“Onlar özlərini AXH saya bilərlər, amma...” - QALMAQAL
Azərbaycan Xalq Hərəkatındakı ikitirəlik davam edir. Aprelin 29-da tərəflər yenə də müxtəlif məkanlarda, ayrı-ayrı saatlarda öz iclaslarını keçiriblər. Bu da artıq o anlama gəlir ki, bundan sonra da AXH adında iki qrup fəaliyyət göstərəcək.
AXH-nin təsisçilərindən olan AĞ Partiya başqanı Tural Abbaslı keçirdikləri iclas barədə “Yeni Müsavat”a bunları dedi: “Bu iclasda təşkilati və ümumi-siyasi məsələlər müzakirə edildi. İki bəyanat qəbul etdik. Vətəndaşlara müraciət etdik. Qarşıdakı aylardakı iş planı da müzakirə olundu. May ayı ərzində dəyirmi masa və geniş bir toplantının keçirilməsi ilə bağlı ümumi bir razılıq əldə olundu. Eyni zamanda idarə heyəti üzvləri arasında iş bölgüsü aparıldı. Bildiyiniz kimi, AXH-nin əsasnaməsinə uyğun olaraq hərəkat rotasiya üsulu ilə idarə olunur. Əlifba sırası ilə dönəm sədri kimi quruma rəhbərlik edilir. Mənim dönəm sədrliyim son iclasda bitdiyi üçün bundan sonrakı iclaslara qarşıdakı bir ayda VİP sədri Əli Əliyev sədrlik edəcək. Çalışırıq ki, işlərimizi sakit şəkildə quraq.
Hərəkatın tərkibini genişləndirmək üçün işlər görülür. Cəmiyyətə açılmaq, kabinetlərdən çıxıb ciddi fəaliyyətə başlamaq niyyətindəyik. Bu yöndə fikir mübadiləsi aparılacaq. AXH yeni dönəmə qədəm qoymalıdır. Siyasi səhnədə hərəkat real söz sahibi olmalıdır. AXH daha geniş şəkildə, formatda cəmiyyətə təqdim edilməlidir. Yeni üzvlər cəlb olunmalı, digər partiya rəhbərlərinə hərəkata gəlmələri üçün dəvətlər göndərilməlidir. Zamanında hərəkatın formalaşmasında bu və ya digər səbəblərdən kənarda qalanları proseslərə cəlb etmək vacibdir. Bu istiqamətdə yəqin ki, işlər görəcəyik”.
Əks qanadın iclası barədə isə sabiq daxili işlər naziri İsgəndər Həmidov məlumat verdi: “Bu iclasımızda Alov və Sosialist partiyaları hərəkata üzv qəbul olundu. Həmçinin bir partiyanın müavini fərdi şəkildə AXH-yə üzv oldu və bildirdi ki, partiyaları da hərəkata gələcək. Maştağa, Bakının iki kəndi, Tərtər və Laçın rayonları üzrə protokollar gətirildi. Mayın 5-də Məclisimizdir. Bu məsələ iclasın əsas müzakirə mövzusu oldu. Ayın 5-də saat 11:00-dən etibarən qeydiyyat başlayacaq və saat 12:00-da iclas keçiriləcək. Mitinq məsələsi də müzakirə olundu. Bütün demokratik qüvvələrə müraciət ediləcək. Əks qanad barədə deyə bilərəm ki, kim gəlsə, doğma evidir, gələ bilər. Kimlərsə gəlmirsə, nəsə demək olmaz. Hər kəs iclasımızı canlı yayımdan izlədi və nə qədər adamın rayonlardan gəldiyini gördü. Belə söhbətlər ortaya atılır ki, əks tərəfdən kimsə bizə gəlsə, Məclisdə idarə heyətinə seçilməyəcək. Bu məsələni Məclis həll edəcək. Ola bilər ki, seçilsinlər, seçilməyə də bilərlər. İndiki idarə heyəti artıq özünü buraxdı və Məclisdən sonra yeni idarə heyəti hərəkata rəhbərlik edəcək. Onlar özlərini AXH saya bilərlər. Amma 6 nəfərlə 12 nəfərin bir olmadığını hər kəs anlayır. Heç əks tərəfdə legitimlik üçün 3/2 də yoxdur. Onlar biz tərəfdə olan idarə heyətinin üzvü olan 4 nəfəri bəhanə edirlər ki, guya qanunsuz üzv olublar. Tamamilə yalan deyirlər. Həmin şəxslər bu 4 nəfərin idarə heyətinə seçilməsinə səs veriblər. Bununla bağlı tədbirin videosu da var. Onlara lazımdır ki, biz tərəfin sayını azaltsınlar. Mayın 5-də Məclis həmin 4 nəfəri seçə də, seçməyə də bilər”.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-04-2019, 09:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-04-2019, 09:17
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti