Azərbaycanda orta və ali məktəblərdə dini dərslər tədris ediləcək - RƏSMİ
Təhsil Nazirliyi ali və orta məktəblərdə dini dərslərin keçiriləcəyi ilə bağlı Dini Qurumlar üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının fikirlərinə münasibət bildirib.
regionxeberlericom.az-un ONA-ya istinadən xəbərinə görə, nazirlikdən bildirilib ki, 2019-2020-ci tədris ilindən IV-VIII sinif şagirdlərinin dini biliklərin daha geniş şəkildə yer aldığı təkmilləşdirilmiş "Həyat bilgisi" dərsliklərindən istifadə etməsi nəzərdə tutulur. Hazırda həmin dərsliklər Təhsil Nazirliyi tərəfindən ictimai müzakirəyə çıxarılıb.
Hazırda istifadə olunan "Həyat bilgisi" dərsliyində dini biliklərlə bağlı məlumatlar olsa da, təkmilləşdirilmiş variantda bu məlumatlar daha da genişləndirilib. Təkmilləşdirilmiş yeni dərsliklərin sentyabrdan şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur.
O ki qaldı ali təhsil müəssisələrinə, təhsil naziri Ceyhun Bayramovun "Bakalavriat səviyyəsi üzrə ixtisasların təhsil proqramlarına dəyişiklik barədə” əmrinə əsasən, 2019-2020-ci tədris ilindən etibarən bakalavriat səviyyəsi üzrə "Multikulturalizmə giriş” fənninin proqramına "Dinlər tarixi” adlı mövzuların daxil edilməsi təmin ediləcək.
"Dinşünaslıq” və "İslamşünaslıq” ixtisaslarının yer aldığı ali təhsil müəssisələrində isə "Dinlər tarixi” fənni ayrıca fənn kimi tədris olunur.
Paylaş:
Müəllif : Yazar
Tarix:29-04-2019, 17:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:29-04-2019, 17:59
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti