Diaspor nümayəndələrimiz arasında böyük qalmaqal - Ortada ağır ittihamlar var və hər iki tərəf özünü haqlı sayır
“Babək Azad və mənim tərəfimdən 2010-cu ildə yaradılmış, sonradan isə başqaları tərəfindən özününküləşdirilən İsveç Azərbaycanlıları Konqresi (İAK) adlı təşkilat var idi. 2013-cü ildən bu günə kimi müxtəlif maliyyə fırıldaqları ilə İsveç dövlətini aldadaraq, Azərbaycan adından bir milyon kron (təxminən yüz min dollara yaxın) vəsait əldə ediblər və yeyiblər, o vəsaitlərlə bir tədbir belə, təşkil etməyiblər. Bu təşkilatın yalnız adı var. Həmin təşkilatı idarə edən Emil Mirzəyev adlı şəxs, guya Heydər Əliyev haqqında kitab yazıb. Həmin kitab da yazıçı Anarın Heydər Əliyev haqqında kitabının özüdür, bu adam həmin kitabı İsveç dilinə yalnızca tərcümə etdirib, guya kitabı özü yazıb”.
Bu iddiaları AYNA-ya ünvanladığı məktubunda İsveçdəki Azərbaycan diasporunun fəallarından olan Rahim Telman Sadıqbəyli səsləndirib. Deyib ki, Emil Mirzəyev Azərbaycan Prezident Administrasiyasının (PA) keçmiş rəhbərin Ramiz Mehdiyevin zamanında, PA-nın İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovdan pul qarşılığında “Tərəqqi” medalı əldə edib: “Bu insan Azərbaycan dilində bir kəlmə danışa bilmir və Moskvada darmadağın edilmiş diasporun indiki adamları ilə bunun əlaqəsi var. Amma indiyə qədər də özünü elə aparır ki, guya bu adam çox böyük bir adamdır. Bir neçə müddət bundan əvvəl bununla bağlı biz İsveç dövlətinə müraciət etmişdik ki, bu təşkilatın adının olmasına baxmayaraq, özü mövcud deyil, heç bir fəaliyyəti yoxdur. Amma Emil Mirzəyev qeyd edib ki, guya bu təşkilatın 1500 nəfər üzvü var. Nəhayət, İsveç dövləti bu təşkilat və bu şəxslərlər bağlı qərar qəbul etdi. İki gün əvvəl isə bu qərar barədə bizə məlumat verdilər. İsveç dövləti bunların maliyyə fırıldaqlarını aşkarlayıb və araşdırmalar hələ də davam edir. İndi verilən qərarda isə 105 min kronun geri qaytarılması tələb edilir. Dövlət bəyan edib ki, bundan sonra həmin təşkilatla heç bir işbirliyi ola bilməz, çünki bu, qondarma bir təşkilatdır”.
Sadıqbəyli tələb edir ki, belə fırıldaqçılıqla məşğul olan diaspor nümayəndələri ifşa olunsun: “Emil Mirzəyevin Rusiya ilə əlaqləri də qaranlıqdır. Eşitdiklərimizə görə, həmin adam Rusiyanın kəşfiyyat orqanları ilə əməkdaşlıq edir. Çünki bu adam bütün tədbirlərimizi boykot etməyə çalışır. Guya, bu, Ermənistan səfirliyi qarşısında tədbir təşkil edir, iki-üç nəfər adam toplayır, amma bizim böyük miqyaslı tədbirlərimizin qarşısını almağa çalışır. Bu adam hər zaman bizim tədbirlərimizə maneə törətmək üçün bütün yollara əl atır. Ümumiyyətlə, bu insanın bizim diasporumuzun işinə mane olmaq kimi bir missiyası var. Vaxtilə aldığı “Tərəqqi” medalını da pulla əldə etdiyini bilirik. Çünki belə medallar, adətən təntənəli sürətdə təqdim olunur. Bunlar onu təntənəli sürətdə deyil, sadəcə bir qərarla alıblar”.
(Rahim Telman Sadıqbəyli)
“Konqresin İdarə Heyətindəki insanlarla görüşdük. Onlar bizə bildirdilər ki, təşkilatın heç bir fəaliyyətindən xəbərləri yoxdur. Son zamanlar hansısa protokol və sənədlərdən məlumatsızdırlar. Heç bir dəfə də qurultay keçirilməyib. Mirzəyev deyir ki, “2700 üzvümüz var”, amma heç iyirmi nəfər üzvləri yoxdur. Emil Mirzəyev Gənc Azərbaycanlılar təşkilatını da darmadağın edib. Təşkilatın strukturunu məhv edib. İş görən azərbaycanlılara qara yaxmaqla, müxtəlif şər-böhtanla qurumu parçalayıb”, - Sadıqbəyli vurğulayıb.
O, İAK-ın saytının olmamasına da diqqət çəkib: “Fəaliyyət var ki, saytı da olsun? Əvvəllər saytları var idi, bütün materiallar rus dilində idi. Biz İsveçdə yaşayırıq, sayta daxil olan düşünür ki, sanki biz ölkəmizi Rusiyada təmsil edirik. Azərbaycanlı olub, Azərbaycan dilində bilməyən bir adam bu ölkədə Azərbaycanı necə təmsil edə bilər? Özünüz düşünün. İsveç dövləti həmin vəsaiti o təşkilatlara veririk ki, onun üzvlərinin sayı mindən artıq olsun. Həmin təşkilatın isə heç iyirmi nəfər üzvü belə, yoxdur. Bu adamın Konqresində cəmi altı təşkilat var. Emil Mirzəyev altı təşkilatla İsveç dövlətindən 746 min kron vəsait alıb. Bu, nə deməkdir? Bu, fırıldaqçılıq, oğurluq deməkdir”.
Qeyd edək ki, İAK-a qarşı səsləndirilən ittihamları Rahim Sadıqbəyli və Babək Azad öz “Youtube” kanallarında da geniş müzakirə ediblər.
İAK-ın rəhbəri Emil Mirzəyev isə AYNA-ya açıqlamasında səsləndirilən ittihamlarla razılaşmayıb: “Babək Azad əlli illdir burda yaşayır və o adam depressiyadadır. Bu adam ruhi xəstəlik adıyla İsveç hökumətindən illərdir pul alır. Özünü jurnalist kimi sırıyan Rahim adlı biri ilə birgə həmin Babək Azad dəfələrlə Konqresdən hara gəldi şikayətlər edirlər. Biz Konqresin qərarı ilə 2013-cü ildə bunların ikisini də Konqresdən qovmuşduq. Bizim təşkilat İsveçdə dövlət qeydiyyatından keçmiş ən varlı təşkilatlar sırasındadır. İsveç dövləti bizə pul ayırır. Onların İsveç dövlətinin çıxardığı qərara qarşı verdikləri reaksiyalar yalnız onların öz fantanziyalarından irəli gəlir. Dedikləri hamısı uydurmadır. Bir ara Rahim ortaya düşmüşdü, indi bu Babək ortaya düşüb, Rahim qırağa çəkilib. Onun adı da heç Babək deyil, Əli Səiddir. Əslən iranlıdır”.
(Emil Mirzəyev)
“İsveç dövlətinin çıxardığı qərara gəldikdə, onlar heç işin əsil mahiyyətini bilmirlər. İsveç dövləti hər il təşkilatlara pul ayırır. Həmin təşkilatlar da iş görməlidir. Məsələn, bizdə otuz iki dənə dərnək mövcuddur. Onlar hər hansı iş görməyən zaman onlara ayrılan pulları biz geri qaytarmalı oluruq. Bunlar o qədər savadsızdırlar ki, o qərarın mənasını da bilmirlər. Mən ali təhsilli insanam. Mənim öz şirkətim də var, özüm də dövlət işində çalışıram. İsveç elə bir dövlətdir ki, mən burda hər hansı qanunsuz bir iş görsəydim, mənə cəza kəsərdilər. Onlar İsveç hökumətinə məndən o qədər anonim məktublar yazıblar ki… Hökumət də məni ildə üç dəfə yoxlayıb. İndi artıq heç bir yoxlama aparmırlar, gülüb, keçirlər. Məsələn, burda siz kimdənsə şikayət edirsinizsə, birinci şikayət edəni, yəni sizi yoxlayırlar, sonra isə kimdən şikayət edilibsə, o adamı yoxlayırlar. Onlar Konqresə məndən nə şikayətlər yazıblarsa, hamısının bir nüsxəsi də mənim özümdə var. Yəni, bunlar hamısı boş-boş söhbətlərdir”, - Mirzəyev deyib.
