Eldar Həsənovun xəstələnməsinin və DTX-nın təcridxanasını seçməsinin səbəbi... - İLGİNC
Azərbaycanın keçmiş baş prokuroru, sabiq səfir Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq təcridxanasında qalmaq istəyir.
Bu barədə onun vəkili Adil İsmayılov özünün facebook divarında status paylaşıb.
“Xəbər vermişdim ki, Xarici İşlər Nazirliyinin əməkdaşları barəsində DTX istintaq idarəsində istintaq edilən cinayət işindən Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun barəsində CM-in 308.2 (vəzifə səlahiyyətlərində sui-istifadə etmə) və 308-1.1-ci (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələri ilə cinayət işi ayrılaraq aidiyyəti üzrə Azərbaycan respublikası Baş prokurorluğuna göndərilib və hazırda istintaq orada davam etdirilir. Eldar Həsənovun şəxsi xahişi nəzərə alınaraq o, DTX-nın istintaq təcridxanasında saxlanılır. Saxlama şəraiti və ona göstərilən münasibətlə bağlı Həsənovun heç bir narazılığı yoxdur. O, son illər ərzində, xüsusən də son iki ildə bir sıra ağır xəstəliklərdən əziyyət çəkib və daim həkim nəzarətində olub. Təcrid olunmuş vəziyyətdə saxlanılması onun səhhətinə çox ciddi mənfi təsir edir. Gündəlik çox sayda, müxtəlif adlarda dərman preparatları qəbul edir. Şəxsi həyata hörmət və fərdi məlumatların mühafizəsi hüququna riayət edərək xəstəliklərlə bağlı məlumatları şərh etmək istəməzdim. Amma açıq-aşkar görünən budur ki, Eldar Həsənovun səhhəti heç də yaxşı deyil və istənilən an kritik durum yarana bilər”, - A.İsmayılov bildirib.
Xatırladaq ki, Eldar Həsənov adıçəkilən qurumun təcridxanasını Penitensiar Xidmətin nəzarətində olan təcridxanaya dəyişmək istəməyən ilk vəzifəli deyil. 15 il əvvəl həyata keçirilən “Qara Kəmər” əməliyyatı zamanı həbs edilən Daxili İşlər Nazirliyinin baş əməliyyat müvəkkili Hacı Məmmədov da öz istəyi ilə uzun illər həmin təcridxanada saxlanıldı. Həmin illər ərzində Hacı Məmmədovun öz şəxsi istəyi ilə orada qaldığı açıqlanmışdı, hətta məhkəməsindən sonra da uzun illər ərzində onu Qobustan Qapalı Həbsxanasına köçürmədilər...
Eldar Həsənovun saxlanma yeri kimi DTX istintaq təcridxanasını seçməsi məlumatında digər diqqətçəkən məqam onun son 2 ildə bir sıra ağır xəstəliklərdən əziyyət çəkməsi və daim həkim nəzarətində olması ilə əlaqədardır. Sabiq səfir bu mənada da işdən çıxarılan, həbsə alınan digər Azərbaycan məmurlarından fərqlənmir.
Məsələn, 2005-ci ilin oktyabrında vəzifədən azad olunaraq həbsə göndərilən sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin ağır xəstə olduğu haqda xəbərlər yayılmışdı. Həbsdən azad edildikdən sonra yayılan xəbərləri nə təsdiq, nə də təkzib etməyən F.Əliyev yalnız xaricdə müalicə olunacağı ilə bağlı açıqlama verməklə kifayətlənib.
2017-ci ilin dekabr ayında vəzifədən azad olunandan sonra xəbər yayıldı ki, sabiq vergilər naziri Fazil Məmmədov çoxsaylı xəstəliklərdən əziyyət çəkir. Əsasən kəskin pankreatit (mədəaltı vəzi xəstəliyi) xəstəliyindən əziyyət çəkdiyi açıqlanmışdı.
Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmov isə vəzifəsindən çıxarılandan sonra onun psixoloji böhran keçirdiyi iddia olunurdu. Sonradan bəlli olmuşdu ki, sabiq rektor kəskin hipertoniya (qan təzyiqinin kəskin artması) diaqnozu ilə Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Rəsmi açıqlamada isə bildirilib ki, keçmiş rektor ürək çatışmazlığından əziyyət çəkir. Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirovun da vəzifədən azad edilikdən sonra səhhətində problemlər yaranmışdı.
Sadəcə bildirilib ki, A.Bəşirov Mərkəzi Neftçilər Xəstəxanada müalicə olunur.
Müxtəlif qalmaqalları ilə mətbuatın gündəmindən düşməyən Bakı Lift-Təmir İstehsalat Birliyinin sabiq rəisi Qüdrət Şükürovun vəzifədən azad edildikdən sonra səhhətində ciddi problemlər yarandığı və xəstəxanaya yerləşdirilməsi xəbəri vardı. Keçmiş məmurun hansı xəstəlikdən əziyyət çəkdiyi barədə dəqiq məlumat verilmirdi.
Həbsə alınandan sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Aparatının sabiq rəhbəri Vidadi Zeynalovun da səhhətinin qaydasında olmadığı xəbərləri yayılırdı. Sabiq aparat rəhbərinin bir müddət Penitensiar Xidmətinin Müalicə Müəssisəsində müalicə olunduğu iddia olunurdu. Onun hansı xəstəlikdən əziyyət çəkdiyi barədə dəqiq xəbər yox idi.
Azərbaycanlı məmurların vəzifədən çıxarılandan və ya həbsə alınandan sonra ağır xəstəliklərdən əziyyət çəkmələrinin üzə çıxması da bir başqa mövzudur...
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:3-09-2020, 09:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:3-09-2020, 09:10
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01