Astara terminalında “ilişən” təhlükəli yük Sumqayıta gətirildi - İLGİNC
Astara dəmir yol terminalında bir neçə aydır ilişib qalan təhlükəli yük-110 ton sulfat turşusu virtualaz.org-un araşdırmasının ardınca Sumqayıta gətirilib. Belə ki, həmin yükün sahibi-“Old Line Trading” MMC şirkətinin payçısı və “Old Line Georgia” şirkətinin direktoru Hikmət Məmmədov vəziyyəti aydınlaşdırmaq üçün “Azərbaycan Dəmir Yolları” ASC-yə dəvət olunub.
Xatırladaq ki, 2020-ci il iyunun ortalarında “Old Line Georgia” şirkəti İranda istehsalçıya dəyərini ödəyərək təhlükəli maddə olan 110 ton sulfat turşusunun Azərbaycan üzərindən Gürcüstandakı müştəriyə çatdırılması üçün “One Touch Trade and Logistics” MMC şirkəti ilə anlaşıb. Anlaşmaya əsasən yük Astara dəmiryol terminalından qəbul edilməliydi və iyunun 30-na qədər Gürcüstana çatdırılmalıydı.
Yük İrandan ölkəyə daxil olub, Astara terminalında qəbul edilib və konteynerlərə doldurulub. Lakin daha sonra yükün sahibinə bildiriblər ki, “Azərbaycan Dəmir Yolları” (ADY) yükü daşımaqdan imtina edir, çünki gürcü tərəfi yükü qəbul etmək istəmir.
“Azərbaycan Dəmir Yolları” ASC-dən bildiriblər ki, sahibkara onun yükü ətrafında yaranmış vəziyyət izah olunub, təsdiqlənib ki, gürcü tərəfi hələlik yükün ölkəyə buraxılmasına razılıq vermir. Görüş zamanı ADY nümayəndələri ilə sahibkar arasında qarşılıqlı anlaşma əldə olunub. Yaranmış riskli vəziyyəti nəzərə alaraq biznesmen yükün Sumqayıt stansiyasına daşınması barədə qərar qəbul edib.
H.Məmmədov özü də bu məlumatı təsdiqləyib, saytımızda dərs olunan araşdırma sayəsində onun yüklə bağlı probleminin artıq ADY tərəfindən “həll edildiyini” bildirib. Və redaksiyamıza minnətdarlıq edib.
Astara dəmir yol terminalının operatoru olan “ADY Express” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlham Abdulov isə virtualaz.org-a bildirib ki, dövlətlərarası daşımalar haqda müqaviləyə əsasən yükü qəbul edən tərəfin dəmir yolları idarəsi ilə əvvəlcədən ilkin razılıq əldə edilməlidir.
“İrandan olan yüklərin Azərbaycan üzərindən tranziti zamanı da həmin prosedur tətbiq edilir. Beləliklə, yükün İrandan Astara-Böyük Kəsik marşrutu ilə Gürcüstana daşınması üçün Gürcüstan dəmir yollarının razılığı lazımdır. Əks halda razılaşdırılmamış yük sərhəddə ilişib qala və sahibini maddi ziyana sala bilər. Bu səbəbdən yükün daşınmasının gürcü tərəfi ilə razılaşdırılması ilk növbədə onun sahibinə gərəkdir. Baxmayaraq ki, yük İran Astarasında terminala qəbul edilərkən onun çatdırılma nöqtəsi kimi Sumqayıt stansiyası göstərilmişdi, amma yük Azərbaycan sərhədini keçəndən sonra təyinat nöqtəsi olaraq Gürcüstanın Rustavi stansiyası göstərilib”,-İlham Abdulov qeyd edib.
Onun sözlərinə görə, “Old Line” şirkəti iyunun 6-dan iyulun 25-nə qədər analoji yükü Sumqayıta çatdırıb, buradan isə Rusiya ərazisindən tranzit keçməklə onu Ukraynaya göndərib. Və yükün nəqli maneəsiz həyata keçirilib.
“İyunun əvvəllərindən başlayaraq Gürcüstan dəmir yolları İrandan gələn yüklərin qəbuluna qadağa qoyub. Yaranmış vəziyyətdə “Azərbaycan Dəmir Yolları” ASC-də maliyyyə itkiləri ilə üzləşib. Bu marşrut boyu hər ay 10 min tona yaxın yük daşınırdı, indi isə biz bu həcmdə tranziti həyata keçirə bilmirik. ADY Azərbaycan hökumətini yaranmış problemlə bağlı məlumatlandırıb və onun həllinə kömək göstərilməsini xahiş edib. Sizin saytınızda bəhs edilən konkret yükə gəldikdə isə ADY 18.08.2020 tarixində Gürcüstan dəmir yollarının administrasiyasına yükü qəbul etmək barədə müraciət göndərib”,-Abdulov deyib.
Virtualaz.org
Paylaş:
Müəllif : Yazar
Tarix:27-08-2020, 17:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-08-2020, 17:20
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11