Məktəblərin açılmasına ən ciddi maneə - şagird sıxlığı
Pandemiya səbəbindən ötən ilin mart ayından etibarən bağlı olan ali və orta məktəblərin, o cümlədən orta ixtisas məktəbləri, uşaq bağçaları, məktəbəqədər hazırlıq kurslarının yeni tədris ilində açılıb-açılmaması, təhsilin ənənəvi, yoxsa distant formada davam edəcəyi gündəmin əsas müzakirə mövzusudur. Dünyanın bir çox ölkələrində məktəblər açılsa da, Azərbaycanda, xüsusən də paytaxt Bakıda məktəblərdə sıxlığın böyük olması koronavirusa yoluxma təhlükəsini də artırır, sosial məsafənin saxlanılmasını çətinləşdirir. Hətta bəzi siniflər var ki, orada 40-a yaxın şagird təhsil alır. Əvvəllər bu tədrisin keyfiyyətinə mənfi təsir etdiyi üçün gündəmə gətirilsə də, indi daha çox virusa yolxuma baxımından müzakirə edilir. Bəs görəsən, dərslər ənənəvi qaydada başlayacaqsa, məktəblərdəki sıxlıqla bağlı problem necə həllini tapa bilər? Modul tipli məktəblərin tikilməsi problemi həll edirmi?
Mövzunu “Yeni Müsavat” üçün şərh edən təhsil eksperti Kamran Əsədov bildirdi ki, modul tipli məktəblərin tikilməsi problemin həlli baxımından məqsədəuyğundur: “İlk növbədə qeyd edim ki, hal-hazırda ölkəmizdə 4472 orta məktəb binası var. Son 10 il ərzində onların 3 minə qədəri təmir olunub, yenidən tikilib, bərpa olunub. Amma buna baxmayaraq, bəzi bölgələrdə, xüsusilə ucqar kəndlərdə illərdir təmir olunmayan qəzalı məktəblər var ki, 2016-cı ildən etibarən bu qəzalı məktəblər modul tipli məktəblərlə əvəzlənir. Bu baxımdan Təhsil Nazirliyinin sözügedən addımı müsbətdir. Modul tipli məktəblərin yaradılmasının üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət (1 ay) ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, burada sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin digər üstünlüyü budur ki, qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən tədris prosesi dayandırılmır və bu məqsədlə müvəqqəti olaraq, 50 yerlik səyyar məktəb quraşdırılır. Bu tipli məktəblərin digər üstünlüyü isə onların azməsrəfli olmasıdır. Bunlarla yanaşı, ənənəvi məktəblərdə, daha çox tikinti materiallarından istifadə olunurdusa, modul tipli məktəblərə çox az həcmdə tikinti materiallarından istifadə olunur.
Ekspert qeyd etdi ki, modul tipli məktəblər bir çox ölkələrdə, hətta Avropa və Amerikada da istifadə edilir, tətbiq edilir: “ Əsas vacib məqam da odur ki, məktəb quraşdırılarkən ərazinin coğrafi relyefi də nəzərə alınır. Apardığım araşdırmalar nəticəsində gördüm ki, modul tipli məktəblər şagird sağlamlığı üçün də yaxşıdır. Bu, təhsilin inkişafına gətirib çıxaracaq. İndiyə qədər tədrisin aparılması üçün uyğun olmayan yerdə dərs keçən şagirdlər indi daha rahat yerdə dərs keçirlər”.
K.Əsədov qeyd etdi ki, Modul tipli məktəblərdə şagird tutumu o qədər də yüksək deyil. Bunlar, daha çox 200-400 şagird tutumlu məktəblərdir. Əvvəllər böyük vəsait hesabına başa gələn ənənəvi məktəbləri indi az xərcli amma keyfiyyətli, tam tədris resusrları ilə təmin olunmuş məktəblər əvəz edir".
Qeyd edək ki, 2019-2020-ci tədris ilində Təhsil Nazirliyi tərəfindən 50-si modul tipli olmaqla, 87 məktəbin tikintisi və əsaslı təmiri başa çatdırılıb.
2020-ci ilin sonuna kimi Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılmış 102 məktəb binası şagirdlərin istifadəsinə veriləcək. Onlardan 29-u yeni tikilən, 13-ü əsaslı təmir olunan, 60-ı isə modul tipli məktəbdir. Modul tipli məktəblərin Quba, Qusar, Xaçmaz, İsmayıllı, Ağsu, Şamaxı, Şəki, Tovuz, Gədəbəy, Bərdə, Neftçala, Cəlilabad, Lerik, Astara, Goranboy, Xızı, Samux, İmişli, Füzuli və Ağdamda quraşdırılması nəzərdə tutulub.
Paylaş:
Müəllif : Yazar
Tarix:19-08-2020, 11:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:19-08-2020, 11:29
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11