciddi qarşılamırdı.
Bir dəfə Mərkəzi Komitədə şöbə müdiri olan Teymur Əliyevlə danışırdıq. Uşaqlardan biri qayıtdı ki, Teymur müəllim, sizdə Ramiz Mehdiyev adlı şəxs işləyir, onu haradan işə götürmüsünüz, özünə çox arxayındır, özünü böyük vəzifə sahibi kimi aparır. Ancaq nə jurnalistikada, nə də ideoloji sahədə ona bələd deyilik. Bu adamın vəzifəsi nədən ibarətdir? Teymur Əliyev qayıtdı ki, onun vəzifəsini bir o bilir, bir də onu bura təyin edən. Mehdiyev belə adam idi.
- Sizinlə münasibətləri nə zaman və niyə korlandı?
- Bu hadisələrin üzərindən bir neçə il keçdi. Artıq mən Moskvada İctimai Elmlər Akademiyasında oxuyur və işləyirdim. Bizi Yerevanda keçirilən ümumittifaq müşavirəsinə dəvət etdilər. Mən Moskvadan getmişdim, Bakıdan da bir neçə nəfər gəlmişdi və Mehdiyev də onların arasında idi. Yəni bir yerdə idik. Konfrans-müşavirə zamanı mənə də söz verdilər. O dövrdə əsasən Yaxın Şərqdə baş verən hadisələri şərh edirdim. Çünki həmin illərdə Yaxın Şərqdə hakimiyyətlər dəyişirdi, yeni simalar ortaya çıxırdı, Yasir Ərəfatın adı yenicə hallanırdı. Mən də Yaxın Şərq mövzusunda çıxış etdim, Ərəfat haqqında danışdım, mənə ünvanlanan bəzi suallara izahlar verdim. Maraqlı müzakirələr oldu. Çoxu da bilirdi ki, mən o dövrdə Yaxın Şərq ölkələrinə tez-tez gedib-gəlirəm deyə verdiyim şərhlər real əsaslara söykənir. Məndən sonra çıxış edənlərin bəziləri də mənim fikirlərimə istinad edirdi. Axşam Ramiz Mehdiyevlə görüşəndə gördüm mənimlə danışmaq istəmir, özünü birtəhər aparır. Qayıtdım ki, Ramiz müəllim, mənim çıxışımla bağlı təəssüratınız necədir, Yasir Ərafat haqqında nə düşünürsünüz və s. Mehdiyev dedi ki, sizinlə bu barədə Mərkəzi Komitədə danışacağam. Mənsə dedim ki, Yasir Ərəfatın partiyaya nə dəxli, bu adam sovet vətəndaşı deyil, biz elmi konfransda fikirlərimizi deyirik və s. Masadan durub, çıxıb getdi. Ondan sonra Ramiz Mehdiyevlə görüşmədim. Başa düşdüm ki, xoşuna gəlmirəm.
Moskvaya getdim. Bir neçə ildən sonra Bakıya gələndə artıq ideoloji katib Məmmədzadə soyadlı şəxs idi. Məni çağırıb dedi ki, istəyirik sizi yüksək vəzifəyə təyin edək. Bildirdim ki, bu yaxşı təklifdir, ancaq mən Moskvada işləmişəm və orada qalmaq istəyirəm. Ramiz Mehdiyev də orada oturmuşdu. Mən çıxıb gedəndən sonra Moskvada dedilər ki, sizin akademiyada qalıb işləmənizi istəyirik, ancaq Bakıda partiya təşkilatının razılığı olmalıdır. Bildirdim ki, bu, problem deyil, mən də kommunistəm və düşmən deyiləm. Bir müddət sonra məlum oldu ki, hamını təyin ediblər, ancaq mən havada qalmışam. Bakıda mənə dedilər istirahət et, yay bitəndən sonra dəvət edəcəyik. Yay bitdi və məni Mərkəzi Komitəyə çağıran olmadı. Onda ikinci katib Puqaçov idi. Gəldim onun yanına, dedim ki, əgər düşmənəmsə həbs edin, yox, sadəcə xoşunuza gəlmirəmsə, icazə verin gedim Moskvaya. Onsuz da Moskvada, eləcədə Türkmənistanda və Rostovda iş təklif edirdilər. Mehdiyev onda artıq şöbə müdiri olmuşdu. Kadr işlərinə o baxırdı. Puqaçova etiraz etdim. Dedi ki, Ramiz və digərləri toplaşıb orada əsasən intriqa ilə məşğul olurlar. Zəng etdi Tofiq Köçərliyə və dedi ki, Rasim Ağayevi işə götürə bilərsiniz? O da bildirdi ki, Rasimin çıxışlarını Bakıda və Moskvada dinləmişəm, razılıq verirsinizsə, göndərin gəlsin. Beləcə güclə işə götürdülər.
- Yəni Mehdiyev Sizə hələ SSRİ vaxtında hər cür maneə yaradırdı...
- Faktiki Mehdiyev və digərlərinin səyləri nəticəsində mən haradasa 2-3 ilimi itirdim. Əslində, gedib xaricdə işləyəcəkdim. Ancaq mənə mane oldular. Ən pisi odur ki, mənim yerimə göndərəcək adam da yox idi. Ancaq Mehdiyev tanışlarını göndərmək istəyirdi. Mən indi də o fikirdəyəm ki, o zaman Azərbaycanda kadr siyasətinə vurulan zərbə uzun müddət bizi axsatdı. Çünki çoxlu bacarıqlı adamları yaxına buraxmadılar, tanışbazlıq əsas siyasət oldu. Bu siyasətin başında da Mehdiyev dururdu. Düzdür, o, bütün addımlarını yuxarılarla razılaşdırırdı, amma o zaman Mehdiyev kadr siyasətində bir nömrəli şəxs sayılırdı. Son zamanlara qədər də belə gedirdi. Onu uzun müddət bu vəzifədə saxlamaq doğru deyildi. 30-40 il orada işləyib. Durub desin ki, işlədiyi müddətdə hansı yeniliyə imza atıb. Deyə bilməz!
İndi də akademiyada işləyir. Əslində, Mehdiyev elmdən uzaq adamdır. Bir adam yoxdur ki, onun yazdığı kitabları götürüb oxusun və təhlil etsin. Bir müddət əvvəl onun elmi işindən məqalə gəlmişdi, rusdilli saytlardan biri vermək istəyirdi. Onun kitablarına baxdım. Yazdıqlarının elmə dəxli yoxdur. Aparata gələn arayışlardan kitab hazırlayır. Amma buna baxmayaraq vəzifədə idi, nə istəyirdi edirdi.
- Maraqlıdır, sonrakı illərdə onunla üz-üzə gəldinizmi?
- Müstəqillik illərində onu görmürdüm. Mən Mərkəzi Komitədə şöbə müdiri işlədim. O zaman müraciətləri olurdu. Səhv etmirəmsə, AMEA-da işləyirdi. Ancaq harada işləyirdisə ətrafına birtəhər adamlar toplaşırdı. Elə Mərkəzi Komitədə işlədiyi zaman da onun subyektivliyindən, yaltaqlığından daim danışırdılar. Mən işləyəndə artıq Mehdiyev Mərkəzi Komitədə yox idi. Artıq ab-hava dəyişmişdi, Mehdiyev də demək olar itib-batmışdı. Sonradan onu haradansa tapıb çıxardılar. Mən Mərkəzi Komitədə 1986-1991-ci illərdə işlədim. 1991-ci ildən sonra da onunla münasibətim olmayıb.
- Bəs müstəqillik illərində münasibətləriniz necə olub?
- Müstəqillikdən sonra Mehdiyev yenidən Prezident Aparatında peyda oldu. Hakimiyyətin ən güclü adamlarından biri hesab olunurdu. Mən də uzun illər Bakıda olmadım. Gedib Gürcüstanda və Moskvada işlədim. Ara sakitləşəndə gəldim Bakıya.
- Və Bakıya gəldikdən sonra da həbs edildiniz...
- Mən deyə bilmərəm ki, həbsimdə onun rolu olmayıb. Mənim həbsim zamanı Mehdiyev hakimiyyətdə əsas ideoloqlardan biri idi. Mümkün deyildi ki, bu prosesdə onun iştirakı olmasın. Heç bir günahım olmaya-olmaya məni həbs etdilər. Şəhv etmirəmsə 1996-cı il idi.
- Sizcə, Ramiz Mehdiyevin “Rusiyanın adamı” olması haqda iddialar nə dərəcədə həqiqəti əks etdirir?
- Rusiyanın adamı olması haqda fikirlər ola bilsin ki, bir qədər şişirdilib. Bəli, Mehdiyev hələ sovetlər vaxtı bütün işlərini Moskva ilə razılaşdırırdı. Onda qayda belə idi. Təbii ki, SSRİ dövründə Moskvada onu tanıyırdılar. Azərbaycanla bağlı bütün məlumatı ondan alırdılar. Ancaq mən deməzdim ki, o dövrdə Mehdiyev Rusiyanın etibarlı adamlarından idi. Mən işləyən dövrdə onu tanıyanlar Ramizin nəyə qadir olduğunu burada bildikləri kimi Moskvada da bilirdilər. Mən bir adam görməmişdim ki, Mehdiyev haqqında yüksək fikirdə olsun.
- Söhbət müstəqillikdən sonrakı dövrdən gedir...
- Bundan xəbərim yoxdur. Bilmirəm bunu orada kim dəstəkləyib. Amma sovet vaxtı onun Moskva ilə əlaqələri geniş idi. Ola bilsin ki, kimsə olub. Ancaq bunun nə dərəcədə yüksək səviyyədə olduğunu deyə bilmərəm.
Açığı, mən düşünürdüm ki, o heç vaxt vəzifədən getməyəcək. Çünki Ramiz sistemin “məhsulu” idi. Sözsüz ki, onun yüksək idarəçilikdə qalması Azərbaycana böyük ziyan gətirirdi. Nəhayət ki, Azərbaycan ondan azad oldu. Bunun özü böyük şeydir. Çünki bu adam hər şeyi yerliçilik və tanışlıq üzərində qururdu. Bu amil müasir zəmanəmiz üçün gülüncdür.
- Sizə elə gəlmirmi ki, Mehdiyevi yerliçilikdə ittiham etmək əsaslı deyil. Çünki bu şəxsin xanımı heç azərbaycanlı da deyil...
- Bu, şəxsi məsələdir. Onda sovet dövrü idi. Bu, onun ruspərəstliyi ilə deyil, Moskvapərəstliyi ilə bağlı ola bilərdi. Ramizi əslində “böyük keçmiş” adlandırmaq da olar. Çünki bu adam başı, zəkası, gücü ilə ötən əsrdə qalıb. Müasir adam deyildi. Onu çoxdan götürmək lazım idi. Bu adam onunla siyasi yol keçən kadrları sıradan çıxarıb. Bu adam yüksək vəzifədə işləyib, əsas icraçı, bəzən ideoloq da olub. Ancaq durub desin ki, hansı ideyanı həyata keçirib, hansı siyasi təşəbbüslə çıxış edib. Onda belə şey olmayıb. Fəaliyyəti onu işdən çıxarıb, bunu qoymaq olub.
Paylaş:
Müəllif : Yazar
Tarix:8-09-2020, 11:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:8-09-2020, 11:13
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01