Atəş Rüstəmovun Sumqayıt Təmizlik Departamentindəki maaşı ilə xərclədiyi üst-üstə düşürmü? - İTTİHAM
Azərbaycanda dövlət məmurlarınnın qohumluq əlaqələri ilə bağlı dövrü mətbuatda tez-tez yazılar dərc olunur.Etiraf etsək lap yerinə düşər ki,hər hansı bir vəzifəyə təyinat alan istənilən şəxsin müəyyən müddətdən sonra ətrafına yaxın adamlarını,qohum-əqrəbasını toplaması artıq ölkədə bir adət halını alıb.Onu xüsusilə vurğulamaq lazımdır ki.qanuni baxımdan bu kimi halların yolverilməz olduğunu bütün yüksək çinlilər çox yaxşı bilir.Lakin elə bir sıra məmurların özbaşınalıqlarına şərait yaradan da yüksək çinlilərin yol verdiyi məhz qohumbazlıq amilidir desək, yanılmarıq.
Qeyd edək ki,daim qohumlarla işləməyə üstünlük verən yüksək çinli dövlət məmurlarından biri də Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovdur.Zakr Fərəcov 1999-cu ildə, hələ Sumqayıt şəhər bələdiyyəsinin sədri olarkən də başına yaxın qohumlarını yığıbmış.O.Abşeron rayon İcra Hakimiyyətinin başçısı olarkən də bu üsulla işlədiyi hər kəsə məlumdur. Zakir Fərəcovun karyera pillələri yüksəldikcə vəzifəyə gətirilən uzaq qohumlarının da sayı çoxalmağa başlayıb.Hələ 2015-ci ildə, Sumqayıt şəhərinə İcra Hakimiyyətinin başçısı təyin ediləndə Zakir Fərəcovun müxtəlif vəzifələrdə artıq kifayət qədər qohumu var idi.Bu gün isə Sumqayıt demək olar ki,Zakir Fərəcovun yaxın, uzaq qohumları tərəfindən idarə edilir.Bizim burada onları bir-bir sadalamaq fikrimiz yoxdur.Bu barədə artıq kifayət qədər yazılıb və təkzib olunmayıb.Yazılmayanlar yalnız Zakir Fərəcovun qohumlarının ixtisaslarına uyğun olmayan vəzifələrə təyin edilmələridir. Həm də qeyri peşəkarların və ancaq dövlət vəsaitlərini talamaq üçün yollar arayanların burada müxtəlif vəzifə başına yerləşdirilməsidir.
Aktualinfo.org-un əldə etdiyi məlumatlara görə Zakir Fərəcovun bu tip qohumlarından biri də, “Sumqayıt şəhər Təmizlik Departamenti” MMC-nin direktoru vəzifəsifəsinə təyin etdiyi Atəş Rüstəmovdur. Atəş Rüstəmovun bu vəzifənin öhtəsindən gələ bilməməsi bu ilin may ayının 21 də Sumqayıt şəhəri ərazisində tüstü və iy-qoxunun yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan məlumatların Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən aparılmış araşdırmada da öz təsdiqini tapıb. Belə ki,araşdırma zamanı şəhərin inzibati ərazisində yerləşən məişət tullantıları poliqonunda baş verən yanğın səbəbindən ətrafa tüstü və iy-qoxunun yayıldığı, məişət tullantılarının idarə edilməsində qanunvericiliyin tələblərinin pozulduğu və tullantıların yanması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülmədiyi müəyyən edilib.Faktla bağlı poliqonun idarə edilməsinə cavabdeh “Sumqayıt şəhər Təmizlik Departamenti” MMC-nin direktoru Atəş Rüstəmov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 4 800 manat məbləğində cərimə olunub.
Bu Zakir Fərəcovla qohumluq telləri olan Atəş Rüstəmovun vəzifəsini lazımınca icra edə bilməməsi barədə bir rəsmi məlumatdır.Görəsən onun vəzifəsini icra edə bilməməsi barədə qeyri rəsmi,yəni üzə çıxmayan daha nə qədər belə işlər var.Məsələn,“Sumqayıt şəhər Təmizlik Departamenti” MMC-nin elan etdiyi bir çox tenderlərin keçirilməsində yol verilən qanun pozuntuları da kifayət qədərdir.“Sumqayıt Şəhər Təmizlik Departamenti” MMC-nin 2020-ci ilin aprel ayında 575 ədəd 1100 litirlik zibil konteyneri üçün “Tikinti Bərpa Firması” MMC-yə 296 min 504 manat 50 qəpik dəyərində müqavilə bağlaması barədə məlumatlar yayılmışdı. Rəqəmlərdən də göründüyü kimi 1100 litirlik zibil konteynerinin 1 ədədi MMC-yə 516 manata başa gəlmişdir. Bu nə dərəcədə real bir qiymətdir?Maraqlıdır ki.bu cür real olmayan qiymətlərlə Atəş Rüstəmov daha nə qədər müqavilələr bağlayıb? Təbii ki.bütün bu qanunsuzluqları o təkbaşına etmir.
Qeyd edək ki, Zakir Fərəcovun qardaşı Məhəmməd Fərəcov da Atəş Rüstəmovun rəisi olduğu “Sumqayıt şəhər Təmizlik Departamenti” MMC-də əməyin təhlükəsizliyi şöbəsinin müdiridir. Vaxtı ilə Eldar Əzizovun Sumqayıtdakı 5 saylı Mənzil İstismar İdarəsinin müdiri vəzifəsindən çıxartdığı Məhəmməd Fərəcov indi 1100 nəfərin təhlükəsizliyinə nəzarət edir. Məlumatlara görə maaşdan əlavə sanballı bir konvert də alır. Zakir Fərəcovun başqa bir qohumu,əmisi nəvəsi Sumqayıt Vergilər İdarəsindən Məhkəmənin qərarı ilə işdən çıxarılmış Taleh Qəhrəmanov da Atəş Rüstəmovun yanında, “Sumqayıt şəhər Təmizlik Departamenti” MMC-də Kommersiya Şöbəsinin müdiri kimi məsul vəzifələrdən birini tutur.Məhkəmənin qərarı ilə işdən çıxarılmış şəxsin bu vəzifəyə təyin olunması nə dərəcədə qanunauyğun bir haldır,Atəş Rüstəmov bilər. Zakir Fərəcovun vaxtı ilə bərbər işləmiş digər uzaq qohumu İlyas Ağayarov da hazırda “Sumqayıt şəhər Təmizlik Departamenti” MMC-nin Baş mexanikidir. Göründüyi kimi “Sumqayıt şəhər Təmizlik Departamenti” MMC İcra başçısının qohumları tərəfindən idarə olunur,istismar edilir.
Aktualinfo.org-un əldə etdiyi məlumatlara görə Zakir Fərəcovun “Sumqayıt şəhər Təmizlik Departamenti” MMC-yə direktor təyin etdiyi Atəş Rüstəmovun tərcümeyi-halı da qaranlıq məqamlarla doludur.Bu yöndə araşdırmalarımızı hələ davam etdiririk.Qeyd edək ki, bir sıra saytların yaydığı məlumatlarda Atəş Rüstəmovun 1999-2004-cü illərdə Sumqayıt Dövlət Univeritetinin İqtisadiyyat fakültəsində qiyabi təhsil aldığı bildirilir. Orta məktəbi 1992-93 cü illərdə bitirmiş Atəş Rüstəmov nə üçün üstündündən 6-7 il keçdikdən sonra ali təhsil almaq qərarına gəlib? Çox maraqlıdır, deyilmi? Bunlar dövrü mətbuatda yayılanlardır. Amma bizdə olan məlumatlara görə həmin dövrlərdə Atəş Rüstəmov Rusiya bazarlarında,dayılarının yanında alver edirmiş.2000 ci ildən isə,yəni Sumqayıt Dövlət Universitetində 1-ci kursu bitirdikdən sonra,hələ diplom almamaış Atəş Rüstəmovun 24 yaşında Sumqayıt şəhər 20 saylı Mənzil İstismar İdarəsində birbaşa rəis vəzifəinə təyin olunduğu bildirilir.2018-ci ilin sentyabr ayından “Sumqayıt şəhər Təmizlik Departamenti” MMC-nin direktoru vəzifəsinə təyin olunmuş Atəş Rüstəmov 2019-cu ildə Sumqayıt şəhərinin 70 illiyi münasibətilə və şəhərin sosial-iqtisadi inkişafında xidmətlərinə görə Rüstəmov Atəş İsmayıl oğlu “Tərəqqi” medalı ilə təltif edilib.Təbii ki,Atəş Rüstəmov bütün bunları Zakir Fərəcovun hesabına əldə edib.
Məlumatlara görə Atəş Rüstəmov elə indi də Zakir Fərəcovun hesabına sağa-sola pul xərcləyir.Onun gün ərzində xərclədiyi pulların qədərini təbii ki,biz bilə bilmərik.Amma maraqlı burasıdır ki, Atəş Rüstəmovun “Sumqayıt şəhər Təmizlik Departamenti” MMC-də aldığı aylıq əməkhaqqı ilə gündəlik xərclədiyi heç üst-üstə düşmür.Bununla belə Atəş Rüstəmov heç vaxt istirahətindən qalmır.
Aktualinfo.org
Paylaş:
Müəllif : Yazar
Tarix:17-08-2020, 14:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:17-08-2020, 14:53
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti