BP Azərbaycandan gedərsə... - Yerini SOCAR, yoxsa 3-cü şirkət tutacaq?
Azəri-Çıraq-Günəşli (AÇG) neft və Şahdəniz (ŞD) qaz yataqlarının əməliyyatçısı, eləcə də başlıca sərmayəçisi olan BP şirkətinin Azərbaycan aktivlərini tərk edəcəyi ilə bağlı xəbərlər dolaşır.
Şirkət hazırda Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çiraq yataqlarinin və Günəşli yatağinin dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatin pay bölgüsü sazişində 30,374551 faizə malikdir.
Məlumatlara görə BP şirkəti xammal neftin qiymətləri bərpa olunsa belə, öz neft-qaz aktivlərinin böyük bir hissəsini bərpa olunan enerji mənbələrinə investisiya qoymaq məqsədilə satmağa hazırlaşır. Bu barədə xarici KİV-lərə BP-dən eyni zamanda üç mənbə bildirib. Bu baxımdan BP şirkətinin Anqola, Oman, Birləşmiş Ərəb Əmirlikləri, İraqla yanaşı Azərbaycanı da tərk edəcəyi bildirilir. Həmçinin BP-nin bu qərarının adıçəkilən ölkələrdə rentabellik (gəlirlik) səviyyəsinin aşağı olması ilə bağlı olduğu da söylənilir.
Ekspertlərin fikrincə, hazırkı böhran şəraitində BP-dən belə gözlənilməz qərar Azərbaycan neft sənayesində sərmayə baxımından ciddi çətinliklər yarada bilər ki. bunun "xərc"ləri Azərbaycana baha başa gələ bilər.
Maraqlıdır, Azərbaycandakı iki nəhəng yatağın operatoru olan BP ölkəmizi tərk edə bilərmi?
Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev Cebhe.info-ya açıqlamasında deyib ki, BP-nin operatorluq etdiyi layihələr indiki dünya bazarında neftin qiyməti konyukturu baxımından sərfəli deyilsə, təbii ki, şirkət müəyyən aktivlərindən imtina edəcək və bu, onun haqqıdır:
“BP-nin yeni enerji strategiyası qarşıdakı illərdə onun aktivlərinin bir hissəsindən imtina etməsi ilə nəticələnəcək. Çünki BP dünyanın aparıcı enerji şirkətləri arasında ilk şirkət idi ki, yeni strategiyasını açıqladı və az karbonlu enerji istehsalı ilə bağlı özünün hədəflərini müəyyən etdi. Qarşıdakı illərdə BP nəinki ənənəvi enerji mənbələrinə, eləcə də alternativ və bərpa olunan enerji sektoruna daha çox investisiya qoyacaq. Qarşıdakı 10 il ərzində BP-nin hədəfləri neft-qaz hasilat həcmlərini ortalama 40 faiz azaldacaq. 2050-ci ilə kimi təmiz enerji mənbələrinə sıfır tullantılı enerji sektoruna kifayət qədər ambisiyalı investisiyalar yönəldəcək. Bu onu deməyə əsas verir ki, qarşıdakı illərdə BP özünün malik olduğu aktivlərinin bir hissəsini ləğv edəcək. Bu sahələrə geoloji kəşfiyyat və hasilat daxildir. Yəni BP gələcəkdə yeni neft-qaz yataqlarında nə geoloji kəşfiyyat, nə də hasilat işlərində iştirak edəcək. Baxmayaraq ki, BP dünyada ən müasir texnalogiyalarla işləyən bir şirkət idi. Hazırda bu şirkət dünyanın 12 ölkəsində neft-qaz hasilatı ilə məşğuldur. BP-nin indiyə kimi ən önəmli xüsusiyyətlərindən biri də o idi ki, bu şirkət son 10-15 ildə geoloji kəşfiyyat və qazma işlərini dərin sulu neft yataqlarında aparırdı. Görünən odur ki, BP yeni neft-qaz sektoruna nə investisiya yönəltməyi, nə də geoloji kəşfiyyat işlərini aparmağı planlaşdırır”.
Ekspertin sözlərinə görə BP yeni enerji strategiyasını elan etdikdən sonra həm daxili, həm də xarici mətbuatda şirkətin Anqola, Oman, Birləşmiş Ərəb Əmirlikləri, İraqla yanaşı Azərbaycan aktivlərindən imtina edəcəyi ilə bağlı xəbərlər yayılır:
“Söhbət Azərbaycana daxil olan məsələdə Şahdəniz qaz kondensat yatağı və Azəri- Çıraq- Günəşli yataqlar blokundan gedir. Çünki BP Azərbaycanın hər iki yatağında aparıcı operatordur və olduqca məsuliyyətli missiyadadır. Bunu əvəz edəcək ikinci bir alternativin olacağını düşünmürəm. Amma hesab edirəm ki, BP həm Azərbaycanda, həm İraqda, həm də digər dövlətlərdəki aktivlərinə bir kommersiya layihəsi kimi baxır. Əgər bu layihələr indiki dünya bazarında neftin qiyməti konyukturu baxımından sərfəli deyilsə, təbii ki, o müəyyən aktivlərindən imtina edəcək və bu, onun haqqıdır. Məsələn, dünyanın ən iri beynəlxalq enerji və kimya şirkətlərindən biri olan Şevron Korporasiyası öz aktivlərindən imtina etdi və payını satdı.
Qeyd edim ki, uzun müddətdir ki, dünya bazarında neftin qiyməti 50-55 dollar diapazonunda dəyişir. Kifayət qədər ciddi araşdırma mərkəzləri, neft bazarına bələd olan ekspertlər, investisiya qurumları da bəyan edirlər ki, neftin qiymətində çox ciddi sıçrayışlar olmayacaq. Bu baxımdan ola bilsin ki, BP Azərbaycandakı aktivlərindən də imtina etsin. Bu, onun haqqıdır. Amma mən hesab edirəm ki, BP Azərbaycanın qaz sektorunda qoyduğu investisiyalardan və aktivlərdən imtina etməyəcək.Çünki qarşıdakı illərdə dekarbonlaşdırma siyasətinin vüsət aldığı bir dönəmdə, təmiz enerji mənbələrinə keçiddə mavi yanacağa olan tələbat müəyyən mənada artacaq. Bu təbii qaz həm neft və neft məhsullarından alınan məhsuldur, həm də karbohidrogen məhsullarından fərqli olaraq daha təmiz enerji mənbəyidir. Bu da gələcəyin işidir. Bir sözlə, əgər qarşıdakı illərdə BP-nin Azərbaycandakı aktivləri onun üçün kommersiya baxımından sərfəli olmasa, hasilatın pay bölgüsü sazişi çərçivəsində öz payını həmin konselsiumda iştirak edən şirkətlərə təklif edə bilər. Bu alınmasa, BP üçüncü şirkətlə də danışıq aparmaq hüququna malikdir. Bu yaxınlarda BP-nin vitse prezidenti Bəxtiyar Aslanbəylinin müsahibəsini oxudum. Şirkət rəsmisinin sözlərinə görə BP Azərbaycan aktivlərindən imtina etmək ərəfəsindədir və edəcək. Amma yenə də bunlar hamısı ehtimallardır. BP necə Azərbaycanı tərk edə bilər? BP həm Azəri-Çıraq-Günəşli yataqlar blokunda, həm Şahdəniz qaz kondensat yatağında operatordur, həm də Şəfəq-Asiman yataqlar blokunun işlənməsində iştirak edir. Azərbaycanda onun kifayət qədər ağır-çəkili layihələri var. Bu layihələrdən də BP kifayət qədər gəlirlər əldə edib. Ümumiyyətlə nəinki ölkəmizdə, xarici ölkələrdə də belə halların şahidi olmuşuq. Fəaliyyət göstərən şirkətlər sonradan öz iştirak paylarından imtina ediblər, digər bir şirkətə payla bağlı təkliflər edirlər, bununla bağlı müqavilələr bağlanır. Əldə etdiyi aktivi digər daha gəlirli mənbələrə, inkişafına yönəldirlər. Bu baxımdan yaxın vaxtlarda BP-nin Azərbaycanın karbohidrogen ehtiyatlarındakı iştirak payından imtina edəcəyini demək bir qədər çətindir.Çünki bu şirkət bundan sonra da Azərbaycanın xüsusilə qaz sektorunda fəaliyyət göstərəcək”.
Zəfər Vəliyev qeyd edib ki, 1994-cü ildən Əsrin müqaviləsi bağlandıqdan bu günə kimi BP dünyada əsasən nəql sahəsində aparıcı şirkətlərdən birinə çevrilib. Azərbaycanın karbohidrogen yataqlarının Avropa bazarlarına Türkiyə və Gürcüstan vasitəsilə daşınması layihələrində iştirak edib:
“Ona görə də BP-nin Azərbaycan aktivlərindən imtina etməsi öz daxili işidir. Nəinki Azərbaycanda, eləcə də digər ölkələrdə şirkətin aktivləri kommersiya baxımında sərfəli olmayacaqsa, aktivləri tərk etmək öz haqqıdır. Bildirim ki, qarşıdakı illərdə BP gündəlik hasilat həcmlərini 2,6 milyondan təxminən 1,6 milyona endirəcək. Eyni zamanda neft emalı zavodlarında gündəlik neft hasilatı emalını 1,7 milyondan 1,2 milyona salacaq. Bunun da səbəbləri var. Bu gün BP-nin sutkalıq neft hasilatı təxminən 2,6 milyon bareldir. Amma onun hazırda emal gücü 1,7 milyon bareldir. Bu fərq ondan ibarətdir ki, BP hasil etdiyi öz payına düşən neftin bir hissəsini emala, müəyyən bir hissəsini isə xam neft şəklində neft bazarlarında satışa yönəldir. Gələcəkdə neft bazarlarında qiymət dalğalanmasının güclü dinamika ilə inkişaf edəcəyini əsas gətirərək BP artıq xam neft biznesini geri çəkir. Bu məsələni belə anlamaq lazımdır. Amma fikir verirsizsə, yaxın 10 ildə şirkət aktivlərində olan emal güclərində gündəlik xam malların yüklənməsini elə də böyük həcmdə azaltmayacaqlar. Təxminən bunu 1,2 milyon barel civarında saxlayacaqlar. Bu o deməkdir ki, hələ yaxın 10 ildə də dünyanın qlobal avtomobil parklarında əsas yanacaq mənbəyi ənənəvi enerji daşıyıcıları olacaq. Təbii ki, qarşıdakı illərdə alternativ və bərpa olunan enerji mənbələrinin inkişafına ambisiyalı yatırımlar ediləcək. Amma nə dərəcədə özünü doğruldacaq, buna necə nail olacaqlar, bunun əvvəlcədən hesabatını bilən yoxdur. Məsələn deyirlər ki, gələcəkdə elektromobillər hazırda daxili yanma mühərriki ilə işləyən avtomobillərin sayını üstələyəcək. Bu, necə baş verəcək? Bu, mənbəyini hansı ölkədən götürəcək? Afrika, Asiya, Avropa və ABŞ bazarları var. Bunların hər birinin iqtisadi inkafı ilə bağlı çox böyük fərqliliklər var. Bu alternativ enerji mənbələrinə keçid etmək üçün böyük investisiyalar, infrastrukturlar qurulmalıdır, söhbət elektromobillərdən, bərpa olunan enerji mənbələrinin inkişafından gedirsə, çox bahalı olan mənbələr haradan tapılacaq? Belə bir yataqlar uzun müddət bu sahənin inkişafına bəs edəcəkmi? Bu məsələləri nəzərə almaq lazımdır”.
Ekspert onu da əlavə edib ki, BP hazırda Azərbaycanın aktivlərini tərk etmək məsələləri ətrafında təhlillər aparır. Amma Azərbaycan üçün bir məsələ var. Əgər BP Azərbaycandan gedəcəksə, SOCAR bu operatorlığı öz boynuna götürmək gücündə olacaqmı, yoxsa BP-ni əvəz edəcək hansısa şirkət Azərbaycana dönəcəkmi? Bu, həm aktual, cavabı maraqlı, həm də qarşıdakı illərin məsələsidir.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-08-2020, 17:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-08-2020, 17:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti