Gəncə və Sumqayıtda da güzəştli mənzillər tikiləcək - RƏSMİ
Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyi paytaxt Bakı şəhəri ilə yanaşı, Gəncə və Sumqayıt şəhərlərində də güzəştli mənzillərin tikintisini həyata keçirir.
Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Mənzil İnşaatı Dövlət Agentliyinin Gəncə şəhərinin Azərbaycan Bayrağı küçəsində inşa edilən növbəti layihəsi olan Gəncə Yaşayış Kompleksinin ümumi sahəsi 6.23 hektar təşkil edir.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci ilin iyun ayının 24-də Gəncə şəhərində inşa olunan yaşayış kompleksinin tikintisi ilə tanış olmuş, ölkə başçısı agentliyin fəaliyyətinə dair öz tövsiyə və tapşırıqlarını verib.
Gəncə Yaşayış Kompleksi 12 doqquzmərtəbəli və 6 onikimərtəbəli olmaqla 18 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 986 mənzil olacaq ki, onlardan 48-nin birotaqlı, 68-nin studio tipli, 318-nin ikiotaqlı, 466-nın üçotaqlı, 86-nın isə dördotaqlı olması nəzərdə tutulur. Birotaqlı və studio tipli mənzillərin sahəsi hər biri təqribən 35, ikiotaqlı mənzillərin sahəsi təqribən 57, üçotaqlı mənzillərin sahəsi təqribən 75, dördotaqlı mənzillərin sahəsi təqribən 97 kvadratmetr təşkil edəcək. Yaşayış binaları ilə yanaşı 125 yerlik uşaq bağçasının, 1176 şagird yerlik orta təhsil məktəbinin istifadəyə verilməsi nəzərdə tutulub.
Sumqayıt şəhərində reallaşdırılan layihə 2 ədəd doqquzmərtəbəli 2 bloklu yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 144 mənzil olacaq ki, onlardan 18-i birotaqlı, 18-i studio tipli, 72-si ikiotaqlı, 36-sı isə üçotaqlıdır. Birotaqlı və studio tipli mənzillərin sahəsi hər biri təqribən 35, ikiotaqlı mənzillərin sahəsi təqribən 56, üçotaqlı mənzillərin sahəsi təqribən 74 kvadratmetr təşkil edəcək.
MİDA-nın digər yaşayış komplekslərində olduğu kimi Gəncə və Sumqayıt şəhərlərində reallaşdırılan güzəştli mənzil layihələrində də yaşayış binalarının tikintisi ilə yanaşı, insanların rahat yaşayışı üçün geniş həyətlər, yaşıllıq zonaları, uşaq-oyun meydançaları istifadəyə veriləcək. Vətəndaşlara güzəştli şərtlərlə təklif ediləcək bütün mənzillər tam təmirli olacaq, həmçinin mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin ediləcək.
Sumqayıt şəhərində reallaşdırılan layihə üzrə bütün işlərin yaxın zamanlarda yekunlaşdırılması və binaların istismara verilməsi nəzərdə tutulur. Gəncə Yaşayış Kompleksində işlərin birinci mərhələsinin cari ildə, ikinci mərhələsinin isə 2021-ci ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.
Qeyd edək ki, regionlarda yaşayan vətəndaşların mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə agentlik tərəfindən davamlı olaraq münasib torpaq sahələrinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Respublikanın digər şəhər və rayonlarında da müvafiq layihələrin həyata keçirilməsi planlaşdırılır.
Paylaş:
Müəllif : Yazar
Tarix:3-09-2020, 16:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:3-09-2020, 16:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11