“Qripə qarşı peyvənd dövlət proqramına salına bilər” - BAŞ İNFEKSİONİST
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş məsləhətçisi Bryus Eylvord ölkələri qripə qarşı peyvəndə çağırıb.
"Bu il geniş yayılmış qrip peyvəndi xəstəxanalara yükü azaltmağa və COVID-19 ilə mübarizəni asanlaşdırmağa kömək edəcək. Koronavirusun mövcudluğuna dair testlərlə yanaşı, bütün dünyada qripə qarşı testlərimizi davam etdirməliyik”, - deyə o açıqlamasında bildirib.
Maraqlıdır, Azərbaycanda qripə qarşı peyvən hansı səviyyədədir?
Azərbaycanın baş infeksionisti Cəlal İsayev Cebhe.info-ya açıqlamasında bildirib ki, bu barədə dövlət proqramı yoxdur:
"Ümumiyyətlə, hər hansı iki infeksiyanın bir yerdə davam etməsi xəstəliyin gedişini ağırlaşdıra bilər. Ona görə də koronavirusla yanaşı, qripdən də özümüzü qorumalıyıq. İstər peyvənd, istərsə də digər tədbirlər vasitəsilə qripdən qorunmaq mümkündür. Qeyd edim ki, koronavirusa qarşı apardığımız tədbirlər qripə qarşı da keçərlidir. Digər respirator infeksiyalara qarşı peyvənd aparılır. Kim istəsə qripə qarşı peyvənd oluna bilər. Hələlik bu dövlət proqramında yoxdur, ola bilsin ki, salınsın. 200-dən artıq virus var ki, koronavirusu, qripi xatırladan infeksiyaya səbəb olur. Bunların hamısına qarşı peyvənd edə bilmirik. Peyvənd edə bildiyimiz qripdir, nisbətən ağır gedişə malik olanı da qripdir. Onun da bütün ştamplarına qarşı peyvənd edilmir. Peyvəndlər var ki, 3 və 4 ştampla qoruya bilir, digər ştamplar isə kənarda qalır. Bunun profilaktik tədbir kimi əhəmiyyəti var".
Paylaş:
Müəllif : Yazar
Tarix:21-08-2020, 16:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:21-08-2020, 16:37
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11