“Bu, birinci dəfə deyil, onlar keçən il də böyük bir video şəklində məndən yazıb, danışmışdılar. Yəni bu onların ilk işi deyil. Rahim gah müxalifətçilik edir, gah film çəkir. Bunların nə işlə məşğul olduqları aydın deyil. Həmin Əli Səidin bizim Prezidentimizin şəklini İsveç küçələrinə yapışdırdığını dəfələrlə görmüşəm. Başqa dövlətdə yaşayıb, öz dövlətindən boş-boş yazmağı, danışmağı satqınlıq kimi qəbul edirəm. Hərənin bir əqidəsi ola bilər, mənim də təşkilatımda Elçibəyi sevənlər var. Amma 75 faiz insanlar - biz Prezidentimizə sadiq adamlarıq. Onlar burda heç bir vergi ödəmirlər. Rahim bir dəfə mənə zəng elədi ki, “mənə bir az pul ver”. Yəni bunlar simasız, heç nəyə nail ola bilməyən adamlardır. Bizim Konqresdə həkimlər, müəllimlər var. Özüm hüquqşünasam. Biz heç kimdən asılı olmayan bir təşkilatıq. Düzdür, mənim Fuad Muradova böyük hörmətim var, amma biz heç Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsindən də asılı təşkilat deyilik. Biz burada cənab Prezidentin əsgərləriyik. Biz burada 6-7 min avro maaş alırıq. Bizim heç nəyə ehtiyacımız yoxdur”, - o bildirib.
(Babək Azad)
Heydər Əliyev barədə kitabın oğurluq olmasına gəldikdə, İAK rəhbəri qeyd edib ki, bu da həmin iki şəxsin uydurmasıdır: “O kitabı biz özümüz yazmışıq. Anar müəllimə böyük hörmətim var, biz o qədər də savadsız deyilik ki, kitabı götürüb sadəcə tərcümə etmək adıyla ortaya çıxaraq. Əgər o, tərcümə olsaydı, elə birinci Anar müəllimin özü bu haqda deyərdi”.
Mirzəyev Konqresin üzvlərinin sayı barədə açıqlama verib: “Konqresin üzvlərinin sayı həddindən artıq çoxdur. Sadəcə olaraq burada belə bir qanun var ki, mən onların ad və soyadlarını açıq-aşkar kimlərəsə verə bilmərəm. 2453 nəfər qeydiyyatdan keçib. Əgər kimsə ilin sonuna kimi üzvlük haqqını ödəmirsə, Konqresdən uzaqlaşdırılır. Bizim iqtisadiyyat, incəsənət, sosial və s. bütün sahələr üzrə üzvlərimiz var. Bizim mətbuat xidmətimizin katibi ingilis, ərəb və bir çox dilləri bilir. İsveç parlamentində (Reyxstaq) yeganə təşkilat olaraq biz 2012-ci ildə Xocalı məsələsini qaldırmışdıq. O zaman deputat Mehman Taplan adlı bir şəxs var idi. Həmin insanla Xocalı məsələsini qaldırmışdıq. Həmin Rahimə görə adam istefa verib, getdi”.
İAK-ın saytının olmaması barədə iddianı cavablandıran Emil Mirzəyevin sözlərinə görə, hazırda saytın faəliyyəti dayandırılıb: “Çünki biz saytın daha çox İsveç dilində yayımlanmasını istəyirik, yaxın zamanda sayt yenidən istifadəyə veriləcək. Biz Konqresin fəaliyyətində könüllü olaraq çalışırıq. Ermənilərin diasporu ilə bizim çox problemlərimiz olur. 2016-cı ildəki Aprel döyüşləri zamanı biz böyük çıxışlar etdik, həqiqətlərimizi cəmiyyətə çatdırdıq. 2018-ci ildə Azərbaycana gələn zaman, İqor Nalbadyan adlı erməninin mallarının Azərbaycanda satıldığın gördüm. Hansı ki, həmin şəxs İsveçdə çox imkanlı iş adamıdır. Və onunla bağlı Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət etdim. Bugünə qədər mən həmin erməni ilə burada vuruşuram. Amma onun istehsal etdiyi məhsullar hələ də Azərbaycanda satılır”.
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AYNA-ya bildirildi ki, İAK Emil Mirzəyevin özünün fərdi şəkildə İsveçdə yaratdığı təşkilatdır və İsveç qanunları çərçivəsində fəaliyyət göstərir: “Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlıların həmin ölkələrin qanunları ilə idarə olunan fəaliyyətinə müdaxilə etmir. Emil Mirzəyevi diaspor fərdi kimi tanıyırıq, əlaqələrimiz var, lakin haqqında danışılan təşkilatın Komitə qarşısında heç bir hesabatlılığı yoxdur”.
Paylaş:
Müəllif : Yazar
Tarix:17-08-2020, 11:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:17-08-2020, 11:05
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01