“Diqlas”ın söküləcəyi tarix bəlli oldu
Bakıda yanan ticarət mərkəzinin sökülməsiylə bağlı müvafiq komissiya yaradılıb. regionxeberlericom.az bildirir ki, bu barədə ONA-nın sorğusuna cavab olaraq, Nizami rayon İcra hakimiyyəti başçısının I müavini İldırım Mehdiyev bildirib.
O qeyd edib ki, İqtisadiyyat Nazirliyinin nəzarəti ilə ticarət mərkəzindəki bütün mallar boşaldılıb: "Hal-hazırda söküntü işlərinin həyata keçirilməsinə heç bir maneə yoxdur. İşi yubadan yalnız sahibkarlarla söküntü işlərini həyata keçirən şirkət arasında sənədləşmə işləridir ki, bu işi də mütləq ixtisaslaşmış şirkətlər həyata keçirə bilər. İcra Hakimiyyəti olaraq isə qurumun üzərinə düşən məsuliyyət ərazidə təhlükəsizlik tədbirlərini görmək, sakinlərə narahatlıq yaratmadan ağır tonnajlı yük avtomobillərinin əraziyə rahat girib-çıxmasını təmin etməkdir”.
İ.Mehdiyev həmçinin qeyd edib ki, təhlükəsizlik qaydaları ilə bağlı artıq komissiya yaradılıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Yəhya Babanlı ONA-ya bildirdi ki, “Diqlas”ın sökülməsi ilə bağlı dəqiq tarix bəllidir və növbəti həftənin əvvəli bu barədə rəsmi açıqlama veriləcək.
Qeyd edək ki, bu il martın 26-da paytaxtın Nizami rayonunda yerləşən 5 mərtəbəli “Diqlas” ticarət mərkəzində yanğın baş verib. Hadisə zamanı vəfat edən olmayıb, 6 nəfər yüngül xəsarət alıb, 10-a yaxın şəxs isə tüstüdən zəhərlənib. Yanğında 2 hektar ərazisi olan ticarət mərkəzi tamamilə yanıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-04-2019, 12:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-04-2019, 12:11
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti